ANA SƏHİFƏ / DÜNYA

Montevideo şəhərində 28 May - Respublika Günü qeyd edilib

23374    |   2019-05-24 15:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Montevideo şəhərində 28 May Respublika günü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə təntənəli qəbul keçirilib.

Xarici İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Azərbaycanın Uruqvaydakı diplomatik missiyası tərəfindən 28 May Respublika Günü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə keçirilmiş tədbirdə Uruqvayın Xarici İşlər naziri cənab Rodolfo Nin Novoa, hökumətin yüksək səviyyəli nümayəndələri, senator və deputatlar, eləcə də diplomatik korpusun, akademik və biznes dairələrinin çoxsaylı təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Uruqvaydakı səfiri Rəşad Aslanov Azərbaycanda müsəlman dünyasında ilk demokratik respublikanın qurulmasının tarixi əhəmiyyətindən və qısa müddət ərzində əldə etdiyi nailiyyətlərdən bəhs edib. Eyni zamanda, səfir R.Aslanov ölkəmizin müasir müstəqillik dövründə keçdiyi inkişaf yolu barədə məlumat verib. Xüsusilə, son illərdə Azərbaycanın əldə etdiyi nailiyyətləri, həyata keçirdiyi regional və beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələrini qeyd edib. Habelə, səfir Rəşad Aslanov Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu və işğal altındakı ərazilərdə azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasətindən danışıb.

Azərbaycan-Uruqvay əlaqələrinin son illərdə yüksək dinamika ilə inkişaf etdiyini qeyd edən səfir, cari il ərzində hər iki ölkənin xarici işlər nazirlərinin baş tutan qarşılıqlı səfərlərinin əməkdaşlığa xüsusi təkan verdiyini vurğulayıb. Eyni zamanda, səfir Aslanov Azərbaycanın Uruqvaya ən çox neft satan beş ölkədən biri olmasını deyib. Diplomat gələcəkdə ikitərəfli əməkdaşlığın daha da genişləndiriləcəyinə inamını ifadə edib.



İmza:

1700-ə qədər ruhi xəstə səhvən xəstəxanadan buraxıldı

Yaponiyaya gələn turistlərə pul veriləcək

ÜST: İnsanların 90 faizindən çoxunun koronavirusa yoluxma riski var

Britaniya tarixində ilk: Hicablı müsəlman qadın hakim seçildi

Maldiv adalarında turistlər üçün yeni QAYDALAR

Gürcüstanda restoranlar və ticarət mərkəzləri açılır

Koronavirus ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını sürətləndirib

Polşa prezident seçkiləri ərəfəsində

Almaniyada sosial təmaslara qoyulan məhdudiyyətləri yüngülləşdirməyə qərar verilib

Türkiyədə ölkədaxili dəmiryolu nəqliyyatı bərpa olunur

Dünyada sutka ərzində koronavirusa yoluxanların sayı 100 mindən az artıb

Peskov: “Putin kimlə şəxsən görüşəcəyinə özü qərar verir”

SON XƏBƏRLƏR
2020-05-28


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK