hacklink Adalet.az | BİRİ VARDI... - Fəridə RƏHİMLİ yazır Adalet.az | BİRİ VARDI... - Fəridə RƏHİMLİ yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BİRİ VARDI... - Fəridə RƏHİMLİ yazır

4733    |   2019-05-31 18:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çox vaxt deyirlər ki, əvəzedilməz insan yoxdur. Bu fikri yürüdənlər çox güman ki, məsələyə maddi varlıq baxımından yanaşırlar. Amma hər insan mənəviyyatı ayrıca bir özəlliyə malik dünyadı və bir mənəvi dünyanı digəri əvəz edə bilməz.

...Əvvəl inanmamışdım bu bəd xəbərə. İnanmamaq üçün özümü aldatmağa çalışdım – növbəti zarafatıdı, dostları sınamaq üçün bu xəbəri yayıb – düşündüm.

İtkilərin hamısı ağır olur. "Vaxtsız ölüm” deyirik, "tez getdi” deyirik, amma hər kəsin yazısı, sayılı günü var və vaxtsız dediyimiz gün əslində o günmüş, o vaxtmış. Düzdü, qəbul edə bilmirik. Onun ölümünü qəbul edə bilmədiyimiz kimi...

"Ədalət” qəzetində imzaya baxmamış yazının ona məxsus olduğunu bilmək olurdu. Gülə-gülə güldürürdü, gülə-gülə utandırırdı, gülə-gülə qandırırdı çoxlarını... Yumoru, satirası qərəzli, kinli deyildi. Məddahlıq etmədən, kiməsə yarınmadan, vicdanının səsiylə cəmiyyətin çatışmazlıqlarını, əksikliklərini, yaramazlıqlarını gülüş hədəfinə çevirməklə içinin əzablarını boşaldırdı. Çünki cəmiyyətin bu çatışmazlıqlarının əziyyətlərini özündə hiss edən nə birinci, nə axırıncı adam idi. Küçələrində qalaqlanmış zibilin yaratdığı narahatçılıqlardan tutmuş, təhsildə, səhiyyədə, məhkəmə sistemlərində, şou-biznesdə, kinoda, ticarətdə, hərbi və sair sahələrdəki qanunsuzluqlara qədər barışmaz münasibətini satirik dillə elə gözəl ifadə edirdi ki, həm əsəbin, hiddətin, həm də gülüşün bir yerə necə sığışdırılmasına təəccüb etməyə bilmirdin. Onun əsas personajlarından olan Xeybər isə cəmiyyətin aşağı təbəqəsinin simvolu idi.

Yazılarını oxuduqca "tanımışdım” onu. Hazırcavab, baməzə lətifələri ilə çoxluğun əhvalını dəyişməyə qadir olan bir yazar - bu qədər tanıyırdım. Amma əsl insani keyfiyyətlərini sonra gördüm - o, həyatın ağır imtahanına çəkilərkən. Ayağının amputasiyası, böyrək çatışmazlığı, insult, infarkt kimi sınaqlardan mətanətlə çıxarkən. Adətən insan çətinə düşəndə əsl sifəti üzə çıxır. Öz canının hayında olarkən adi vaxtlarda pərdələdiyi tərəfini büruzə verir və onun tamam başqa birisi olduğunu görürsən. Onu isə, çətin vaxtında – dözülməz ağrıların cəngində daha yaxından tanıdıq. İlahi, insan nələrə dözərmiş!!! O əzabların içində öz nikbinliyini, kişi qürurunu saxlamaq hər kəsə nəsib olan keyfiyyət deyil... Eyni zamanda inamını, inancını qorumaq! Onun sağalandan sonrakı yazılarından: "...canımı dişimə tuturdum ki, asi düşməyim...”.

İş yoldaşları, dostları tez-tez xəstəxanada ona baş çəkirdilər. Etibar Cəbrayıloğlu, Əbülfət Mədətoğlu ilə mən də onu yoluxmağa getmişdik. Əslində, onu yataqda görmək istəmədiyimizdən yanına gedə bilmirdik. Onu əzab içində qovrulan görmək istəmirdik. Həmişə yazıları, söhbətləri ilə bizdə gözəl əhval yaradan, güldürən bu insanın əzab çəkdiyinin şahidi olmaq bizə çox çətin idi...

Palatada saralmış sifətinə gözüm sataşanda çox məyus oldum. Amma bu uzun çəkmədi. Çünki, inanmazsınız, o dözülməz ağrıların içində də bizimlə zarafat etməkdən qalmadı. Təəccübdən gözlərim böyümüşdü. İnsanın – kişinin mətanəti haqda eşitmişdim. Bu, rastlaşdığım, əzablarına da gülüşlə qalib gələn ilk insan idi! Onun ağrıdan üzüldüyü hər halından bəlli idi – "insan əzabının son həddi”!!!. Amma heç kimi məyus etmək, kiminsə qarşısında sınmaq istəmirdi. Etibar müəllim çox üzüntülü idi. Əbülfət müəllimin özünə həkim çağırası oldular. Mənimsə gücüm göz yaşlarıma çatdı və bunları ondan gizlətmək üçün bəhanələrlə bir-bir palatadan bayıra çıxıb-girirdik...

"Ədalət” qəzetinin təsisçisinin şəxsi köməyi ilə yanaşı "Jurnalist evini satır... xəstəxana xərcini ödəmək üçün” yazısıyla müraciəti səslənsə də və bu çağırışa bir çoxları qoşulsa da, o, özü heç kimə ağız açmadı. Xəstəliyi müddətində dolaşdığı tibb ocaqlarındakı özbaşınalıqlardan, qanunsuzluqlardan yazdı, öz timsalında millətin nə çəkdiyini açıb göstərdi...

Onun gileyləndiyi bircə şey vardı – dostların vəfasızlığı!

"O dünyada özünü necə aparmalı” adlı baməzə görüntülü, əslində isə sırf həqiqət olan və düşünməyə vadar edən yazısı ilə neçə dəfə "səyahət edib, qayıtdığı o dünya” haqda yazdı.

Sonralar, kəsilmiş ayağına müraciətlə yazdığı baməzə yazı ilə məni güldürə bilmədi, doyunca ağlatdı... O yazıda dostların onu tərk etməsinin günahını ayağına yazırdı...

Bir dəfə ondan soruşdum ki, istedadsız adamların əksəriyyəti yazdığı cızma-qaralarını kitab halında çap etdirdiyi halda siz niyə həmişə aktual, cəmiyyəti narahat edən məsələlərdən bəhs edən, düşündürən, eyni zamanda güldürən pozitiv auralı yazılarınızı toplum halında çap etdirmirsiniz? Maraqlı və oxunaqlı olar. "Əşşi...” deyərək əlini yellədi. Sonra gülümsünüb əlavə etdi: erməni deyir, nail olduğumun əksəriyyəti müsəlmanın "əşisinin” hesabınadı. Sonra bir az düşünüb dedi: Yazdığımızın nə xeyri var ki.. Dəyirman bildiyini edir, çax-çax baş ağrıdır... bir az ürəyimizi soyuduruq, vəssalam!

Amma bu "bir az”lar indiki gərgin-psixoloji durumda çoxlarının, eynilə onların problemlərini yaşayanın, düşünənin olduğunu bilməsiylə mənəvi dəstək olurdu.

Uzun müddət müalicə alandan sonra bir dəfə nəşriyyatın dəhlizində rastlaşdım onunla. Hər iki qoltuğundakı əsadan gözümü yayındırmağa çalışaraq hal-əhval tutdum. Bunu hiss edərək həmişəki şuxluq və nəzakətlə təşəkkür etdi. Üzündə elə bir işıqlı və nikbin ifadə vardı ki, sanki başına gələnlərə mənim qədər təəssüflənmirdi. Bəlkə də... İnsan yaradanın ən böyük möcüzəsidi...

"Ədalət” qəzetinin duzu, məzəsi bizi əbədi tərk etdi... Onun sözlərindən, lətifələrindən hələ sağkən tez-tez misallar çəkərdik. İnanıram ki o, uzun illər xatırlanacaq, qəlblərdə, təbəssümlərdə yaşayacaq.

Biri vardı, biri yoxdu... Bir Oqtay Salamov vardı. Həyatsevər, nikbin, müsbət aurası ilə pessimizmi üstələyən, əzabına, hətta ölümünə gülə bilən...insan. Həyat, yaşam uğrunda mücadilədə hər kəsə nümunə ola biləcək kişi...

Biri vardı... Xatırlayanda ancaq dodaqlara gülüş, təbəssüm qonardı. Biri vardı... var, olacaq, xatırlanacaq.

Çünki insan onu xatırlayan axırıncı adam dünyasını dəyişəndə ölür, deyirlər...

Niyə illər sonra, indi xatırladım onu?! Çünki insan yaşlaşdıqca daha çox kədərlənir, daha çox düşünür, həyatında gülüşün, təbəssümün yeri daralır və belə anda Oqtay Salamov kimi insanlar xatırlanır – təbəssümə ehtiyacın olan zaman! Yeri boş gürünür!!!

Əvəzedilməz insan yoxdur fikri yanlış fikirdi, əvəzedilməz insanlar çoxdu bu həyatda!

P.S. "...Oqtay Salamov vardı "Ədalət”də, bilmirəm indi yazır ya yox, çoxdandır "Ədalət” almıram-onun üçün burnumun ucu göynəyir. Diqqətlə oxuduğum imzalardan biriydi. Kişi professionaldı. Boynuma alıram ki, Oqtay müəllimdən çoxlu mətnlər plagiat etmişəm. Mənim qəzetim olsaydı, məhz onun kimi jurnalistlərlə işləyərdim.Bu adamlar jurnalistikadan getsə, çox şey itirərik, qədrini bilmək lazımdır”. (yazıçı-jurnalist İbrahim Sel 15.07.2012 facebook.com)

P.P.S. Çox şey itirdik onun gedişiylə...

f_rehimli@rambler.ru


İmza:

YAZARIN ARXİVİ

2019-04-05 : YALTAQ
2019-03-20 : YENİ GÜN OVQATI
2019-03-07 : QADIN
2019-02-22 : QAR QAN AĞLAR...
2019-02-08 : YEYİM,YEMƏYİM?
2018-12-22 : GƏL...
2018-12-08 : ZƏRURƏT
2018-11-24 : ALO...
2018-11-08 : PALÇIQ VANNASI
2018-09-14 : ŞİLLƏTERAPİYA
2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2019-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK