Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "İqtisadiyyat" ixtisası üzrə tələbələrin yekun dövlət attestasiyası keçirilir Adalet.az | "İqtisadiyyat" ixtisası üzrə tələbələrin yekun dövlət attestasiyası keçirilir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İQTİSADİYYAT

"İqtisadiyyat" ixtisası üzrə tələbələrin yekun dövlət attestasiyası keçirilir

8889    |   2019-07-03 14:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dövlət Gömrük Komitəsinin Akademiyasının "İqtisadiyyat" ixtisası üzrə tələbələrinin yekun dövlət attestasiyası (buraxılış işinin müdafiəsi) keçirilir.

Komitədən verilən məlumata görə, iyulun 3-də Dövlət Gömrük Komitəsinin inzibati binasında keçirilən imtahan prosesində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, "İqtisadiyyat" ixtisası üzrə komissiyanın sədri - Vergilər naziri Mikayıl Cabbarov, eyni zamanda DGK-nın müvafiq strukturlarının rəhbərləri, Gömrük Akademiyasının, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad məktəbinin, Milli Aviasiya Akademiyasının professor-müəllim heyəti iştirak ediblər.

İmtahandan əvvəl çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov Akademiyanın "İqtisadiyyat" ixtisası üzrə bitirən tələbələr barədə məlumat verib, onların bir sıra dövlət qurumlarında- İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Auditorlar Palatası, Maliyyə Bazarlarına Nəzarət Palatasında təcrübə keçdiklərini bildirib və gənclərə yekun dövlət attestasiyasında müvəffəqiyyətlər arzulayıb.

Sonra Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Vergilər Naziri Mikayıl Cabbarov tələbələrə uğurlar arzulayaraq ali təhsilin ilk pilləsində qazandıqları biliklərin şəxsiyyətlərinin formalaşmasında və gələcək fəaliyyətlərinin qurulmasında mühüm rol oynayacağını bildirib, mövcud potensiallarından səmərəli şəkildə istifadə edərək daima dövlətə, xalqa və dövlətçiliyə sədaqətlə xidmət etməyi tövsiyə ediblər.

Sonra tələbələr seçdikləri mövzuya uyğun buraxılış işlərini təqdim edib, imtahan komissiyası üzvlərinin suallarını ətraflı cavablandırıblar.

Xatırladaq ki, bu il Dövlət Gömrük Komitəsinin Akademiyasında "İqtisadiyyat" ixtisası üzrə 22 tələbənin təhsili başa vurması gözlənilir.




İmza:

Gələn ilin büdcəsinin gəlir və xərcləri açıqlandı

Pərviz Şahbazov Əbu-Dabidə Asiya Enerji Nazirlərinin 8-ci görüşündə çıxış edib

Barama istehsalında son 21 ilin ən yüksək göstəricisi qeydə alınıb

SOCAR: Azərbaycanın "Cənub Qaz Dəhlizi" meqalayihəsi başa çatmaq üzrədir

Bələdiyyə ödənişləri Hökumət Ödəniş Portalında aparılacaq

Azərbaycan kartofunun ixrac coğrafiyası İraqa qədər uzanır

Niderland Bakı-Tbilisi-Qars dəhlizinə qoşulmaqda maraqlıdır

Azərbaycanın ixrac sifarişləri 10 faiz artıb

Mərkəzi Bank hərrac keçirəcək - Məbləğ yüz milyon manat

Avqustun 23-də xarici valyutaların manata qarşı məzənnələri

AzerTelecom Türkmənistanda Xəzər İnnovasiya Texnologiyaları sərgisində iştirak edib

Azərbaycanda gələn ildən aqrar sığorta mexanizmi işə salınacaq

SON XƏBƏRLƏR
2019-09-18
2019-09-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (50%)
"Sevilya" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK