Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Ən varlı liderləri tanıyırsınızmı? Adalet.az | Ən varlı liderləri tanıyırsınızmı? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

Ən varlı liderləri tanıyırsınızmı?

10847    |   2019-07-10 12:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər hansısa toplumun lideri olmaq, eyni zamanda güc sahibi olmağı da istəyir. O zaman bəsit bir riyaziyyat qanunu işə düşür – güc üstəgəl pul, bərabərdir liderlik. Bunun üçün müxtəlif ölkələrin liderlərinə baxmaq kifayətdir. Amma bəzən bu çıxarışın bəzi ölkəlkərdə keçərli, bəzi ölkələrdə isə keçərsi olduğunu görmək olar. Bunun bircə səbəbi var – o ölkənin necə idarə edilməsi.

Biz xalqının rifahı üçün vədlər verən bütün liderləri sevirik. Hətta bəzilərinin verdiyi vədlərin gerçəkləşməyəcəyinə adımız qədər əmin olsaq da, dinləməkdən zövq alarıq. Hələ bu vədləri verən adam milyardları keçən sərvətə malikdirsə, inamımız digər namizədlərdən bir addım öndədir. Təbii ki bu hal seçkiylə dövlətin başına keçən liderlər üçün keçərlidir. Məlumunuzdur ki, bir də beşikdən gələn liderlər var. Şahzadələr, krallar, şeyxlər kimi. Onların sahib olduğu sərvət isə təkcə bizim deyil, həm də nağılların, əfsanələrin dilindədir. 

Bilirəm, hamınıza dünyanın ən varlı liderlərinin adları maraqlıdır. Ona görə də sizə dünyanın ən varlı liderlərinin siyahısını təqdim edirəm.



Siyahının doqquzuncu yerində qərar tutan 1 milyard dollar sərvəti olan Monako kralı II Albertdir. O, həmçinin Grimaldi krallığını da idarə edir. 








Səkkizinci yerin sahibi Fas kralı VI Məhəmməddir. Atasının ölümündən sonra 1999-cu ildə Fas krallığının taxtına oturub. Əvvəllər Fas dövlətinə aid olan yatırım şirkəyi SNI-ın hissələrinin 40 faizinə yaxını miras olaraq VI Məhəmmədə qaldı. Bu çox böyük bir məbləğdir. Bundan başqa süd, şəkər zavodları və Fasın ən böyük bankı da ona məxsusdur. Forbes jurnalının məlumatına görə onun sərvəti 2,1 milyard dollardır. 



Yeddinci yerdə Qətər əmiri Təmim bin Həməd Əl Thanidir. 2013-cü ildə atasının taxtan düşmməsi onu Qətəin əmiri edib. Dünyanın ən gənc hökümdarıdır. Üstəgəl, Qətər İnvestisiya İdarəsinin də idarə heyətinin sədridir. Bu qurum İngiltərə başda olmaqla, bir çox ölkədə milyardlarla dollar investisiya əldə edib. Təmim bin Həməd "Sainsbury’s Barclay’s” və "Harrods” banklarının hissələrinin bir çoxusunun sahibidir. Bununla bərabər, o, Avropanın ən hüqndür binası olan "Şard”ın da ortaqları arasındadır. Onun sərvəti 2 milyard dollardır. 




Altıncı yerdə Lixtenşteynin kralı II Hans Adamdır. Kralın adının uzunluğu da bir ayrı zülmdür. Johannes Hans Adam Ferdinand Alois Josef Maria Marko d’ Aviano Pius von und zu Liechtenstein. Lixtenşteyn Qlobal Trust bankının sahibi olan kral Avropanın da ən varlı əsilzadəsidir. Sərvəti 4 milyard dollardır. 




Beşinci yerin sahibi Dubay əmiri Məhəmməd bin Rəşid al Maktumdur. O, həm də Birləşmiş Ərəb əmirliklərinin baş naziri və dövlət başçısının köməkçisidir. Ailəsinin var-dövləti 44 milyard dollardır. "Dubay Holdinq”in 99.67 faizi onundur. Burc əl Ərəb, Palm İslands və Burc əl Xəlifə kimi Dubay simvollarına çevrilən binaların arxasında da onun adı var. Sərvəti 4 milyarddır.




Birləşmiş Ərəb əmirliklərinin dövlət başçısı Xəlifə bin Zaid ən-Nəhayyən siyahının dördüncü yerində qərar tutur. O, 2004-cü ildə atasının ölümündən sonra BƏƏ-nin başçısı və Əbu-Dabinin əmiri oldu. Ailəsi dünyanın ən zənginləri arasında yer alır və sərvətinin 150 milyard dollardan çox olduğu deyilir. Onun sərvəti təkcə neftdən gəlmir. Dünyanın ən varlı şeyxi kimi 15 milyard dollar sərvətə sahibdir. 



Üçüncü yerdə 20 milyard dollar sərvətlə Bruney sultanı Hassanal Bolkiahdır. O da ən uzun adı olan liderlərdəndir. Sultan Haji Hassanal Bolkiah Mu’izzaddin Waddaulahibni Al-Marhum Sultan Haji Omar Ali Saifuddien Sa’adul Khairi Waddien kısaca Hassanal Bolkiah. 1967-ci ildə atasının taxtdan düşməsindən sonra onun yerinə oturub. Dünyanın ən böyük maşın kolleksiyası olan adamların arasında onun da adı var. Onun özü üçün avtomobil şirkətlərinə xüsusi maşın sifariş etmək kimi xəstəliyi var. Dünyanın ən bahalı limuzini olan qızılla örtülmüş Rolls Roys onundur. 


Zirvənin bir addımlığında, yəni ikinci yerdə Tayland kralı Bhumibol Adulyedejdir. 1946-cı ildən taxtadır və ən uzun müddətdə dövlət başçısı olmaq kimi bir ada sahibdir. O, ölkəsindəki fərqli sektorlara göstərdiyi yardımlarla da tanınır. Sərvəti 30 milyard dollardır. 





Və nəhayət zirvə! Bu yerdə Rusiyanın prezidenti Vladimir Putindir. 40 milyard dollar sərvətlə. Onun aylıq gəliri 80 min dollardır. Onu dəstəkləyən çoxdur və 2012-ci ildən Rusiyanın başındadır. Amma nələrə sahib olduğu bilinmir.






Sonda bizi bir sual narahat edir. Dövlət başçısı olmaq üçün varlı olmaq lazımdır, yoxsa dövlət başçısı olmaq sizə var-dövlət gətirir? Bu sualın cavabını da özünüz tapın.



İmza:Eminquey
SON XƏBƏRLƏR
2019-09-18
2019-09-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (50%)
"Sevilya" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK