ANA SƏHİFƏ / GÜNDƏM

“Onlayn medianın məsələsini Milli Məclisdə yenidən qaldıracam”

6480    |   2019-06-12 11:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Etiraf edək ki, hazırda ölkədə və dünyada ictimai fikir internet üzərindən yayımlanan informasiya vasitələri tərəfindən formalaşır. Azərbaycanda reklam bazarında müəyyən problemlər mövcuddur. Bunları nəzərə alaraq KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yazılı medianı maliyyələşdirir. Təəssüf ki, ictimai fikri formalaşdıran onlayn media tam olaraq kənarda qalır”.


Adalet.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib.

Onlayn medianın maliyyələşmə məsələsinin aktual olduğunu diqqətə çatdıran parlamentari payız sessiyasında məsələni yenidən gündəmə gətirməyi düşündüyünü vurğulayıb.


"Onlayn medianın maliyyələşməsi məsələsi aktualdır. Çalışacam ki, məsələ növbəti payız mövsümündən başlayaraq Milli Məclisdə gündəmə gətirilsin və öz həllini tapsın. Bu məsələnin həlli reallaşarsa, həm dövlətimiz, həm də biz uduşlu olacağıq. Çünki indiki şəraitdə biz iqtisadi cəhətdən çətinlik çəkən hər hansı onlayın internet üzərindən yayımlanan media vasitəsini tarixin axarına buraxa bilmərik”.

Əflatun Amaşovun sözlərinə görə, onlayn mediaya dəstək məqsədilə dövlət büdcəsindən maliyyə ayrılmalıdır.

"Elə etməliyik ki, onlayn mediamız xaricdən ölkəmizə qara yaxmağa çalışan qüvvələrin təsiri altına düşməsin. Hesab edirəm ki, dövlət tərəfindən maliyyələşmənin həyata keçirilməsi müsbət nəticələr verə bilər”.

Əflatun Amaşov onlayn medianın maliyyələşməsi məsələsini bir neçə dəfə parlamentdə müzakirəyə çıxarıb.



İmza:

Azərbaycanda faydalı qazıntılar elektron hərrac yolu ilə istismara veriləcək

Polis günü və tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib

Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb

“Haqqı çatanlar mükafatlandırılacaq” - Jurnalistlər Prezidentə təşəkkür etdilər

AzTV-nin koronavirusdan vəfat edən əməkdaşının səs yazısı ilə bağlı RƏSMİ AÇIQLAMA

Prezident İlham Əliyev Vladimir Putinə təbrik məktubu göndərib

Xalqını sevən, canını vətənə qurban verən polislərin günü: Gününüz mübarək!

Baş Prokurorluqda kadr korpusu komplektləşdirilir - Yeni təyinatlar var

Bakı şəhər prokurorluğuna yeni təyinatlar oldu

Prezident İlham Əliyev Vladimir Putinə telefonla zəng edib

Maska taxmamağa görə cərimələrin artırılması ilə bağlı qanun qüvvəyə mindi

Rusiyada referendumun rəsmi nəticələri açıqlanıb

SON XƏBƏRLƏR
2020-07-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.41%)
Pullsuz (11.59%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK