ANA SƏHİFƏ / KRİMİNAL

Azərbaycanlı avtoritetin yas mərasiminə basqın: Həbslər...

16731    |   2019-06-06 10:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Rusiyanın Sverdlovsk vilayətində ötən gün - iyunun 5-də azərbaycanlı kriminal avtoritet Vaqif Güləhməd oğlu Sultanovun yas mərasiminə xüsusi təyinatlılar basqın edib.

Virtualaz.orgxəbər verir ki, Vaqif Sultanov ötən gün dəfn olunub və kriminal aləmin çoxsaylı nümayəndələri, habelə regiondakı azərbaycanlı icmasının üzvləri onun "Komfort” kafesində təşkil olunan yas mərasiminə toplaşıblar. Bu vaxt Sverdlovsk vilayəti üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maskalıları kafeyə basqın edib və 30 kriminal avtoriteti saxlayıb. Saxlanılanlar polis bölməsinə aparılıb.

Rusiya DİN-in Sverdlovsk vilayəti üzrə İdarəsinin mətbuat katibi Valeri Qorelıx deyib ki, yas mərasiminə reyd profilaktik xarakter daşıyırdı. Onun sözlərinə görə, reyd "Rosqvardiya”nın xüsusi təyinatlılarının dəstəyi ilə keçirilib.

"Kriminal aləmin nümayəndələri və onların yaxınları bilməlidir ki, Şimali Uralda bir qüvvə var, o da DİN, FTX, "Rosqvardiya” və İstintaq Komitəsi”, - Qorelıx bildirib.

Məlumata görə saxlanılanların bir çoxu artıq buraxılb. Güc strukturlarındakı mənbə deyib ki, üzərlərində silah və qadağan edilmiş pereparatlar aşkar edilməyənlər profilaktik söhbətdən sonra buraxılacaqlar.




İmza:

Ötən gün törədilmiş 27 cinayətin üstü “isti izlər”lə açılıb

Yayılmış əxlaqsız videoya görə qızını güllələdi, videodakı şəxs başqası çıxdı

Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanıldı

Bakıda itləri dalaşdıranlarla bağlı məlumat yayan şəxsə atəş açdılar - YENİLƏNİB + VİDEO

Bakı sakini Gürcüstan vətəndaşını aldadıb, 10 min dollarını aldı

Bakıda qadını qarət edən keçmiş məhkumlar yaxalandı - FOTO/VİDEO

Sabunçuda gözətçini qətlə yetirib 40 min manat oğurlayan dəstə tutuldu

“Bıçağı qardaşımın boğazına çəkdim, dünyam qaraldı” - VİDEO

İş adamının maşını gülləbaran edildi, sürücü öldü – VİDEO

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

İsmayıllıda narkotik becərən qonşular saxlanılıb

Prokurorluq Bərdədə ana və qızının qətli ilə bağlı məlumat yaydı

SON XƏBƏRLƏR
2020-06-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK