Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Yorğun əsgər gödəkcəsi Adalet.az | Yorğun əsgər gödəkcəsi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Yorğun əsgər gödəkcəsi

11955    |   2019-05-15 14:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir dostum məni şəhərdə çay içməyə dəvət etmişdi. Mən də bir az xəstələnmişəm deyə, bir az da tənbəllikdən dostumdan xahiş elədim ki, gəlsin biz tərəfə. Bayılın "20-ci sahə” adlanan yerinə. Sağ olsun, gəldi.

Biz tərəfdə "Veteran" adlandırılan kafe var, dostlarımla həmişə orda otururuq. Burada daha çox veteranlar, yaşlılar, pensionerlər oturur deyə hamı oranı bu cür adlandırır.

Veteran kafesini işlədən Zakir dayı məni 1-2 dəfə televizorda görüb deyə burada xüsusi hörmətim var. Məsələn, hamıya 15 dəqiqədən bir təzə çay gətirirlər, mən isə özüm deməsəm gətirmirlər, yəni, pulumuz olmayanda dostlarımla bu kafedə 1 manata çay alıb saatlarla otura bilirik.

Nəysə. Dəvət etdiyim dostum təşrif etdi bizim "Veterankafemizə. Hava gözəl olduğundan elə kafenin həyətində oturduq. Zakir dayı gördü ki, yeni qonağım var, ofisiant göndərmədi, özü yaxınlaşdı. Məni və dostumu salamladı, bir az hal-əhval tutduqdan sonra nə istədiyinizi soruşdu:

- Yaxşı bir çay dəmləyib  yanında da nələrsə verin də, Zakir dayı.

Birazdan bir çaynik, iki armudu stəkan (nəlbəkisiz) və bir nəlbəkidə 4 büzüşmüş limon dilimi süfrəmizə gəldi.

Adamın üstə Allah var, Veteranda limon verildiyini birinci dəfə görürdüm deyə bu xüsusi xidmətdən bir xeyli məmnun olmuşdum. Zakir dayı da məmnun olduğumu hiss edib təbəssümlə mənə baxdı. Baxışlarımla təşəkkür etdiyimi bildirdim.

Dostum "Şokolad ya mürəbbəəəə..." demək istəyəndə sussun deyə ayağımla ayağına bərk vurdum, susdu. Zakir dayı eşitmədi.

Zakir dayı gedəndən sonra dostuma dedim ki, burada şokolad istəmə, snikersin "kitayski" versiyasını gətirirlər. Getdim tez yaxınlıqdakı marketdən 2-3 şirin şey aldım.

Elə yerimə keçib dinməzcə oturmaq istəyəndə Zakir dayıyla göz-gözə gəldik. Birinci mənə, sonra əlimdəki gizlətməyə çalışdığım torbaya baxdı. Bu məqam fonda hüznlü bir türk musiqisinin səsləndiyini hiss etdim.Utandım. Nəsə deməyə cəhd etdiyimdə isə Zakir dayı artıq üzünü döndərib getmişdi. Dilxor şəkildə yerimə keçdim.

Birazdan hava sərinləməyə başladı. Dostum Zakir dayını səslədi. Zakir dayı masamıza yaxınlaşanda mənə tərəf baxmağı lazım belə bilmir, hətta mən yoxmuşam kimi davranırdı:

- Zəhmət olmasa üstümə atmağa nəsə verə bilərsiniz? – Veteran kafesini şəhərdəki elit məkanlarla səhv salan dostum dedi.

Zakir dayı əynindəki hərbi xidmətdən qalan əsgər gödəkçəsini çıxarıb dostuma verdi və məndən küsdüyünü bildirən baxışlarla mənə bir anlıq nəzər salıb uzaqlaşdı.

 Əsgər gödəkcəsi bütün köhnəliyi və yorğunluğu ilə mənə baxırdı. Gödəkcənin də məndən küsdüyünü, hətta məndən küsdüyünü hiss etdim.

 



İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK