ANA SƏHİFƏ / GÜNDƏM

Fitrə zəkatının miqdarı nə qədərdir və necə çıxarılmalıdır?

8330    |   2019-06-03 12:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının fətvasına əsasən, orucluğun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə zəkatı Yaradana şükrün bir ifadəsi və canın sədəqəsi hesab olunur. 

Bəs fitrə zəkatının miqdarı nə qədərdir və şərtləri necədir?

Adalet.sz QMİ-nin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənlinin fitrə zəkatı  haqqında dediklərini nəzərinizə çatdırıb. O bildirib ki, bayram namazına qədər çıxarılmalıdır:

"Ailə üzvlərinin hər birinin adından 3 kiloqram arpa, buğda, xurma, kişmiş, düyü və s. ərzaq növlərini fitrə zəkatı çıxarmaq lazımdır. Bu ilki təqvimə əsasən, fitrə zəkatı iyunun 4-də axşam saatlarından iyunun 5-dək, daha dəqiq desək, bayram namazına qədər (08:00 və ya 09:00-a qədər) çıxarılması vacibdir. Fitrə zəkatı ehtiyacı olanlara verilməlidir. Hədislərdə qeyd olunur ki, fitrə zəkatı verməyənin orucu qəbul olunmaz. Bu, orucun qəbul olunmasının şərtlərindən biridir”.

İlahiyyatçı bildirib ki, fitrə zəkatının miqdarı QMİ tərəfindən təqribən 5-10 manat civarında müəyyənləşdirilib: "Bu da hər bir ailə üzvünün adından və ailə başçısı tərəfindən ödənilməlidir. Əgər, ailədə 5 nəfər varsa, ailə başçısı tərəfindən 25-50 manat məbləğində fitrə zəkatı çıxarılmalıdır. Hədislərdə qeyd olunur ki, Ramazan ayında oruc tutmağın fəlsəfəsindən biri də ehtiyaclı insanların halından xəbərdar olmaqdır. Eyni zamanda bu, insanlarda paylaşmaq, bölüşmək, həmrəylik təəssüratı yaradır. Bununla da fitrə zəkatı bayram əhval-ruhiyyəsinin meydana gəlməsinə xidmət edir. Ona görə də imkanlı şəxslər ehtiyaclı insanları unutmamalıdır. Çünki bu, təkcə fərdi ibadət deyil, həm də sosial mahiyyəti olan bir ibadətdir”.

Qeyd edək ki, Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazidə görünməsinə əsasən iyunun 5-nə təsadüf edir.



İmza:

BŞİH əməkdaşları kütləvi şəkildə koronavirus testindən keçirilib? - RƏSMİ

Sərt karantinə nəzarət gücləndirildi, ciddi yoxlamalar başladı - DİN-dən XƏBƏRDARLIQ

Şahmar Mövsümov: 190 manat birdəfəlik ödəmə qısa bir müddətdə ödəniləcək

Nikahdan kənar doğulan uşaqların sayı artıb

İcazə alınması sistemində yeniliklər edilib - RƏSMİ

Daha 26 nəfər gəmi ilə Qazaxıstana yola salındı

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırıldı - FƏRMAN

Şahmar Mövsümov: Biz bütün dünyanın üzləşdiyi problemlə qarşılaşmışıq

Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirir - CANLI

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar təsdiqləndi

Baş prokuror Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Prezident İlham Əliyev Donald Trampa təbrik məktubu göndərib

SON XƏBƏRLƏR
2020-07-04
2020-07-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK