ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

16 iyunda 9-cular üçün buraxılış imtahanının II mərhələsi keçiriləcək

10072    |   2019-06-13 15:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dövlət İmtahan Mərkəzi (DİM)16 iyun 2019-cu il tarixində 29 şəhər və rayonda, o cümlədən müxtəlif təyinatlı məktəblərdə – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə təhsil alan 9-cu sinif şagirdləri üçün buraxılış imtahanlarının ikinci mərhələsini keçirəcək.

DİM-dən bildirilib ki, imtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) 33 şagird də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün isə surdopedaqoqlar təyin edilib.


Həmin gün ümumilikdə32827şagirdin imtahan verəcəyi nəzərdə tutulur.


Bu imtahanda iştirak edəcək şagirdlər"İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.


İmtahan saat11:00-dabaşlanır.


İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim edilir. İmtahan 3 saat davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.


Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə "Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd şagirdlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş şagirdin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- "İmtahana buraxılış vərəqəsi”;

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

  • a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
  • b) əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
  • -Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).


    IX sinif şagirdlərinin buraxılış imtahanlarının ikinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə102 imtahan mərkəziayrılıb.


    İmtahanda32827(Bakı 429, Mingəçevir 1385, Şəmkir 2642, Gədəbəy 834, Ağstafa 924, Qazax 975, Tovuz 2099, Balakən 955, Zaqatala 1160, Qax 531, Yardımlı 631, Cəlilabad 2223, Masallı 2192, Lerik 581,Göyçay 1313, Ağdaş 1174, Ucar 922, İsmayıllı 960, Qobustan 380, Ağcabədi 1727, Füzuli 817, Beyləqan 1173, Salyan 1407, Neftçala 812, Hacıqabul 812,Qusar 1114, Quba 1944, Siyəzən 526, Xızı 185) nəfər 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.


    İmtahanların idarə olunmasına102 ümumi imtahan rəhbəri, 253 imtahan rəhbəri, 2839 nəzarətçi‑müəllim, 224 buraxılışı təşkil edən əməkdaş, 102 bina nümayəndəsiayrılıb.


    Hazırda qeyd olunan rayonlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə iyunun 15-də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.




    İmza:

    Respublika fənn olimpiadalarının final turunun ilk mərhələsi

    Təhsil Nazirliyinin birbaşa tabeliyində 5 yeni lisey yaradılıb

    "Dərs vaxtı" verilişinin peşə təhsili pilləsi üzrə cədvəli açıqlanıb

    "Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

    Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı uzadılıb

    UNEC tələbələrinə imtahan sessiyasında əlavə güzəştlər olunub

    SABAH qruplarına tələbə seçimi müsabiqəsinə başlanılıb

    Məktəbli şahmatçılardan Avropa çempionatında yüksək nəticə

    Məktəblərdə pedaqoji şuralar onlayn keçirilsin - TƏKLİF

    Məktəblərdə ilk növbədə buraxılış siniflərinin dərslikləri geri qaytarılmalıdır - Anar Mirzəzadə

    “Biz birlikdə güclüyük!” adlı beynəlxalq onlayn "dəyirmi masa" keçirilib

    "Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

    SON XƏBƏRLƏR
    2020-06-05


    VİDEO



    ƏDALƏT BU GÜN
    Redaktor seçimi
    FOTOREPORTAJ
    GÜNÜN SİTATI
    SORĞU
    Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

    Pullu (89.39%)
    Pullsuz (10.61%)

    ÇOX OXUNAN
    GÜNÜN LƏTİFƏSİ

    İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

    Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

    İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

    - Davay, cəhənnəmə.

    Bir söz demədən gedir girir cəhənnəmə.

    Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

    - Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

    Məmur deyir:

    - Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





    digər lətifələr
    ARXİV
    FACEBOOK