ANA SƏHİFƏ / TEXNOLOGİYA

Azərbaycanda mobil laboratoriyalar istifadəyə veriləcək

12825    |   2019-05-16 17:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Kənd Təsərrüfatı Nazirliyi BMT-nin İnkişaf Proqramı ilə birgə icra etdiyi layihə çərçivəsində mobil laboratoriyalar istifadəyə veriləcək.

Adalet.az xəbər verir ki,bu barədə "Report”a BMT-nin İnkişaf Proqramının layihə rəhbəri Fərid Abbasov məlumat verib.

Onun sözlərinə görə, artıq mobil laboratoriya ölkəyə gətirilib: "Bu mobil laboratoriya fermerlərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədi ilə bir sıra avadanlıqlarla təchiz edilib. Mobil laboratoriyada kiçik həcmli torpaq və bitki nümunələrinin kütləsinin dəqiq təyin edilməsi, kiçik həcmli torpaq və bitki nümunələrinin turşuluq və gələvilik xüsusiyyətin təyin edilməsi mümkün olunması üçün avadanlıqlar mövcuddur”.

F. Abbasov bildirib ki, bundan başqa, fermer təsərrüfatlarında təbii otlaq və biçənəklərdə torpaqların sıxlığı və təbii quruluşu pozulmadan təyin etmək üçün istifadə edilən cihazlar mövcuddur: "Torpaq məhlulunun turşuluq və gələvilik xüsusiyyətlərinin təyin edilməsi ilə yanaşı bu mobil laboratoriyada reaktivlər də var. Bu mobil laboratoriyadan cavablar tez bir müddətdə fermerlərə veriləcək. Həmçinin, ümumi torpaq aqrokimyavi analizlərinin aparılması üçün qurğu da təchiz edilib”.

Layihə rəhbəri qeyd edib ki, bu avadanlıqlar ABŞ, Yaponiya, Almaniya istehsalıdırlar: "Hazırda bu pilot layihə olduğu üçün cəmi 1 belə mobil laboratoriya avtomobili mövcuddur. Fermerlərin yerlərdə xidmət göstərməsinə olduqca böyük maraqları var. Onların laboratoriyaya çatmaları üçün imkanları yoxdur. Ancaq əkindən öncə mobil laboratoriya onların yanına gəlir və dəqiq torpaqların analizi, veriləcək gübrə kütləsini müəyyən edilir. Bunlar da məhsuldarlığı artmasına kömək edəcək”.

F. Abbasov deyir ki, belə mobil laboratoriyaların ölkədə mövcud olması çox vacib məsələdir: "Gələcəkdə onların sayının artırılması nəzərdə tutulur. Ancaq ilkin olaraq pilot layihə üç rayonda – Şəki, Göyçay və Goranboyda fəaliyyət göstərəcək. KTN və BMT-nin İnkişaf Proqramı ilə birgə icra etdiyi layihə "Qlobal əhəmiyyətli aqrobioloji biomüxtəlifliyin qorunması və davamlı istifadəsi” adlanır. Bu layihə çərçivəsində 3 komponent var. Birinci komponent xalq seleksiya yolu ilə seçilmiş sortların institu və ekstitu sahələrdə və gen banklarında salanılmasıdır. İkinci komponent həmin bu laboratoriya xidməti komponentidir. Bura fermerlərə xidmətlərin göstərilməsi daxildir. Üçüncü komponent isə torpaqların deqradasiyaya uğramasının qarşısının alınmasıdır. Çünki düzgün istifadə edilməyən torpaqlar erroziya uğrayır və ölkədə bu böyük bir problemdir. Bu mobil laboratoriya vasitəsilə torpaqların bərpası həyata keçiriləcək".



İmza:

Azercell-dən 4G MiFi cihazı və 3 aylıq 10GB internet cəmi 119 AZN-a!

Azərbaycanda 5G ajiotajı: Təhlükə nə qədərdir? - VİDEO

“Facebook” nifrət və ayrı-seçkilik məzmunlu reklamlar barədə ölçü götürəcək

“E-Təbib” koronavirusun yayılmasını azaltmağa kömək edir - VİDEO

Çin ABŞ-dan daha bir asılılığına son qoydu

İşimizi ASAN-laşdıran elektron ödənişlər - imkanlar və çağırışlar

Azercell-lilər bir ay ərzində rəqəmsalgünləri birlikdə qeyd edəcək - VİDEO

Rusiya Qazaxıstandakı RLS-dən imtina etdi

“E-Təbib” mobil tətbiqi necə işləyəcək? - AÇIQLAMA

“WhatsApp” son bir həftədə ikinci yeniliyi ilə sevindirdi - FOTO

Azərbaycanda pandemiya dövründə mobil operatorların gəlirləri artıb

Sərt karantin günlərində internetdə problem olmayacaq

SON XƏBƏRLƏR
2020-07-06
2020-07-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK