Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Abşeronda narkoşəbəkə aşkarlandı - Üzvləri arasında qadın da var Adalet.az | Abşeronda narkoşəbəkə aşkarlandı - Üzvləri arasında qadın da var Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Abşeronda narkoşəbəkə aşkarlandı - Üzvləri arasında qadın da var

14315    |   2019-06-03 11:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəbəkənin üzvləri saxlanılıblar.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, Abşeron rayonunda keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Vüqar Əliyev tutulub. Onun üzərinə baxış zamanı 1,067 qram, yaşadığı evdən isə 0,613 heroin aşkar edilərək götürülüb. V.Əliyev istintaq verdiyi ifadəsində narkotik vasitəni Fəridə adlı şəxsdən aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq Bakı şəhər sakini Fəridə Qasımzadə də tutularaq istintaqa təqdim olunub. Onun üzərində şəxsi axtarış aparılan zaman 4,571 qram aşkar edilib.

Baş İdarə əməkdaşları narkotik vasitələrinin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirlərini daha da genişləndirərək F.Qasımzadəyə heroini satan Xırdalan şəhər sakini Elnur Kazımovu və həmyerlisi Ramil İsbəndiyarovu da saxlamağa nail olublar. E.Kazımovun üzərindən 1, 467, R. İsbəndiyarovdan isə 100,947 qram heroin aşkar edilib. Əməliyyat tədirlərinin davamı olaraq R.İsbəndiyarovun yaşadığı evə baxış zamanı əlavə 398,499 qram heroin, 52,454 qram metamfetamin, həmçinin 1 ədəd idman tapançası, 1 ədəd beşbarmaq və 1 ədəd dəyənək götürülüb.

Faktla bağlı dəstə üzvləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.



İmza:
SON XƏBƏRLƏR
2019-10-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK