ANA SƏHİFƏ / MƏMLƏKƏT

AQTA Qafqazda ilk dəfə mobil səhra laboratoriyasını təqdim edib

4782    |   2019-05-15 16:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Bakı Ekspo” Mərkəzində regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirlərindən biri - Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2019” sərgisi işə başlayıb.

Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Adalet.az-a verilən məlumata görə, tədbirdə dünyanın 32 ölkəsini təmsil edən 440 şirkət geniş çeşidli qida məhsulları və bu sahədə ən son innovativ yeniliklərini nümayiş etdirirlər.

Sərginin açılış mərasimində çıxış edən AQTA sədri Qoşqar Təhməzli bildirib ki, Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2019” Sərgisi qida sənayesi üzrə avadanlıqların, müasir texnologiyaların, məhsul və xidmətlərin nümayiş olunduğu, qarşılıqlı əməkdaşlığın qurulduğu və biznes tərəfdaşları ilə mövcud əlaqələrin daha da möhkəmləndiyi, yeni satış bazarlarına çıxmaq üçün imkanların yaradıldığı etibarlı platforma kimi özünü doğruldub. Q.Təhməzli qeyd edib ki, Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başladığı ilk ildən etibarən «WorldFood Azerbaijan” qida sənayesi üzrə ixtisaslaşmış sərgidə iştirak edib və Agentliyin təqdim etdiyi ilk stend sərgi iştirakçılarının böyük marağına səbəb olub. Bu il Qida Təhlükəsizliyi Agentliyi ikinci dəfə sərgidə öz stendi ilə iştirak edəcək. Sərgidə Agentlik üçün ayrılmış ərazidə qida sahəsində həyata keçirilən innovativ yeniliklər, bu sahədə istifadə edilən ən müasir laborator avadanlıqlar sərgi iştirakçılarına təqdim edilir.

Qida Təhlükəsizliyi Agentliyininə məxsus bu ilki guşədə sərgi iştirakçıları müxtəlif qida məhsullarında təhlükəsizlik göstəricilərinin təyin edilməsini əyani şəkildə izləmək imkanı əldə edirlər. Eyni zamanda mütəxəssislər tərəfindən qida sahəsində böhran vəziyyətlərinin idarə edilməsinin, ixrac potensialı yüksək olan və daxili bazarda yoxlamalar zamanı ən çox saxtakarlığa məruz qalan məhsulların laborator müayinələrinin nümayişi həyata keçirilir.

Bu il həmçinin sərginin Agentlik üçün ayrılmış çöl sahəsində iştirakçılara Qafqazda ilk dəfə olaraq 3-cü biotəhlükəsizlik səviyyəli mobil səhra laboratoriyası təqdim edilir. Bu laboratoriya ölkədə heyvan və quş xəstəliklərinin alovlanması zamanı hadisə baş verən ərazidə operativ şəkildə nümunələr götürülərək 2-3 saat ərzində xəstəliyin aşkarlanması potensialına malikdir.

Bununla yanaşı, sərgidə iştirakçılara Səyyar Baytar Laboratoriyası da təqdim olunacaq. Laboratoriya xüsusi təhlükəli heyvan xəstəliklərinin diaqnostik müayinəsi üçün zəruri avadanlıqlarla təchiz edilmişdir. Bu səyyar laboratoriya vasitəsilə ölkənin hətta ən ucqar dağ kəndlərində belə nümunənin yerində müayinəsi, xəstəliyin zamanında aşkarlanması mümkündür.

Sərgidə həmçinin Qida Təhlükəsizliyi İnstitutu tərəfindən qida sahəsində fəaliyyət göstərən sahibkarlar üçün təklif edilən xidmətlər təqdim edilir. Eyni zamanda, bu ilki sərgidə B2B formatında görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, sərgi çərçivəsində 17 may tarixində 2-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçiriləcək.




İmza:
SON XƏBƏRLƏR
2020-06-05
2020-06-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK