ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Azərbaycanda 35 müəllifin əsərləri və 11 film dövlət varidatı elan edildi

8865    |   2019-05-11 11:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nazirlər Kabineti "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin siyahısı"nı təsdiqləyib.

Adalet.az-ın məlumatına görə, əsərləri dövlət varidatı elan edilən müəlliflər aşağıdakılardır:

- Qətran Təbrizi;

- Məhsəti Gəncəvi;

- Əfzələddin Xaqani;

- Nizami Gəncəvi;

- Qazi Bürhanəddin;

- İmadəddin Nəsimi;

- Aşıq Qurbani;

- Şah İsmayıl Xətai;

- Məhəmməd Füzuli;

- Aşıq Abbas Tufarqanlı;

- Molla Pənah Vaqif;

- Molla Vəli Vidadi;

- Qasım bəy Zakir;

- Mirzə Fətəli Axundzadə;

- Həsən bəy Zərdabi;

- Seyid Əzim Şirvani;

- Xurşidbanu Natəvan;

- Mirzə Ələkbər Sabir;

- Nəcəf bəy Vəzirov;

- Aşıq Ələsgər;

- Cəlil Məmmədquluzadə;

- Əbdürrəhim bəy Haqverdiyev;

- Cəfər Cabbarlı;

- Əhməd Cavad;

- Mikayıl Müşfiq;

- Əhməd bəy Ağayev;

- Əli bəy Hüseynzadə;

- Nəriman Nərimanov;

- Məmməd Səid Ordubadi;

- Hüseyn Cavid;

- Əzim Əzimzadə;

- Yusif Vəzir Çəmənzəminli;

- Üzeyir Hacıbəyov;

- Səməd Vurğun;

- Əliağa Vahid.

Dövlət varidatı elan edilən filmlər aşağdakılardır:

- "Sevil ” (1929-cu ildə çəkilmişdir);

- "Lətif ”( 1930-cu ildə çəkilmişdir) ;

- "İsmət”(1934-cü ildə çəkilmişdir);

- "Mavi dənizin sahilində” 1935-ci ildə çəkilmişdir) ;

- "Almaz”(1936-cı ildə çəkilmişdir) ;

- "Bakılılar”(1938-ci ildə çəkilmişdir) ;

- "Kəndlilər ”(1939-cu ildə çəkilmişdir) ;

- "Səbuhi”(1941-ci ildə çəkilmişdir)

- "Bir ailə”(1943-cü ildə çəkilmişdir) ;

- "Arşın mal alan” (1945-ci ildə çəkilmişdir) ;

- "Görüş” (1955-ci ildə çəkilmişdir).

Qeyd edək ki, "Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları”na əsasən dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə müəllif qonorarı səviyyəsində xüsusi ödənişlər istifadəçilər tərəfindən "Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda göstərilən tarif dərəcələrinə uyğun hesablanaraq, Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürüləcək. Dövlət varidatı elan edilmiş əsərlərin nəşri (çapı) üçün tirajın ümumi məbləğinin 2 faizi həcmində ödəniş hesablanaraq, Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürüləcək. Əqli Mülkiyyət Agentliyi dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə xəzinə hesabına daxil olan vəsaitin dövlət büdcəsinə köçürülməsini təmin etməlidir.



İmza:
SON XƏBƏRLƏR
2020-06-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK