deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Sabirabadda yorğana bükülmüş meyitin şəxsiyyəti müəyyənləşdi - Faktla bağlı bir nəfər saxlanılıb Adalet.az | Sabirabadda yorğana bükülmüş meyitin şəxsiyyəti müəyyənləşdi - Faktla bağlı bir nəfər saxlanılıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Sabirabadda yorğana bükülmüş meyitin şəxsiyyəti müəyyənləşdi - Faktla bağlı bir nəfər saxlanılıb

17526    |   2019-05-11 15:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sabirabadda yorğana bükülmüş meyitlə bağlı bir nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, mayın 9-da Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə Şirvan şəhər sakini İlham Cəbiyevin işlədiyi Biləcəri qəsəbəsində yerləşən sərnişindaşıma şirkətindən çıxması və itkin düşməsi barədə müraciət olunub.

Mayın 10-da Sabirabad rayonunun Minbaşı kəndi ərazisində, Kür çayının sahilində yorğan üzünə və palaza bükülmüş vəziyyətdə meyit tapılması barədə DİN-in "102 – Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olunub.

Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gedib, müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla üzərində zorakılıq əlamətləri görünməyən meyitin Şirvan şəhər sakini, əvvəllər quldurluğa görə məhkum olunmuş İ.Cəbiyev olduğu müəyyən edilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə meyitin Şirvan şəhər sakini, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma, quldurluq və narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş Fariz Ağayev tərəfindən qeyd edilən əraziyə gətirilməsi müəyyən edilmib.

F.Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb.

O, izahatında İ.Cəbiyevin mayın 8-də onun Abşeron gənclər şəhərciyindəki kirayədə yaşadığı evə gəlməsini və orada artıq miqdarda narkotik vasitə qəbul etməsindən ölməsini, mayın 10-na keçən gecə qohumuna məxsus "Mercedes” markalı avtomobildə meyiti qeyd edilən yerə aparmalarını bildirib.

Araşdırma aparılır.




İmza:
SON XƏBƏRLƏR
2019-07-18
2019-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK