warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | "Ermənilərin başını əzməliyik" - SİYASƏTÇİLƏRDƏN REAKSİYA Adalet.az | "Ermənilərin başını əzməliyik" - SİYASƏTÇİLƏRDƏN REAKSİYA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

"Ermənilərin başını əzməliyik" - SİYASƏTÇİLƏRDƏN REAKSİYA

7271    |   2019-06-03 12:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ermənilər Xankəndidə Avropa çempionatı keçirirlər. Çempionatda tanınmayan ölkələr, Artsax, Laplandiya, Abxaziya, Çameriya, Padaniya, Qərbi Ermənistan kimi komandalar olacaq. Bunun qarşısını vaxtında almaq olmazdımı?


Adalet.az siyasiətçilərin münasibətini sizə təqdim edir. 




Millət vəkili Aqil Abbas:  Yaxşı olar ki, bu sualı Müdafiə Nazirliyinə və Xarici İşlər Nazirliyinə ünvanlayasınız.







"Ermənilərin başını əzməliyik”


Millət vəkili Fazil Mustafa: "Ermənilər işğal etdiyi ərazidə istənilən addımı atırlar, bizim də bunun qarşısını almağa gücümüz çatmır. Biz imkanlarımızdan istifadə edərək həm diplomatik, həm də başqa fəaliyyətlərlə qarşısını almalıyıq. Amma biz buna alüdə olmamalıyıq. Hazırlaşmalıyıq ki, Xankəndini Azərbaycana qaytara bilək. Bunun üçün də ermənilərin başını əzməliyik, başqa yolumuz yoxdur. Hərbi üstünlüyə daha çox diqqət yetirməli, daha çox hərbi sistemdə olan nöqsanlarımızı düzəltməli, güclü ordu formalaşdırmalıyıq. Bu istiqamətdə addımlarımız yetərli olmayınca, ermənilər bu cür yarışlar keçirəcək və bizim də bunu kənardan müşahidə etməkdən başqa bir yolumuz qalmayacaq”.



"Çox sarsaq vəziyyətdə qalmışıq”


QAT-ın sədri Akif Nağı: Hesab edirəm ki, Azərbaycan hakimiyyəti tərəfindən vaxtında ciddi addımlar atılmalı idi. Çünki 6 aydır ki bu məsələ ilə bağlı söhbət gedir. Avropa liqasının finalının Bakıda keçirilməsinə qarşı ermənilər çox ciddi mübarizə apardılar, hətta iş o yerə çatmışdı ki, final oyunu Bakıda keçirilməyə də bilərdi. Əslində haqsız mövqedə idilər, amma haqsız mövqeləri uğrunda istədiklərinə az qala nail olacaqdılar. Azərbaycan hakimiyyəti, aidiyyatı qurumlar haqlı mövqedən çıxış edərək Beynəlxaql təşkilatları inandırmalı idilər ki, bu, Azərbaycanın ərazi bütövlüyünə qarşı həqarətdir. Xarici ölkələrdən hansı viza ilə gəlirlər ora? Özü də bu birinci dəfə deyil. Çempionatda iştirak edənlər tanınmayan qurumlardır, heç tanınmayanlar siyahısında da tanınmayıblar. Ermənilər bu cür yarışlarla fon yaratmaq istəyirlər. Çox sarsaq vəziyyətdə qalmışıq.


"Futbol yarışıdır da, keçirsinlər. Onsuz da bu ölkələr heç bir ölkə tərəfindən tanınmayıb”.


Millət vəkili Tahir Rzayev: Bunlar təcavüzkar ölkələrdir, o cümlədən Abxaziya, Asetiya kimi tanınmamış respublikalar var ki, onlar təcavüz yolu ilə bu əraziləri işğal ediblər. Onlar beynəlxalq normalara əməl etmirlər. Onlar haqqında nə tədbir görmək olar? Onları ancaq zor, silah yolu ilə susdurmaq olar. Ancaq bu da məqbul yol olmadığına görə beynəlxalq aləm imkan vermir. Başqa yol yoxdur. Futbol yarışıdır da, keçirsinlər. Onsuz da bu ölkələr heç bir ölkə tərəfindən tanınmayıb. Onlar hər cür hərəkət edə bilərlər.




İmza:Eminquey

Mədət Quliyev: "Heydər Əliyev Azərbaycanı əsarət altına düşməkdən xilas etdi"

Ankara və Bakı qardaşlaşmış şəhərlər olacaq

Birinci vitse-prezidentin adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib

Elmi ekspedisiyalarda iştirak edən sürücülərlə bağlı YENİ TƏLƏBLƏR

Nazir: Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub

İlham Əliyev fərman imzaladı

Diaspor Komitəsində Milli Qurtuluş günü keçirildi

Rövşən Rzayev BMT İnkişaf Proqramının nümayəndəsi ilə görüşdü

FHN Akademiyasında “Heydər Əliyev məktəbinin lektoriyası”nın növbəti məşğələsi keçirilib

Vaqif Əsədov: “Bizim dünəndən etdiyimiz “Son zəng xəbərdarlığı”nın təsiri olub”

Vətəndaşlarla bağlı layihə birinci oxunuşdan keçdi

Deputatlar büdcənin icrasına “HƏ” dedi

SON XƏBƏRLƏR
2019-06-15
2019-06-14
13:56 Ziya


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK