hacklink Adalet.az | Əliməmməd Nuriyev: “Hakimlər ömürlük təyin olunmalıdır” - MÜSAHİBƏ Adalet.az | Əliməmməd Nuriyev: “Hakimlər ömürlük təyin olunmalıdır” - MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Əliməmməd Nuriyev: “Hakimlər ömürlük təyin olunmalıdır” - MÜSAHİBƏ

“Bu onların müstəqilliyinə də müsbət təsir göstərər”

25051    |   2019-05-23 10:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Ədalət" qəzeti Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevlə müsahibəni təqdim edir.

- Əliməmməd müəllim, ölkəmiz 28 May Respublika Günü ərəfəsindədir. Bu kimi ölkə əhəmiyyətli günlər, bayramlar ölkə rəhbərliyi tərəfindən imzalanacaq əfv fərmanı ilə də yadda qalan olur. Məhkumların həyatına bu günlər həm də bir azadlıq tarixi kimi düşür. Prezident Yanında Əfv Məsələləri Komissiyasının üzvü olduğunuz üçün Sizdən soruşmaq istərdik, Respublika Günü ərəfəsində növbəti əfv fərmanının imzalanacağı gözlənilirmi?

- İlk növbədə qeyd etməliyəm ki, əfv sərəncamını imzalamaq hüququ prezidentin müstəsna konstitusiya səlahiyyətidir. Qeyd edim ki, Azərbaycanda müstəqillik əldə ediləndən bu günə qədər 66 əfv sərəncamı olmuşdur. Bu əfv sərəncamları nəticəsində 8 minə qədər şəxs cəzadan azad edilmişdir. Və bunlarından böyük bir hissəsi azadlıqdan məhrumetmə cəzasının qalan hissəsindən azad edilmişdir. Onlar arasında 35 nəfər ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslər də olub ki, onların ömürlük azadlıqdan məhrumetmə cəzası müxtəlif müddətli azadlıqdan məhrumetmə cəzası ilə əvəzləşdirilib. 2003-cü ildən bu günə qədər Azərbaycan prezidenti İlham Əliyev tərəfindən 33 əfv sərəncamı imzalanmışdır. Və bu əfv sərəncamları nəticəsində 4 minə qədər şəxs azadlıqdan məhrumetmə cəzasının qalan hissəsindən azad edilmişdir. Yetərincə bunlar ciddi rəqəmlərdir. Bu şəxslərin arasında qadınlar da var, uşaqlar da var, hərbi qulluqçular da.

                                    

                                 "Biz insanların gözləntilərini başa düşürük"


Bildiyimiz kimi ötən il cumhuriyyətin 100 illiyi ərəfəsində əfv sərəncamları tarixində ən geniş miqyaslı bir əfv sərəncamı oldu. 634 nəfər cəzadan azad edildi. Onun 609 nəfəri azadlıqdan məhrumetmə cəzasının qalan hissəsindən azad edildi. Və bu ildə Novruz bayramı ərəfəsində ölkə başçısı tərəfindən 431 nəfərin adı əfv sərəncamına düşdü. Cəmi iki ay müddət keçib. Belə qısa müddət ərzində yeni bir əfv sərəncamının imzalanması reallığına şübhə ilə yanaşıram. Biz insanların gözləntilərini başa düşürük. Amma belə qısa müddət ərzində tez-tez əfv sərəncamlarının imzalanmsı da bütövlükdə əfv institutunun mahiyyətinə də, məzmununa da xələl gətirmiş olar.

- Əliməmməd müəllim, illər öncə qeyri hökumət təşkilatı (qht) deyəndə cəmiyyətdə bunu bir hökumətin əleyhinə olan təşkilat kimi qəbul edirdi. Hətta dövlət qurumlarının özü belə qht-ləri yaxın buraxmaq istəmirdilər. Bu gün vəziyyət necədi? Qht-lərlə dövlət qurumları arasında sağlam dialoq mühiti yarana bilirmi?

- Zaman-zaman vətəndaş cəmiyyətlərinin, qht-lərin tarixlərinə diqqət yetirsək görərik ki, dövlət qurumları ilə münasibətləri rəvan olmamışdır. Doğrudur müstəqillik əldə ediləndən sonra qəbul edilən ilk qanunlardan biri ictimai birliklərlə bağlı qanun olmuşdur. Daha sonra Konstitusiya qəbul edilən zaman priambulasında ölkədə vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq əsas mesajlardan biri kimi qeyd olunmuşdur. Konstitusiyanın müxtəlif maddələrində bu və ya digər formada vətəndaş cəmiyyətini təşviq edən, vətəndaş cəmiyyətinin yaradılması ilə bağlı məsələləri normativləşdirən hallar vardır. Daha sonra 2007-ci ilin 27 iyununda vətəndaş cəmiyyətinə dəstək konsepsiyasını qəbul edildi. Həmçinin 2007-ci ilin dekabr ayında ölkə başçısı tərəfindən Azərbaycan Prezidenti yanında qht-lərə dövlət dəstəyi şurası yaradıldı. İlk dövrlərdə dövlət məmurları vətəndaş cəmiyyətinin mahiyyətini, məzmunu başa düşmürdülər. Bəzən onlara dövlətə qarşı olan bir qurum kimi də baxırdılar. Zaman keçdikcə bu münasibətlər sistemi dəyişdi. Hazırda dövlət vətəndaş cəmiyyətinə bir partnyor kimi baxır. Hər il dövlət büdcəsindən vətəndaş cəmiyyətinin layihələrinin maliyyələşdirilməsi ilə bağlı müəyyən vəsaitlər ayrılır. Qht-lərə dövlət dəstəyi şurası 2008-ci ildən bu günə qədər bütövlükdə vətəndaş cəmiyyətinin müsabiqə nəticəsində qalib olmuş layihələrin maliyyələşməsinə 39 milyon manatdan artıq vəsait yönəltmişdir. Eyni zamanda ölkəmizdə 10-a yaxın dövlət qurumu var ki, qht-lərin layihələrini dəstəkləyir, onlara qrant verir. Ölkə rəhbəri ardıcıl olaraq sərəncamlarında vətəndaş cəmiyyəti qurumlarının işçi qruplarına daxil edilməsinin şahidi oluruq. Digər tərəfdən çoxsaylı qanunvericiliyin hazırlanmasında vətəndaş cəmiyyətinin təklifləri, təçəbbüsləri nəzərə alınır. Bununla yanaşı müxtəlif dialoq platformaları mövcuddur hökümət təşkilatları ilə qht-lər arasında. Məsələn, ölkəmiz 2011-ci ildə açıq hökümət beynəlxalq islahatlar təşəbbüsünün üzvülüyünə daxil olduqdan sonra yaranan Açıq hökumət vətəndaş dialoq platforması. Bu çox unikal platformadır. 45 qht və 11 dövlət qurumu bu platformada iştirak edir. Burada bütün məsələlər hökümət qurumları ilə birlikdə müzakirə olunur. Bundan başqa parlamentlə qht-lərə dövlət dəstək şurası arasında bir memorandum imzalandı, eyni zamanda vətəndaş cəmiyyəti ilə korrupsiyaya qarşı mübarizə komissiyası ilə sıx əlaqələri var. Bu gün qht-lərin antikorrupsiya şəbəkəsi üzvlərindən biri də korrupsiyaya qarşı mübarizə komissiyasıdır. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə vətəndaş cəmiyyəti arasında anlaşma memorandumu var. Korrupsiyaya qarşı mübarizə üzrə indiyə qədər açıq hökumətin təşviqi ilə bağlı 5 proqram hazırlanıb. Bu milli fəaliyyət proqramlarının hazırlanmasında vətəndaş cəmiyyətləri tərəflərdən biri olub. Eyni zamanda bu dialoqlar müxtəlif sahələrdə mövcuddur. Bu dialoqun müxtəlif sahələr üzrə instisonal təsisatı olaraq ayrı-ayrı nazirləklərin yanında bu gün fəaliyyət göstərən ictimai şuraları da misal çəkmək olar. Yəni dialoq mövcuddur. Amma eyni zaman da problemlərdə mövcuddur. Çünki bir çox məmurlar vətəndaş cəmiyyətinin hələ də məzmununu, fəlsəfəsini anlamaq istəmirlər. Və onlar münasibətlərdə köhnə sterotiplərdən qaça bilmirlər.

                      

                       "BŞİH yanında ictimai şuranın yaradılması çox vacib məsələdir"


Çox təəssüf ki, icra hakimiyyətləri yanında ictimai şuralar yaradılmayıb. Yerli icra hakimiyyətlərinin cəmi 5-də yaradılıb. Halbuki 80-dan artıq icra hakimiyyəti orqanı var. Bunu qanun pozuntusu hesab etmək olar. Bakı şəhəri kimi böyük bir paytaxt şəhərinin icra hakimiyyəti yanında heç bir ictimai şura yoxdur. Nədən? Niyə olmamalıdır ki? Ölkə iqtisadiyyatının 90 faizi burda cəmlənib. Paytaxtda problemlərin erkən aşkar edilməsi məsələsində, həlli məsələsində vətəndaş cəmiyyətləri çox ciddi töhvə verə bilər icra hakimiyyətinə. Bu baxımdan hesab edirəm ki, BŞİH yanında ictimai şuranın yaradılması çox vacib məsələdir.

- Bununla əlaqədar icra hakimiyyəti orqanlarına müraciətləriniz olub?

- Biz icra hakimiyyətinə müraciət etməmişik. Çünki qanun özü bunu tələb edir ki, mərkəzi icra hakimiyyəti yanında ictimai şuralar yaradılsın. Bu qanundan irəli gələn məsələdir. Və qanunda 1 iyun 2014-cü ildən qüvvədədir. Bu gün Ədliyyə Nazirliyi, Əmək və əhalinin sosial müdafiəsi nazirliyi, "Asan" xidmət və digər qurumlarda ictimai şuralar çox effektli fəaliyyət göstərir. İcra hakimiyyətlərində də belə ictimai şuraların yaradılması ancaq onların fəaliyyətinə, problemlərin həllinə, vətəndaş məmur ünsiyyətinin qurulmasına, qarşılıqlı inam və etimadın yaranmasına xidmət edər.

- Dövlət tərəfindən vətəndaş cəmiyyətlərinə ayrılan məbləğ barədə danışdız. Yetərincədirmi bu məbləğ?

- Bilirsiniz, vətəndaş cəmiyyətləri tək ölkə daxilində fəaliyyət göstərməli deyil. Onların ölkədən kənarda da fəaliyyəti mümkündür. Lakin bunun üçün maliyyə resursları çatışmır. Baxmayaraq ki, dövlət büdcəsindən müəyyən vəsaitlər ayrılır. Amma bu vəsaitlər kiçikdir. Bu vəsaitlər böyük layihələrin həyata keçirilməsinə imkan vermir. 7-8 min manat vəsaitlə böyük nəticələr əldə etmək mümkün deyil. Hesab edirəm ki, vətəndaş cəmiyyətinin layihələrinin maliyyələşdirilməsinə beynəlxalq maliyyə vəsaitlərinin cəlb edilməsinə ehtiyac vardır.

                                      

                                        "Vətəndaş cəmiyyətinin buna ehtiyacı var"


Qanunvericilikdə bununla əlaqədar müəyyən maneəçiliklər vardır, amma, hazırda bu istiqamətdə də işlər gedir, ümid edirəm ki, çox uzaq olmayan müddətdə bu qanunvericilikdə də dəyişikliklər baş verəcəkdir ki, bütövlükdə o mürəkkəbliklər aradan qaldırılsın. Və ölkədə yerli donorlarla yanaşı xarici donorlarda daha geniş fəaliyyət göstərsinlər. Doğrudur bu gün ölkəmizdə az sayda da olsa xarici maliyyə donorları var. Amma bu sayı artırmağa ehtiyac vardır. Vətəndaş cəmiyyətinin buna ehtiyacı vardır. Bütün bunlarla yanaşı biz öz növbəmizdə regionlarda vətəndaş cəmiyyətinin inkişafına da diqqət artırılmalıdır.

- İctimai şuraların fəaliyyəti sözün həqiq mənasında təqdirə layiqdir. İctimai nəzarət bir çox neqativ halların aradan qalxmasında, yaranmamasında, sosial ədalətin qorunmasında vacibdir. O cümlədən də korrupsiya hallarının baş verməməsində ictimai nəzarət xüsusi rol oynamalıdır.

- Əslində bu günləri korrupsiyaya qarşı mübarizə ilə bağlı, onu daha səmərəli, effektli aparılması üçün yetərli qanunvericilik bazası və instisional təsisatlar vardır. Amma bu kifayət deyil. Biz yeni üsullar, metodlar tapıb üzərində işləməliyik. Bu gün "Asan" xidmət korrupsiyaya qarşı mübarizə sahəsində çox effektli bir layihə oldu. Korrupsiyaya qalib gəlməyin əsas yolu onun qarşısına çıxa biləcək antikorrupsiya infrastrukturu yaratmaqdır. Bu metod bütün dünya da qəbul olunur. "Asan", "Dost" və s. bu kimi xidmətlər belə təsisatlardır. Bu gün desək ki, azərbaycanda korrupsiya yoxdur, bu, düz olmaz.

Bu gün ölkəmizdə ölkə rəhbərliyi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində siyasi iradə nümayiş etdirilir, müxtəlif qanunlar, tədbirlər planları, layihələr və s. həyata keçirilməklə buna qarşı sistemli şəkildə mübarizə aparılır. Və prezidentin son "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanıda buna misal ola bilər. Amma bir çox sahələr var ki, məsələn, dövlət satınalmaları ilə bağlı sahəni hesab edirəm ki, yenidən qurmağa ehtiyac vardır. Burda proses tam şəffaflaşmalıdır. Burda ictimai nəzarət olmalıdır. Bu sahə ilə əlaqədar elektron satınalmalar prosesinə tam olaraq keçirilməlidir. Burda aydın olmalıdır ki, dövlət büdcəsindən ayrılan vəsait hara, kimə getdi. Dövlət qurumlarında bununla bağlı tam şəffaf bir sistem yoxdur. Məsələn, bəzi dövlət qurumlarına müxtəlif tikinti işləri ilə bağlı dövlət tərəfindən sifarişlər verilir. Onlarda bu sifarişləri öz yaxın qohumlarına yönləndirirlər. Və burada şişirdilmiş qiymətlər ortaya qoyulur. Bu məsələyə ciddi nəzarət edilməlidir və buna qarşı elektron monitorinq yaradılmalıdır.

- Ölkə rəhbərliyinin imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmandan söz düşmüşkən bu, sənədə nəzər keçirdikdən, bəndlərlə tanış olduqda məlum olur ki, bütövlükdə məhkəmə sistemində köklü islahatların aparılacağı, sistemə yeni nəfəs veriləcəyi dövlətin prioritet məsələsi kimi qarşıya qoyulub.

- Qanun adından da görünür ki, burada söhbət sistemin islahatlarn dərinləşməsindən gedir. İllər ərzində bu sahədə islahatlar aparılmış, ədalat mühakiməsinin həyata keçirilməsi üçün vacib təsisatlar, qanunvericilik bazası yaradılmışdır. Amma hələ də bəzi problemlər mövcuddur. Məhkəmə hüquq sisteminə inam və etimad artırılmalıdır. Ədalət mühakiməsi məhkəmənin bütün mərhələrində tam təmin olunmalıdır. Hakimlərin sosial müdafiəsi məsələsidə çox önəmlidir. Hakimlərin maaşı indikindən 4-5 dəfə artıq olmalıdır. Onların fəaliyyəti tam olaraq ədalət mühakiməsinin təmin olunmasına yönəlməlidir. Qeyri prosesual məslələrə yol verilməməlidir. Yəqin ki, bu yaxınlarda bu məsələ öz həllini tapacaq. Bu gün hakimlərin müəyyən yaş həddi var. Mən bunu qəbul etmirəm. Hesab edirəm ki, hakimlər ömürlük təyin olunmalıdır. Bu onların müstəqilliyinə də müsbət təsir göstərər. Məhkəmə işçilərinin maaşları da yüksək olmalıdır. Bu gün onlar bir az yüksək məvacibli iş yeri tapan kimi məhəkəmə sistemindən gedirlər. Çəkişmə prinsipinin real olmasını təmin eləmək lazımdır. Əgər çəkişmə prosesində tərəflərin mövqeyi bərabər təmin olunmayacaqsa, tərəflərə sübutların təqdim etməsi ilə bağlı imkanlar verilməyəcəksə alternativ ekspertiza etmək imkanları olmayacaqsa heç şübhəsiz ki bu çəkişmə prinsipinin məzmununa təsir göstərəcəkdir. Bütün bu tədbirlər həyata keçiriləcəksə heç şübhəsiz ki, bu məhkəmələrə inam və etimadın artmasına gətirib çıxardacaqlar. Və bu da ədalət mühakiməsinin səməriliyinə gətirib çıxardar. Prezidentin imzaladığı fərman məhz bu kimi və digər qeyd etmədiyim problemlərin, nöqsanların aradan qalxmasına təkan verəcək. Çox az müddət kəsiyində biz bunun şahidi olacağıq. Çünki bununla profisional işçi qrupları məşğul olur, mükəmməl iş gedir.

                               

                                  "Bu yaxınlarda Ali məhkəmənin rəhbərliyi ilə..."


Hesab edirəm ki, bu fərmandan irəli gələn məsələləri həll etmək üçün yaradılmış işçi qruplarına vətəndaş cəmiyyətlərinidə cəlb etmək lazımdır. Bu gün Məhkəmə hüquq şurası vətəndaş cəmiyyəti ilə sıx işləyir. Bu digər məhkəmə qurumlar ilə də həyata keçirməlidir . Bu yaxınlarda Ali məhkəmənin rəhbərliyi ilə Açıq hökumət platformasının və "Şəffaflıq azərbaycan" təşkilatının icraçı direktoru kimi görüşümüz olub. Hazırda təkliflər hazırlayırıq. Bu yaxınlarda təqdim olunacaq. Belə görüşlər, tədbirlər mütəmadi olaraq təşkil edilməlidir. Bu cür əlaqələr ümumi işin nəticəsinə ancaq müsbət töhvələr verə bilər.

- Əliməmməd müəllim, ölkəmizdə qanunvericilik bazası nə qədər təkmilləşsə də, cinayətkarlığa qarşı mübarizə nə qədər güclənsə də baş verən cinayətlərin sayının azalmasında, ağırlıq dərəcəsində bu özünü göstərmir. Bunun necə izahını verə bilərsiz? Cəzaların daha da sərtləşdirilməsinəmi ehtiyac var?

- Azərbaycan məhkumlarının sayına görə, Avropada 1-ci üçlüyə daxildir. Birinci Rusiyadır. Hər 100 min nəfərə 480-dən artıq cinayətkar olmaqla. İkinci Gürcüstandır. Burada rəqəm 250-dən artıqdır. Azərbaycan üçüncüdür, 230-dan artıqdır. Digər statistika ilə isə azadlıqdan məhrum edilmişlərin sayı ortalama digərlərə nisbətən Azərbaycan da daha yüksəkdir. Azərbaycanda il ərzində bütövlükdə mülki, inzibati, iqtisadi işlərin sayı 260 mindən artıqdır. Bunlardan 220 mini mülki işlərdir. Bu çox böyük iş yüküdür. Hər bir hakim ortalama olaraq ayda 100-110 işə baxır. Yeri gəlmişkən, bu baxımdan ölkə rəhbərliyi hakimlərin sayının artırılması ilə bağlı verdiyi fərman çox vacibdir. Birinci instansiya tərəfindən baxılan cinayət işlərinin sayı isə Azərbaycanda 12589-dur. Bu elə böyük rəqəm deyil. Xüsusilə ağır cinayətlərin statistikasına baxsaq, görərik ki, 5 ildə eyni rəqəmdir. Yəni artım yoxdur. Nəyə görə bizə elə gəlir ki, ağır cinayətlərin sayı artmışdı? Bu cəmiyyətdə açıqlığın artmasıdı. Əvvəllər bu haqda məlumatlar getmirdi. İndi KİV, sosial medianın inkişafı həmin günü baş vermiş cinayətin ictimaiyyətə çatdırılmasını təmin edir. Amma qeyd edim ki, statistikada elə bir dəyişiklik baş verməyib. Ölkəmizdə bir müsbət hal da var ki, cinayətlərin açılma faizi 82-90 faiz civarında olur. MDB ölkələrində isə bu faiz çox aşağıdır. 

                   

                         "Çox təəssüflər olsun ki, Azərbaycanda hüquq məktəbləri yoxdur"


Mən hesab etmirəm ki, cəzaların sərtləşdirilməsi cinayətin qarşısının alınmasına kömək edə bilər. Bu müvəqqəti xarakter daşıya bilər. Biz daha çox önləyici proflaktik tədbirlər həyata keçirməliyik ki, bu cinayətlər baş verməsin. Cinayətlərin baş vermə səbəblərini aydınlaşdırmalıyıq. Ciddi təhlillər aparılmalıdır. Çox təəssüflər olsun ki, Azərbaycanda hüquq məktəbləri yoxdur. Hüquq təhsili ilə bağlı məsələlər gücləndirilməlidir. Mən hələ görməmişəm ki, hər hansı bir hüquqi problemin cəmiyyətdə geniş müzakirəsi aparılsın. Bu məsələlərə diqqət artırılmalıdır. Onda bütövlükdə cinayətlərin səbəbləri ilə bağlı məsələlər aydınlaşa bilər, düzgün diaqnostikasını da aparmaq mümkün olar. Təhlil və tədqiqatlara ehtiyac var. Çox təəssüflər olsun ki, məhkəmələrimiz, hüquq sahəsində çalışan institutlar belə geniş miqyaslı təhlillər aparmırlar.

- Bəzən isə vətəndaş cəmiyyətinin üzvləri qınanılır ki, onlar cəmiyyətdə müzakirə olunan problemlərin müzakirəsində öz mövqeylərini ortaya qoymurlar. Aktivlik göstərmirlər.

- Mən bu fikirlə razı deyiləm. Əslində KİV və sosial şəbəkələrə baxsanız görərsiniz ki, vətəndaş cəmiyyətinin üzvləri bu məsələlərdə aktivlik göstərirlər. Düzdür, bu bəyanat formasında olmasa da, Vətəndaş Cəmiyyətini ayrı-ayrı üzvləri bu məsələlərə öz münasibətlərini bildirirlər. Və ümumiyyətlə, əksər problemlərin ictimailəşməsində əsas rolu vətəndaş cəmiyyəti daşıyır.

- Əliməmməd müəllim, qarşıdan Milli Məclisə seçkilər ili gəlir. Siz də Milli Məclisin 2-ci çağırış deputatı olmusuz. Bu gündə cəmiyyətdə kifayət qədər tanınırsız, ictimai siyasi həyatda aktivsiz. Parlament seçkilərində iştirak etmək fikriniz varmı?

                                      

                                        "Milli Məclisdə pis deputat olmamışam"


- Milli Məclisin ikinci çağırış deputatı olsam da, çox maraqlıdır ki, bu gün də cəmiyyətin əksər hissəsi mənə deputat kimi baxır. Deməli, mən Milli Məclisdə pis deputat olmamışam. Düzdür bu gün də ictimai fəaliyyətim yetərincə genişdir, bu gün də insanlar mənə müraciət edirlər və çalışıram onlara yetərincə köməkliyim dəysin. Çox sağ olsunlar ki, əksər dövlət qurumları bu problemlərin həll olunmasında mənə köməklik edirlər. Mənim bunula əlaqədar hər hansı qərarım yoxdur. Hər halda zaman özü göstərəcəkdi.

- Əliməmməd müəllim, Siz müəyyən vaxt kəsimində siyasi fəaliyyətlə məşğul olduğunuz üçün bu sualı sizə ünvanlamaq istərdim. Milli Məclisdə təmsil olunan partiyalar var. Bu gün onlar özlərini Milli Məclisdə bir partiya olaraq təqdim edə bilirlərmi?

- Bu gün Milli Məclisdə siyasi partiya kimi, bütöv partiya kimi çıxış görmürəm, daha çox müxalif çıxış görürəm. Mən daha çox fərdlərin etdiyi çıxışları görürəm. Bu çıxışlar ayrı-ayrı fərdlərin çıxışı kimi təsir bağışlayır, nəinki bir siyasi partiyanın.



Söhbətləşdi:

Nicat Novruzoğlu




İmza:

Müəllimə 3 uşaqla küçədə qalıb - MÜSAHİBƏ

İradə Tuncay : "Aqil şuluq adamdır"

Röya gənclərin sevimlisidir, fanatları var, amma... - MÜSAHİBƏ

Araz Əlizadə Elşad Paşasoyun qarşısında aciz qaldı

“Mən irqçiyəm, türk oğlu türkəm...” - Mübariz Mənsimovla müsahibə

“Ona ev tikdirirdim, dedim ki, əsgərlikdən gələndə sürpriz edəcəm... - Şəhid əsgərimizin babası...

Vüqar Səfərli: İrəli sürülən qərəzli iddialar dövlətimizin media siyasətini gözdən salmaq məqsədi daşıyır

Mehriban Sadıqova: “Azərbaycanlı oğlan anası erməni olan o qızı alardımı?!”

“Qopmuş ayağımı da sürüyə-sürüyə dalımca gətirdim ki, bəlkə yapışdırmaq mümkün oldu”

"Ədalət" qəzetinin jurnalisti kikboksçu ilə döyüşdü

Cavanşir Paşazadə: "Şişirdilmiş rəqəmlər təqdim edənlər özlərində bir ölçü götürəcək"

"Köhnə təfəkkürlə gələcəyə necə gedə bilərik?"

SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK