hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Bill Geyts ən böyük səhvindən danışdı Adalet.az | Bill Geyts ən böyük səhvindən danışdı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

Bill Geyts ən böyük səhvindən danışdı

10633    |   2019-07-01 16:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Karyeramda ən böyük səhvim bazarda yalnız "Apple” şirkətinin iOS əməliyyat sistemi ilə rəqabət aparan "Android” sisteminin "Google” korporasiyası tərəfindən alınmasına və inkişafına imkan verməyim olub.

TASS agentliyinin xəbərinə görə, bunu "Microsoft” şirkətinin qurucusu Bill Geyts sərmayədarlarla görüşdə deyib.

Onun sözlərinə görə, dünyada proqram təminatı, xüsusilə əməliyyat sistemləri bazarları "qalib hər şeyi alır” prinsipi ilə işləyir:

"Buna görə də hesab edirəm ki, ən böyük səhvim müəyyən səbəbə görə "Microsoft”un "Android” kimi olmasına nail ola bilməməyimdir”.

B.Geytsin fikrincə, "Microsoft” təbii yolla qalib gələ bilərdi:

"Bazarda "Apple”dan olmayantəkcə bir əməliyyat sistemi üçün yer var. Bilirsinizmi,bunun dəyəri nə qədərdir? 400 milyard dollar.Bu vəsait "Google” şirkətindən "Microsoft” şirkətinə keçə bilərdi”.

Xatırladaq ki, "Android” əməliyyat sistemi ilkin olaraqeyniadlı şirkət tərəfindən hazırlanırdı. "Google” 2005-ci ildə onu 50 milyon dollara satın aldı.

"Google” internet-axtarış və reklam texnologiyalarına sərmayə yatıran, eləcə dəonlayn servislərin və yüksək texnoloji məhsulların hazırlanması ilə məşğul olan korporasiyadır.

1975-ci ildə sahibkar B.Geyts və Pol Allen tərəfindən əsası qoyulan "Microsoft” müxtəlif qurğular üçün proqram təminatının istehsalı üzrə iri korporasiyadır.



İmza:Eminquey
SON XƏBƏRLƏR
2020-01-26
2020-01-25
2020-01-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.32%)
Pullsuz (9.68%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK