hacklink Adalet.az | Yılmaz Özdil: Eşşəklərə eşşək kimi baxmayın! Adalet.az | Yılmaz Özdil: Eşşəklərə eşşək kimi baxmayın! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Yılmaz Özdil: Eşşəklərə eşşək kimi baxmayın!

28091    |   2019-06-14 09:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bura Londondur.

Hayd parkı yanı.

Mayfair-də nazirliyin qapısından çıxırsınız, sizi bu görkəmli abidə qarşılayır.


***


Eşşək 

at

qatır 

it 

göyərçin 

fil

dəvə 

pişik 

delfin 

keçi...


***


Dünya müharibələrində İngilis ordusu və müttəfiq qüvvələrin yanında xidmətdə olub ölən heyvanların xatirəsinə ucaldılmış bir abidə... Bəzilərinin gümüş heykəli, bəzilərinin barelyefi...

Yorğun, tükənmiş, bir-birinin dalına gedirlər, bellərində daşınmağı çətin olan toplar, tüfənglər, qarşılarında bir divar yüksəlir, ölümün simvolu olan bir aralıqdan keçirlər, divarın üzərində hamını heyrətləndirən o vurucu cümlə yazılır – onların seçimi yox idi!


***

I və ll dünya müharibəsində 16 milyon heyvan insanlarla birlikdə mübarizə apardı, 8 milyon heyvan can verdi.


***

İtlər xizək çəkərək on minlərlə yaralı əskəri cəbhədən xilas edib. İybilmələrinin hesabına milyonlarla minanı tapıb, paraşutçu itlərdən ilk dəfə II Dünya müharibəsində istifadə olundu. Əsgərlərin belinə bağlanırdılar, birlikdə havadan atlayır, yerə ayaq basar-basmaz mina tapan dedektor kimi bölgələri təmziləyirdilər.

Göyərçinlər məktub daşıdılar, mikrofilm daşıdılar, İngilis kəşfiyyatı II Dünya müharibəsində 200 min poçt göyərçinindən istifadə etdi, Amerika ordusunun 3 min əsgər və 54 min göyərçindən ibarət dəstəsi var idi. Gizli mesajların 90 faizi dəqiq şəkildə hədəfə gedib çatırdı.

Fillər həm belləri ilə yük maşını, həm də xortumları daşıyıcırolunu oynayırdılar. Dəvələr yük maşını idilər.


***


Dickin medalı deyə bir medal var, II Dünya müharibəsindən bu yana müharibə qəhrəmanı olan heyvanlara verilir.

Sadəcə böyük cəsarət göstərən əsgərlərə verilən və İngiltərənin ən yüksək qəhrəmanlıq ödülü olan Viktoriya Kross medalı II Dünya müharibəsində 32 göyərçin, 18 it və 3 ata verildi. Bu günə kimi cəmi 68 heyvan mükafatlandırıldı.

Sonuncu dəfə 2018-ci ildə Əfqanıstanda ağır atəş altında olmasına rəğmən partlayıcı aşkar edərək ingilis əsgərlərinin həyatını qurtaran və bu sırada ciddi şəkildə yaralanan Mali adlı it aldı.


***




Dickin medalı verilən ilk və tək pişiyin adı Simon idi. 1949-cu ildə Britaniya HMS Amethyst-da xidmətdə idi, mətbəxi qoruyurdu, siçan ovçusu idi, ingilis səfirliyini təhliyə edən zaman Yansızı çayında hücuma məruz qaldılar, 23 dənizçi öldü, kapitan öldü, Simon ağır yaralandı. Bədəninin bir hissəsi yanmışdı. Dözdü, ölmədi, 101 gün mühasirədə qaldılar, bu 101 gün içində yaralı əsgərlərin ən böyük ruh mənbəyi Simon oldu. Öz yaralarına unudub yaralı əsgərlərin başında gözləyir, mırıldayır, elə bil onlarla danışır, başıyla oxşayırdı. 101 gün sonra möcüzəvi şəkildə gəmini sürüb qaçmağı bacardılar. Simon əvvəlcə "usta gəmi pişiyi” rütbəsi aldı, sonra Dickin medalı verdilər.

***

Gördüyünüz İngilistərə kraliçası Elizabet adına olan bu abidəni 2004-cü ildə kraliçanın qızı şahzadə Anne ucaldıb.

***

Bu abidənin oxşarı Parisdə düzəldilir. Heyvan haqları dərnəkləri kompaniyaya başladılar, Paris bələdiyyəsi də qəbul etdi. Eynən Londondakı kimi işini yerinə yetirən qaz zəhərlənməsindən ölən göyərçinlər başda olmaqla, müharibədə can verəın itlər, atlar, eşşəklər olacaq.


Dilimizə işləyən Eminquey



İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-12-13
2019-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!




digər lətifələr
ARXİV
FACEBOOK