warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | "Neftçi"nin qazandığı NİFRƏT - İntiqam VALEHOĞLU yazır Adalet.az | "Neftçi"nin qazandığı NİFRƏT - İntiqam VALEHOĞLU yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

"Neftçi"nin qazandığı NİFRƏT - İntiqam VALEHOĞLU yazır

7244    |   2019-05-13 17:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

1994-cü ildən üzü bəri-yəni, futbola baxdığımdan indiyə qədər Azərbaycan futbolunda hər cür iyrənclik görmüşdüm. Bircə görmədiyim çempionatın son oyununda biletin qiymətinin 50 manata olması qalmışdı, şükür Allaha, onu da görmək nəsib oldu. Qiymət məsələsi barədə yazının sonunda danışacağam.

Hər kəsə gün kimi aydındır ki. Azərbaycan azarkeşi üçün Rusiyanın, Türkiyənin ikinci dəstəsinin oyunları daha maraqlıdır, nəinki bizim səkkiz komandayla utanmaz-utanmaz adına premyer liqa dediyimiz Bakı birinciliyi. Əvvəla, ona görə ki, çempionatdakı səkkiz komandanın yeddisi demək olar ki, Bakı və Bakı ətrafında məskunlaşıb. "Qəbələ"nin isə həftənin 3-4 gününü paytaxtda keçirdiyini nəzərə alsaq, azarkeşə haqq qazandırmamaq olmur. Yəni, aarkeş özünə sual verir ki, mən niyə Bakı çempionatına baxmalıyam? Ondansa "Tavşanlıspor"la "Göztəpə"nin oyununa baxaram da.

O da sirr deyil ki, AFFA rəhbərliyi, xüsusən Elxan Məmmədov və başının dəstəsi illərdir azarkeşləri stadionlardan, tribunalardan perik salmaq üçün əlindən gələni edir. Və insaf naminə demək lazımdır ki, bu, Elxan Məmmədovda çox yaxşı alınır. Məsələn, çox sadəcə faktlarla durumu izah edək. Məmmədov baş katib postuna 2008-ci ildə - 29 yaşında təyin edilənə qədər çempionatın hər oyununa orta hesabla 3-5 min azarkeş gəlirdi. Gəncə və Lənkəranda keçirilən oyunlarda isə minimum 10-15 min azarkeş görmək mümkün idi. Baş katib əvvəlcə "Xəzər Lənkəran"ı zərərsizləşdirdi, ardınca da azarkeşlərini. Kimsə mənə dediklərimin əksini sübut etmək istəsə, əvvəlcə 2008-ci ilə qədər keçirilmiş oyunların videoyazısına baxsın.

Əslində, baş katibi yaxşı başa düşürəm. Məni də sabah aparıb Fiziki institutuna elmi katib qoysalar, oranı biabırçı günə qoyaram. Demək istədiyim odur ki, 29 yaşına qədər otel-motel işində çalışmış birinin futbol qurumunun baş katibi təyin edilməsinin özü əcaibdir. Deyə bilərsiniz ki, yaxşı işləyib, bacarığını nümayiş etdirib və sair. Razıyam. Yaxşı işlədiyi üçün otel işçisini əvvəlcə inzibatçı, sonra baş inzibatçı qoyarlar. Özünü bir az da yaxşı aparsa Turizm Agentliyinə rəhbər də gətirmək olar. Çünki otel turizm sektorunun ayrılmaz hissəsidir. Amma futbol tamam ayrı sahədir. İngilis dilini bilmək, Azərbaycan dilində Elmar Məmmədyarov kimi danışmaq hələ baş katib olmaq üçün yetərli deyil. Lap tutaq ki, yetərlidir e. On bir il bəs eləmədi?

Cənab Məmmədov bu yaxınlarda açıqlama vermişdi ki, Avroliqanın finalına ingilislər çıxsa, bütün xərci təkcə pivə satmaqla çıxarmaq olar. Görürsünüzmü, yenə də otelsayaq yanaşmadır.

İndi qayıdaq "Neftçi" - "Qarabağ" oyunundakı qiymət məsələsinə. Oyundan əvvəl məlum idi ki, "Qarabağ" çempiondur və təltifetmə mərasimi də məhz "Neftçi"nin meydanında baş tutacaq. Məntiqlə "Neftçi" rəhbərliyi qış fasiləsinə qədər beş xal öndə olduqları komandanın onların meydanında təltif edilməsini istəmirdi. Ən pisi isə klub rəsmilərinin verdiyi açıqlamadır. Dedilərindən belə çıxmışdı ki, bilet bizimdir, istəsək 5 manata, istəsək 50 manata satarıq. Bu açıqlamaya azarkeş prizmasından yanaşsaq, demək istəyiblər ki, haramızı istəsək söydürərik, öz işimizdir. Necə yəni, neçəyə istəsək satarıq, a kişi? "Çelsi"- "Arsenal" oyunu 60 avro, bu oyun 50 manat? Elə bil ki, yayın ortasında pomidor-yumurtanın porsiyasını 15 manata satırsan. Yaxınlıqda da eyni qiymətə antrikot kababı verilir. Mənzərə inanın ki, bundan artıq deyil.

"Flaqman" dediyimiz, əslində isə son illərdə rəhbərliyinin məqsədyönlü siyasəti nəticəsində böyük azarkeş kütləsi itirmiş, hətta neytral azarkeşlərin nifrətini qazanmış "Neftçi"nin bu addımı qarşısında "Qarabağ" rəhbərliyi nə etdi? 50 manatdan 700 bilet (təxminən 35 min manat) alaraq azarkeşlərinə payladı. Budurmu sizin "xalq komandası" dediyiniz? Başa düşürəm, çempionatın gedişində haralarasa söz verilmiş çempionluq baş tutmayıb. Amma onun əvəzini azarkeşdən yox, özünüzdən çıxmalısınız. Oturub papağınızı qarşınıza qoymalısınız ki, sizə 32 yaşlı vaxtı ötmüş italyan hücumçu lazımdır, yoxsa bu gün "Qarabağ"ın maraq dairəsində olan Mirabdulla Abbasov. O Mirabdulla ki, bu mövsüm üst-üstə on oyun keçirməyib. Ən yaxşı halda bir hissə oynayıb.

Qurban Qurbanovun maraq dairəsinə düşmüş gənc futbolçunu şəxsi intriqalara görə əsas heyətdən kənar saxlamaq, yararsız legionerlərə milyonlar xərcləmək, həmin milyonlardan öz "otkat"ını götürmək çempionluq üçün kifayət etmir. Necə olur ki, Mirabdulla "Qarabağ"a lazım olur, amma "Neftçi"də ehtiyatda oturur. Axı "Qarabağ"ın ikinci yox e, üçüncü komandasından iki dənə "Neftçi" (komandanın indiki vəziyyətindən söhbət gedir) düzəltmək olar. Axı indiki "Qarabağ" millinin əsasını təşkil etsə də, millinin özündən də güclüdür.

"Neftçi" rəhbərliyinin utanmalı olduğu bir məqam da var. Bu sözü ilk dəfə Bəhram Bağırzadədən eşitmişəm və məncə, üzqırxan reklamlarına çəkiləndən bu yana dediyi ən məntiqli sözdür. Bəhram deyir ki, nefti çıxaran fəhlə ən yaxşı halda min manat, amma heç bir işə yaramayan oyunçular ayda 10-15 min qazanırsa, bu, ayıbdır.

DÜŞÜNÜN!



İmza:

«QƏBƏLƏ»YƏ QƏLƏBƏ YARAŞIR! TƏBRİKLƏR!

DÜNYANIN ƏN UNİVERSAL FUTBOLÇUSU

Naxçıvan klubu 14-cü dəfə Azərbaycan çempionu oldu

Belarus gimnastı: Bakıda Avropa çempionatından təəssüratlarım çox gözəldir

“Arsenal” və “Çelsi” klublarının hər birinə əlavə 10 min bilet veriləcək

AvroLiqanın final gecəsində Bakı metrosu saat 04:00-a qədər işləyəcək

Polis baş leytenantı Ədilə Qurbanova qızıl medal aldı - FOTO

Henrix Mxitaryan Bakıya gəlməyəcək

“Arsenal”dan AvroLiqanın finalı ilə bağlı yeni bəyanat

Bakı klubu 13 futbolçunu yola saldı - Siyahıda Kamran Ağayev də var

Bakıda quraşdırılan Formula 1 avadanlıqlarının sökülməsi NƏ VAXT yekunlaşacaq?

Ramazan ayının 11-ci gününün DUASI - İmsak və iftar vaxtı

SON XƏBƏRLƏR
2019-05-21
2019-05-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK