Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Bu gün “Avroviziya-2019”un ilk YARIMFİNALIDIR Adalet.az | Bu gün “Avroviziya-2019”un ilk YARIMFİNALIDIR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ŞOU-BİZNES

Bu gün “Avroviziya-2019”un ilk YARIMFİNALIDIR

10309    |   2019-05-14 10:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün İsrailin paytaxtı Təl-Əvivdə "Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsi başlayacaq.

Yarımfinallar Təl-Əvivdəki Sərgi mərkəzində mayın 14-ü və 16-da keçiriləcək. Müsabiqənin finalı da burada, mayın 18-də olacaq.

Qeyd edək ki, ölkəmizi müğənni Çingiz Mustafayev təmsil edir. Çingiz Mustafayev ikinci yarımfinalda "Truth” ("Həqiqət”)mahnısı ilə 18-ci nömrə altında çıxış edəcək. Bu turda ölkəmizlə birgə, Rusiya, Albaniya, Litva, Makedoniya, Malta, Niderland, Norveç, Xorvatiya, Avstriya, Ermənistan, Danimarka, İrlandiya, Moldova, Rumıniya və İsveçrədən olan ifaçılar da çıxış edəcəklər.

Müsabiqənin ölkəmiz üzrə şərhçisi, müğənni Murad Arifdir. İctimai Televiziya ilə yayımlanacaq "Eurovision-2019” mahnı müsabiqəsində ölkəmizdən olan səsverməni Xalq artisti Faiq Ağayev elan edəcək. Faiq Ağayev yarışmanın qaydalarına əsasən, final gecəsi iştirakçıların taleyini həll edəcək balları İctimai Televiziyanın canlı efirində səsləndirəcək. Verilən xallar müsabiqə iştirakçılarının aktivinə əlavə ediləcək.


Qeyd edək ki, 1956-cı ildən Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilən beynəlxalq mahnı müsabiqəsi dünyanın ən uzunömürlü musiqi yarışması kimi "Ginnes”in Rekordlar kitabına düşüb. Azərbaycan bu müsabiqədə 2006-cı ildən iştirak edir.




İmza:
SON XƏBƏRLƏR
2019-09-17
2019-09-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK