bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri bahis siteleri canlı bahis kacak bahis https://www.warezm.com kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal Adalet.az | Əbülfət MƏDƏTOĞLU: GEDƏN GÜNÜN ARXASINCA... Adalet.az | Əbülfət MƏDƏTOĞLU: GEDƏN GÜNÜN ARXASINCA... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: GEDƏN GÜNÜN ARXASINCA...

Baxma, geri dönməyəcək

4690    |   2019-05-27 09:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər ötən gün özüylə nə isə aparır və hər ötən günün də arxasınca özündən asılı olmadan çevrilib baxırsan. Bəlkə də bu bir instinqdi... Bəlkə də insanın özünün özündən qopan zərrələrinə, hissəciklərinə bir təəssüfdü, bir ehtiramdı... bir vidadı, bir ağıdı. Amma hər nədisə, bu bizim içimizdən bütün hallarıyla gəlib keçən bir hissdi. Və mən də sizlərdən biri olaraq hər ötən günün məndən gətirdiyindən çox apardığını görürəm, yaşayıram və onun dalınca da heç nə demədən susub baxıram. Guya desəm nə olacaq ki?! Necə deyələr, olan olub, gedən gedib...

Bu məqamda yadıma rəhmətlik məşhur meyxanaçı Nizami Rəmzinin (əgər yanlışlıq edirəmsə, oxuculardan üzr istəyirəm - Ə.M.) dillər əzbəri olan meyxanası düşür. Daha doğrusu, onun bir bəndi. Sovet dövrünün meyxanalarından idi bu. Deyirdi ki:


Gedən gedib, yerdə qalan da gedəcək,

Qorxma, bizi dərdə salan da gedəcək.


Bəli, bu prizmadan baxanda gedən də, səndən qopub ayrılan da nə qədər üzücü olsa da dözməyə məhkumuq. Başqa yolumuz yoxdu. Sadəcə, yadımızda saxlamalıyıq ki, biz bizdən öncə gedənlərə qovuşacağıq, ruhən onlarla birlikdə olacağıq. Ona görə də arxasınca baxdığım ötən günün ondan öncəki günlərə qovuşduğunu qəbul edirəm. Və bu gün yazınını diqtə olunduğu, yazıldığı zaman kəsiyinin də ötüb gedən günə qovuşacağına heç bir şübhəm yoxdu - mənli, mənsiz. Həyat, zaman və təbii ki, bir də Yerin öz oxu ətrafında fırlanması öz işini görəcək. Mən nə qədər desəm də ki, içində olduğum ağrı, acı, sevinc, kədər, uğur, məğlubiyyət, bir sözlə, məni əhatə edən və mənim sarıldığım nə varsa, tərpənməzdi, dəyişməzdi. Bu bir abstrakt fikir kimi mənə aiddir. Onun dəyişdiyi isə başqalarının diqqətindən yayınan deyil. Hətta bir dəfə yazdığım misraların təsiri altında bu mövzuda fikir yürütməyə çalışanda dəyərli bir dostum mənə xatırlatdı ki, öz adından və öz düşüncən kimi ortaya qoyduğunu kiməsə sırımaq ixtiyarın yoxdu. Onun dediklərini götür-qoy edəndən sonra razılaşdım. Və elə həmin o razılıq nöqtəsində bir daha şeirin ahənginə uyub dedim ki:


Elə kövrəlmişəm uşaq olmuşam

İçimdə büzülür dodğım xəlvət...

Mən indi hamıdan uzaq olmuşam -

Soyuğa bürünür otağım xəlvət.


Elə kipriyimi tək-tək qırpıram

Demək kəfənimi cırpıb yırtıram...

Gecə yastığımı yüz yol çırpıram -

Dərdə çarpayıdı yatağım xəlvət.


Geçən bu ömürün çoxudu artıq

Ürək son nəğməsin oxudu artıq...

Aşkar sağalması yuxudu artıq -

Görən sağalacaq o dağım mənim?!


Bəli, indi ömrün çoxunun getdiyi və bir də bu gedənin sağalmayan yaraları özü ilə aparmaması əlavə bir ağrılı, əlavə bir yük olur çiynimdə. Bax, ona görə də əsəblərimi cilovlaya bilmirəm. Necə deyərlər, ağrısını, ağırlığını atıb gedənlərin namərdliyinə dözülməz oluram. Axı, biz niyə belə edirik? Niyə ancaq özümüzə faydalı olanı, özümüzün həyatında iz buraxanı yarıyolda qoyuruq. Axı sevinclə kədər əkizdi. Ona görə də sevincin ömrümüzdə açdıqlarını özümüzlə götürdüyümüz kimi kədərin də vurduqlarını unutmalı deyilik. Onları toplum halında, ömrümüzün bir hissədi kimi daşımağı bacarmalıyıq. Düşünürəm ki, mənim bu məntiqim o qədər də qorxulu və təhlükəli deyil. Ən azından hisslərə bir sayğıdı. Sayğı göstərən də təbii ki, sayğıyla qarşılaşar...

Ötən zaman kəsiyinin həyatıma vurduğu naxışların içərisində baş səhifə var. O səhifə qırmızı qələmlə yazılıb. Hardan baxsam, hansı tərəfdən vərəqləri çevirsəm, dərhal diqqətimi çəkir, o, özünü göstərir. Özü də elə göstərir ki, ona "yox ol!" demək mümkün olmur. Ona görə ki, o, ömrün bir hissəsidir və bunu da öncədən də qeyd etmişdim. Elə həmin o qırmızı hərflə yazılıb qaranlıq məqamları işıqlandıran hissənin də baş qəhrəmanı özüməm. Axı burda söhbət tək mənim yox, həm də böyük bir insan toplumunun yurdsuz-yuvasız qalmasından gedir. Özümünkülərin, həmyerlilərimin çəkdiklərini, oxşar və yaxud da müəyyən fərdlərlə yaşamaq, çəkmək qismətimin işığında kağıza pıçıldamışam ki:


Özüm qaçqın, yuxum qaçaq

Gözümün dibi lillənib...

Səhərləri necə açdıq? -

Bir deyən yoxdu - dillənib...


Başımdan basır aşağı

Çəkdiyim qəmlərin fikri...

Qovur mən adlı uşağı -

Barmaqlarımın zikri...


Dumandı səmtim və bərəm

Yoxdu gələn, nə də görən...

Nə bitir ki, nə də dərəm? -

Nə də yoxdu ümid verən...


Qaçaq yuxum, qaçqın özüm

Ortada başına qaldım...

Bir meh idi əsdi sözüm -

Sonda göz yaşına qaldım...


Elə bu yerdəcə vurğulayım ki, bütün ağrıların, bütün dərdlərin, bütün sevinclərin, hətta bütün gülüşlərin şah damarı olur. O damarla təkcə dərd, qəm, sevinc, ağrı fırlanmır. O damarla, biz onu izləyəndə, onu özümüzdə hiss edəndə elə özümüz də ona qoşuluruq. Bir də baxıb görürük ki, içimizdəkilərin başqa cizgiləri də ortaya çıxır, özünü büruzə verir. Şəxsən mən belə hallarda öz-özümə pıçıldayıram:


Mən çəkən dərdlərin hamısı tərdi

Üstünün şehi də qurumayıbdı...

Özünüz görürsüz vallah, nətərdi -

Gözünün lili də durulmayıbdı!..


Deməli, çəkdikcə çəkilən, yaşadıqca yaşanılan hisslərdən qurtulmaq, lap konkret desəm, xilas olmaq yolu yoxdu. Ona görə də hər yerdə, hər zaman, hər bir yazımda, hər bir sözümdə təkrar-təkrar vurğulayıram ki, Allahın verdiyini yalnız Allah geri ala bilər. Əgər mənin qəlbimdə Səni bir varlıq olaraq yaradıb, böyüdüb yaşadırsa, məndən də səni almaq gücü ona məxsusdu. Bunu qəbul etmək heç də hansısa bir günaha imza atmaq deyil. Əksinə, bu, gerçəyin etirafıdı. Yoxsa...

Bəli, etirafda gecikəndə ağrı da, xatırlama da çox dəhşətli olur. Hətta bəzən dözülməz həddə gəlib çıxır. Bax, bu mənada mən sənə etiraf etdiyim kimi, sən də mənim haqqımın üstünə getməməlisən. Etiraf etməsən də onu tapdalamamalısan. Çünki:

Susdurmayın, ruhumun

Qonaq gələn vaxtıdı...

Son, əbədi yuxumun -

Ruha bələn! - vaxtıdı...


Şər qarışıb sükut da -

Öz içində susub ta!..

Kipriyində su tut da -

Qəmin gülən vaxtıdı...


Ürək bağlı kiliddi

Kim açdı, kim kiritdi?!

Dünyasından kim itdi -

Onun bilən vaxtıdı!..


***

Hər dəfə hansısa bir işin dalınca və yaxud da eləcə özümdən, sözümdən inciyib, ya da onlara bir dinclik vermək istəyiylə çəkilib haralarasa gedəndə mənə elə gəlir ki, bir də dönüş olmayacaq. Tam səməmi deyirəm, istənilən adamı harasa yola salanda elə bilirəm ki, o, özüylə birlikdə bütün dünyamı götürüb aparır. Bir də o adamı görə bilməyəcəm. Bu çox ağrılı bir hissdi. Hətta bir dəfə mənə söyləyiblər ki, özüm gedəndə narahat olmuram, yola salanda üzülürəm! Bax, bu deyim bütün dünyama, bütün hisslərimə hakim kəsilib. Ona görə də lap deyək ki, gəzməyə, toya-bayrama gedən adamların da yolasalma mərasimi mənə ağrı yaşadır. Bunu mənə irad tuta bilərsiniz, günah saya bilərsiniz. Amma neyləyim ki, bu belədi. Gedənlər mənim dünyamı da özləri ilə aparırlar. Amma özümü aparmırlar. Və hardasa mənə elə gəlir ki, onlar bu gedişlərilə məndən qurtulmaq, məndən xilas olmaq istəyirlər. Bilmirəm hardan hopub qanıma bu üzüntü ? Və mən bunu zaman-zaman yaşayıb gedənlərin də, elə qalanların da, o cümlədən özümün də ovqatımı korlayıram. Və tutulan iradları da təsəlli olsa belə həzm edə bilmirəm. Çünki gedənlər mənim təklənməyimə yol açırlar. Və mən də həmin o təkləndiyim anların şəklini çəkirəm, özü də sözlə...


Tez gəl gülüm, dönüb tez gəl

Bu şəhər təkləyib məni...

Ürəyim, həm tutduğu əl -

Sənsizlik ləkləyib məni...


Bu şumda qəm şitillənib

Kədər də bostançı olub...

Orda-burda midillənib -

Keçən vaxtım itib, solub...


Sığındığım künc, bucaq dağ

İsinməyib hənirimə...

Yad gəlibdi ev, uşaq da -

Bu tükənən səbrimə...


Ağırlaşıb anın daşı

Təkliyim

güc gəlir mənə...

Bu sevginin yanın qaşı -

Qorxuram göz dəyər sənə!..


Getdin, gördün, gəzdin, qayıt

Təkliyimi sök canımdam...

Yatan ruhu öpüb ayılt -

Getmə, bir də sən yanımdan...


Hə, indi bütün yazı boyu söylədiklərimin cilovunu əlimə almaq, bir axara gətirmək zamanıdı. Çünki ötən hər gün özüylə apardıqlarının içərisində sənin izin, sözün, işartın da olur. Onlar gedib xatirəyə çevrilir. Mən isə xatirələrlə əylənmək, xatirələrlə təsəlli tapmaq istəyindən çox-çox uzağam. Ümumiyyətlə, acı da olsa gerçəkliyin özü mənə daha doğmadır. Bu doğmalığın da ömrü özümün, sevgimin ömrü boyda ölçülüb mənim üçün. Mən boyumdan hündür, yəni ölçümdən artıq nəsə istəmirəm, ummuram. Tanrıdan diləyim yalnız mənə yazdığının, mənə verdiyinin halal haqqın olmasıdı- acı da olsa, şirin də, əzablı da olsa, sevincli də! Axı mən Tanrı önündə ruhumu ona tapşırıb demişəm ki:

Bir Tanrı nuru var bəndə içində

Yuxusun şeh ilə silənlər bilir...

İlahi, bu nurun mən də içində -

Pıçıltı kimiyəm, bilənlər bilir...


Məsafə keçmişəm gözdən uzaqda

Ocaqdan uzaqda, közdən uzaqda...

Nə qədər dursam da sözdən uzaqda -

Mən sözün kimiyəm? - bilənlər bilir.


Uca olmağın da ölçüsü haqqın

O ölçü qazancın - əbədi taxtın...

Zamanın sözüdü, sözün də vaxtın -

Keçib sınaqlardan gələnlər bilir.


Məsafə nədir ki? - göz-qaş arası

Ürəyin özü ol, ya da parası...

Əbülfətə qalan bir göz qarası -

Bir də nəm kiprikdi - gülənlər bilir.


Bəli, ötən günün, yaşadığım anın, üzümə açılacaq sabahın böyük Səməd Vurğun demişkən, mübtədası Sənsən! Bunu bilənlər bilir. Siz də ötən gününüzün, yaşananan anınızın mübtədasını unutmayın. Bilin ki, onu da bilənlər bilir, o cümlədən də mən!..



İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
SON XƏBƏRLƏR
2019-06-26
2019-06-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK