ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

ADU-da Şairlər günü-Çin bayramı qeyd edilib

10689    |   2019-06-14 14:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda "Duan-u” adlı Çin ənənəvi bayramı qeyd olunub. Bu bayram Çin müəllif poeziyasının qurucusu, Çin mədəniyyətində vətənpərvərlik simvolu sayılan, Çin tarixində ilk məşhur lirik şair – Qu Yuanın xatirəsinə həsr olunub.

ADU-dan Adalet.az-a verilən məlumata görə, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov yüksək insani duyğuları və təcrübələri ilə dolu, Çin poeziyasının unikal fəlsəfəsi haqqında danışaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti, "Bakı” jurnalının baş redaktoru Leyla Əliyevanın "Yaz” adlı şeirini Çin dilində oxuyub.

Tədbirdə çıxış edən ADU-nun Konfutsi İnstitutunun müəllimi Chen Xiaozhen və universitetin çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri bayramın yaranma tarixi və ənənələri, həmin gün keçirilmiş əjdaha-qayıq festivalı, həmçinin klassik Çin poeziyasının əsas ənənəvi növləri haqqında danışıb.

Sonra ADU tələbələrinin çıxışında Qu Yuanın əsərlərindən olan "Sürgünün kədəri”, "Chu xəttləri”, "Səma inciləri” və "Doqquz melodiyalar” adlı şeirlər səslənib.

Tədbirdə, həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvləri Könül Əfqanqızının və Vahid Əlioğlunun vətənpərvərlik mövzusunda şeirləri səsləndirilib.

Sonda qədim Çin poeziyasının tanınmış nümayəndələrinin həyat və yaradıcılıqlarından bəhs edən film nümayiş etdirilib.




İmza:

"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

Məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə videokonfrans keçirilib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlumdur

Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində müəllimlərə dəstək

Məktəb direktorları və müavinləri ilə virtual görüş keçirildi

İmtahan üçün seçilmiş binaların sayı artırıldı

ADU-da 2019-2020-ci tədris ili yaz imtahan sessiyasının təşkili barədə qərar qəbul edilib

Peşə dərslərinin sabahkı cədvəli açıqlanıb

Təhsil naziri Ceyhun Bayramov tələbələrlə videogörüş keçirib

Məktəbli qız şahmat üzrə Avropa çempionu olub

Dillər Universitetində Çin rəssamlığı üzrə master-klass

TOPs proqramı çərçivəsində videokonfrans

SON XƏBƏRLƏR
2020-05-26
2020-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK