hacklink Adalet.az | “Rəqəmsal dünyanı yarat” – Azercell yeni loqosunu təqdim etdi Adalet.az | “Rəqəmsal dünyanı yarat” – Azercell yeni loqosunu təqdim etdi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / TEXNOLOGİYA

“Rəqəmsal dünyanı yarat” – Azercell yeni loqosunu təqdim etdi

14598    |   2019-06-22 11:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanın lider mobil rabitə operatoru "Azercell Telekom" MMC yeni korporativ nişanını təqdim edib. Yenilənmiş loqo özündə yeni üslub və yeni istiqamət - dinamizmi əks etdirir. Şirkət həmçinin yeni şüarını da təqdim edib – "Rəqəmsal dünyanı yarat”.

Heydər Əliyev Mərkəzində keçirilən təntənəli təqdimat mərasimində ölkənin tanınmış insanları, siyasi-ictimai xadimlər, məmurlar və iş adamları, həmçinin media nümayəndələri iştirak ediblər. Təqdimatda Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev, korporativ ünsiyyət bölməsinin rəhbəri Nigar Şıxlinskaya, istehlakçı biznes strukturunun rəhbəri Krasimir Genov və digərləri çıxış ediblər, Azercell-in yeni missiyası və vizyonunu təqdim ediblər. Tədbirdə "Magic Lab”ın rəhbəri Marko Tempestin dronlarla çıxışı maraqla qarşılanıb.

Təqdimatdan sonra keçirilən mətbuat konfransında Vahid Mürsəliyev qeyd edib ki, yeni korporativ nişan rəqəmsallaşmanı, irəliyə sıçrayışı özündə əks etdirir: "Bu da tamamilə bizim fəaliyyətimizə uyğundur. Artıq şirkətin bir neçə ili əhatə edən yeni strategiyası, yeni missiya və yeni vizyonları ahzırdır. Biz bu strategiyaya uyğun olaraq yeni innovativ həlli təqdim edən lider şirkətə çevriləcəyik və liderliyimizi qoruyub saxlayacağıq. Çalışacağıq ki, abunəçilərimizə yüksək yeni rəqəmsal həllər təqdim edək”. Vahid Mürsəliyev qeyd edib ki, "Azercell Telekom" cari ildə pilot olaraq 5G şəbəkəsini quracaq.

Azercell-in loqosunun hzırlanması üzrə tenderin qalibi "Safron” şirkəti olub. Şirkətin hazırladğıı bir neçə variamt arasında indi təqdim olunan versiyası bəyənilib. Yeni strategiya bir neçə ay ərzində hazırlanıb. Artıq bu gündən bütün ölkə üzrə "Azercell" satış mərkəzləri şirkətin yeni loqosu ilə fəaliyyət göstərəcək.

"Azercell” yeni loqosunun təqdimatını "Rəqəmsal səma altında” adlı möhtəşəm şou ilə davam etdirib. Heydər Əliyev Mərkəzinin qarşısındakı parka toplaşan minlərlə izləyicilər səmada dronlar vasitəsiylə yaradılan şouya tamaşa ediblər. Səmada Azərbaycanın xəritəsi, ölkəmizin və şirkətin adı və bir sıra atributlar əks olunub.




İmza:
SON XƏBƏRLƏR
2019-12-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (86.36%)
Pullsuz (13.64%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK