Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Bakcell qadınların məşğulluğunun artırılmasına dəstək göstərir Adalet.az | Bakcell qadınların məşğulluğunun artırılmasına dəstək göstərir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / TEXNOLOGİYA

Bakcell qadınların məşğulluğunun artırılmasına dəstək göstərir

13851    |   2019-05-22 11:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti informasiya texnologiyaları vasitəsilə qadınların liderlik bacarığının artırılması istiqamətində layihəyə dəstək göstərir.

"Sabirabadda Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyi ilə birgə BMT-nin İnkişaf Proqramı çərçivəsində yaradılmış Salyan və Sabirabad Qadın Resurs Mərkəzlərində (QRM) həyata keçirilən layihənin məqsədi adıçəkilən rayonlarda qadınları İKT alətləri ilə tanış etmək, bu sahədə onların bilik və bacarıqlarını artırmaq və yeni texnologiyalar vasitəsilə qadınların liderlik bacarıqlarının inkişafına dəstək göstərməkdir. Layihə çərçivəsinə hər iki QRM-nin fəaliyyəti, qadınların uğur hekayələri və fərdi inkişafla bağlı məlumatları əks etdirən xüsusi İnternet portalı (www.azqrm.net) yaradılıb. Həmin portalda bacarıqların artırılması ilə bağlı vebinarlar yerləşdirilib. Bu portal vasitəsilə hər iki rayonun QRM üzvləri Mərkəzə gəlmədən məşğulluq və bizneslə məşğul olmaqla bağlı məlumat mübadiləsi apara biləcəklər.

Sabirabad və Salyan rayonlarında azqrm.net portalının təqdimatı, "Şəbəkələşmə” və "Məşğulluq, peşə və əlavə gəlir” mövzularında seminar keçirilib. Hər iki tədbirdə rayon mərkəzlərindən və kəndlərdən 25-ə yaxın qadın iştirak edib.

Bakcell şirkəti özünün Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində qadın məşğulluğunun və sahibkarlıq fəaliyyətinin inkişafına dəstək verir.




İmza:

“Umico” ilə alış-veriş edərək “Azercell” nömrənizin balansını artırın

Bakcell və ASAN könüllüləri növbəti dəfə uşaqları sevindiriblər

“Bakcell” LTE şəbəkəsi üzrə Azərbaycanda ən böyük layihəni həyata keçirib

“Azercell”in dəstəklədiyi “Uşaq Qaynar Xətti”nə yayda 1547 müraciət daxil olub

"Apple" yeni "iPhone" modellərini təqdim edib

Azercell “ITU Telecom World 2019” beynəlxalq sərgisində innovativ xidmətlərini təqdim edir

Biznesinizi Azercell-in köməyi ilə daim müştərilərinizə bağlı saxlayın

"Facebook" "like"ları göstərməyəcək

Azercell korporativ müştəriləri üçün yeni “Biznesim İnternet Xətti” xidmətini təqdim edir

Bakıda M.A.P. Beynəlxalq Teatr Festivalı keçiriləcək - VİDEO

Helikopteri saatda 600 km sürətlə uçurtmağın üsulu tapıldı

"Instagram"da yeni messencer müjdəsi: maraqlı yeniliklər olacaq

SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK