Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Əbülfət MƏDƏTOĞLU: Bakıdan Trabzona könül yolu Adalet.az | Əbülfət MƏDƏTOĞLU: Bakıdan Trabzona könül yolu Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: Bakıdan Trabzona könül yolu

5024    |   2019-05-09 10:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Əvvəli burada)

... Artıq əməlli-başlı qaranlıq bürüyüb ətrafı. Necə deyərlər, yalnız yol kənarındakı közərən işıqlardan ətrafı izləmək mümkündür. Mən də bu qaranlığın içində xatirələri çözə-çözə yol gedirəm... gedirəm ki, səhərimi Trabzonda açım... gedirəm ki, bu şəhərdə ürəyimi müalicə edən, onun yaşamaq imkanını artırmağa səbəbkar olan həkimimin qəbuluna düşəm... gedirəm ki, bir az nəfəs alam. Elə bir nəfəs ki, o məni ağrıların caynağından müəyyən zaman kəsiyi üçün qoparsın...

Bəli, artıq yolçusu olduğum "Metro”nun sərnişinlərinin çoxu şirin yuxudadı, hətta xoruldayanlar da var. Tək-tək sərnişinlər isə ya mobil telefonla "oynayırlar” ya da kiminləsə danışırlar. Özümdın asılı olmayaraq, həmin söhbətlərin qulaq şahidinə çevrilirəm. Tiflis-Batumi yolu yaşayış massivlərinin içərisindən keçib gedir. Həmin qəsəbə və kəndlərin sakinlərinin yol kənarında düzdükləri alış-veriş malları, xüsusilə meyvə-tərəvəz və bir də özlərinin bəh-bəhlə yedikləri milli çörəkləri düzülüb. Elə bizim magistralların kənarlarında olduğu kimi, bu yol boyunca da alver heç də pis getmir. Gecə saat 3 radələrində avtobus bir türk lokantasının qarşısında dayanır. Sürücü 15 dəqiqəlik fasilə elan edir. Məqsəd yolçular üçün su, meyvə şirələri və çay ehtiyatını yeniləməkdi. Hamı kimi mən də fürsətdən istifadə edib avtobusdan düşürəm. Siqareti yandırıb ətrafa boylanıram. Dayandığımız kiçik bir məkanda daha çox türklərin nəfəsi duyulur. Çünki bu lokantada çalışanların əksəriyyəti türklərdi. Mən də söhbət həvəskarı olduğumdan onlardan söz qoparmaq istəyirəm:

- Əfəndim, burda durum necədi?

- Abi, şükür, dolanırıq.

- Əfəndim, dolanmaq hər yerdə mümkündür. Amma burada farklı bir şeylər varmı?

- Abi, mən siyasət adamı deyiləm. Amma sorursunuzsa deyim ki, gürcülər bizim kimliyimizi də bilirlər və bizim onlarla anlaşmamızın farkına da vara bilirlər. Odur ki, sakin-sakin hərəmiz öz işimizi görürük.


Bəli, bu qısa söhbətdən bir daha hiss edirəm ki, mənim Gürcüstanın girişində keçid qapısında duyduqlarım heç də təsadüf deyil və üstəlik Batumidən keçib gedərkən həmin sonuncu sərhəd qapısında da oxşar mənzərəni bir daha yaşadım. Yaşadıqlarımın bir ucu sovet dönəminə gedib çıxırdı. Belə ki, həm bizdən Gürcüstana, həm Gürcüstandan Türkiyəyə, həm də Gürcüstandan bizə keçidlərdə bir xoşagəlməyən mənzərə var. Hər kəs səndən nə isə xahiş edir, hər kəs səndən onun bir blok siqaretini və yaxud bir-iki ədəd araq və yaxud çaxırını özünlə sərhəddən keçirməyini istəyir. Tanımadığım bu adamlar elə yalvar-yapış edirlər ki, qalırsan çarəsiz. Mən yol boyu məhz Gürcüstanla bizim və Türkiyənin aramızda yaşanan bu mənzərənin nə qədər acınacaqlı olduğunu düşünüb bu nəticəyə gəldim ki, bu alverçi psixologiyası Sovet dönəminin qalığıdır. Ona görə bu qənaətdəyəm ki, Türkiyədən, yəni Sarp deyilən məntəqədən keçəndə kimsə səndən nəyisə Gürcüstan tərəfə keçirməyi rica etmir. Həqiqətən bu ağrılı bir məsələdir. Bu işdə gürcülərin Türkiyəyə alkoqol və siqaret keçirmək həvəsi lap kəllə-çarxa vurubdu...

Artıq səhər saat 5-dir. Biz Gürcüstan sərhəddindən keçib Türkiyə ərazisindən yolumuzu davam etdiririk. Qara dənizin sahili boyu hərəkət edən avtobusun pəncərəsindən dənizi seyr edərkən yadıma bu şəhərə ilk gəlişim və o gəlişin ilk təəssüratı olan misralar düşür.


Mən bu qoca şəhərə

Ümid dalınca gəldim...

Bu ümiddən bir zərrə -

Soraq alınca gəldim...


İçimdəki zərrədi

Fərq eləməz hər nədi...

Yer yataqsız çərrədim –

Ona, balınca gəldim!..


Dağ üstə düşdü dağım

Doğrandı qol-budağım...

Külək çevirən tağım –

Barsız qalınca, gəldim...


Kiprikdə şeh, gözdə nur

Boyunu sev, göz də vur...

O qız məni gözlədir –

Dilə salınca gəldim...

Bəli, artıq Türkiyənin Qara dəniz boyunca uzanan şəhərlərini keçirəm.. Of, Rizə, Artvin... və digərləri yavaş-yavaş arxada qalır. Şəhərlər oyanır. Və mən bu oyanan şəhərin dan üzünə, sübh çağına doğru yüksələn azan səslərini də eşidirəm. Az qala ləpələrin səsilə azan səsi bir-birinə qarışıb bəndənin Tanrıya duası kimi səslənir. İçimdəki bir rahatlıq məni elə bürüyür ki, elə bil yol boyu çəkdiklərim, düşündüklərim, qarşılaşdıqlarım hamısı Gürcüstan sərhəddində qalıbdı. Özüm də hiss etmədən ağlıma gələn fikri pıçıldayıram:


- Gürcü gömrükçüləri və sərhədçiləri sıxıntılarımı və ağrılarımı gömrük nəzarətindən keçirməyə imkan vermədilər! Sağ olsunlar!

Hə, yol üstündə Kamal Paşa deyilən bir məntəqə var. Avtobus buradakı özlərinə aid dayanacağa yan alır. Bu bizim Türkiyə ərazisində ilk suyunu içib, çörəyini kəsdiyimiz ilk ünvandı. Yol boyu bizə istirahət dəqiqələrini xatırladan şəxs (onunla yolda bir balaca sözümüz çəp gəldiyindən heç adını öyrənməyə maraq göstərmədim – Ə.M.) bildirdi ki, yarım saat burda dayanacağıq. Hər kəs çayını, kofesini sifariş verə bilər. Mən həvəslə bir türk qəhvəsi istədim və bəzilərimizə xoş gəlməyən, yəni acı olduğu üçün çoxlarının maraq göstərmədiyi bu qəhvəni həvəslə nuş edirəm... Elə yolüstü yeməkxanada yadıma bu torpaqlarla bağlı yazdığım misralar düşür:

Qayaların çapığı bir yaraşıq

boylanıram – gözəlliyə baxıram.

Gözəlliyin göz qaytaran silahı –

Tala-tala üzərliyə baxıram.


Bulaqların şırıltısı pıçıltı

Qulaq asdım, vallah eynim açıldı.

Gördüklərim gözlərimə qaçırdı –

Ruh oxşayan özəlliyə baxıram.


Ağlım qalıb xan çinarda, palıd da

Bir budağı ildırımdan yanıb da!

Ürəyimin gözlərini alıb da –

Mən dörd gözlə gözəlliyə baxıram.


Bu şeiri Trabzonu ilk dəfə görəndə yazmışam və həmin şeiri yaza-yaza Qarabağımı, kəndimi, düşmən tapdağı altında olan torpaqlarımızı düşünmüşdüm. Çünki gördüyüm mənzərə mənə Qarabağı xatırlatmışdı – Şuşanı, Kəlbəcəri, Laçını, Füzulini, Qubadlını, Zəngilanı, Cəbrayılı, Xocalını, Xocavəndi xəyalən gəzmişdim orda, özü də ağlaya-ağlaya. Dağların, dağlarımın əkizi, çayların, şəlalərin, bulaqların, göllərin gözümü açandan gördüklərimin əkizi olduğunun şahidinə çevrilmişdim. Elə bil ki, ürəyim nanə yarpağına dönmüşdü. Elə çırpınırdı, elə əsirdi ki, sanki indi qopub yerə düşəcəkdi. Amma...

Bir az dözümüm var imiş! Hələ ayaqda qalmaq müddətim başa çatmayıbmış. Ona görə də dözdüm. O mənzərəni seyr edə-edə düşmənin gəzdiyi yerləri xəyalımda canlandırdım, qoşalaşdırdım. İnanın ki, bu, obrazlı, pafoslu ifadələr deyil. Bu, mənim içimdən qalxan və burula-burula da Tanrıya doğru üz tutan keçdiyi yoldu. Yəni ahımdı, ünümdü, fəryadımdı və bir də...

İçimdəki tüstünün acısı məni gözlərimi ovuşdurmağa məcbur edir. Bax, bu məqamda qəhvə içdiyim yeməkxananın bacasından palıd odunun tüstüsünün qalxdığını görürəm. Yeri gəlmişkən, mən xatırladım ki, mən Trabzonda yeməkxanaların əksəriyyətində odundan istifadə edildiyinin şahidiyəm. Hətta dostum Rəcəb abimin dönərxanasında da palıd odunuyla bişən dönərin dadını heç İstanbulda da hiss etməmişəm. Bu kişinin dönərinə söz ola bilməz! Mən də həmin o yeməkxanadan qalxan tüstünün misralara çevrildiyini də hiss edirəm.

Bir tüstü burulub qalxır yuxarı

Sanki söz aparır yerdən buluda...

Mənə elə gəlir gedib qarışıb –

Bu tüstü çevrilir hərdən buluda!


Bir azdan avtobus yenə öz yoluna davam edir. Mən artıq bu yerlərə bələd olduğumdan necə deyərlər, oturacaqda qərar tuta bilmirəm. Tez-tez ya pəncərədən, ya da yerimdən qalxıb sərnişinlərin başı üzərindən önə baxıram. Elə bilirəm ki, mən nə qədər boylansam, o qədər də tez çatacam Trabzona. Amma unuduram ki, burada yol polisi də, sürücülər də bizimkilərə nisbətən da diqqətlidilər. Onlar sürət həddini heç vaxt açmırlar. Elə türklərin dediyi kimi trafik polisi də hardasa daldalanıb "günahkar ovuna” çıxmır. Yəni hamının kimliyindən asılı olmadan qanuna hörməti birmənalıdır. Ona görə də bizdən fərqli olaraq orda sürücü və yol polisi dartışması, yaxalaşması baş vermir. Hətta nömrəsini yazmaq istəmədiyim bir həmyerlimin idarə etdiyi bir "Mersedes” maşını yanımızdan elə sürətlə keçdi ki, sürücü özündən asılı olmadan dedi:

- Kardeşim, burası Türkiyə, burası Azərbaycan deyil!

Həqiqətən bir neçə dəqiqədən sonra həmin Azərbaycan seriyası ilə hərəkət edən avtomobilin yol polisi tərəfindən saxlanıldığını gözlərimlə gördüm. Və bu hal mənə həqiqi mənada çox ağır təsir etdi. Türk qardaşlarımın təbirincə desək, olanlardan üzüldüm... Burada bir daha əlavə edim ki, mən Türkiyə ərazisində həmyerlilərimizin idarə etdiyi xeyli sayda müxtəlif markalı avtomobillər görmüşəm. Onların da çoxu oradakı dostlarımın dediyi kimi, qanunlara çox böyük sayqıyla yanaşırlar. Bu da o deməkdir ki, biz istəyəndə hamıdam yüksəkdə dayanmağı bacarırıq. Zamanın və məkanın tələblərinə uyğunlaşa bilirik. Nə isə...

Bəli, artıq Trabzon ərazisində hərəkət edirik. Bir azdan avtobus terminalın önündə dayanacaq və mən "Metro” ilə, buradakı sərnişinlərlə sağollaşacam. Məni maşından enəcəyim məntəqədə könül dostum, can sirdaşım Əhməd Varol gözləyir...

(Ardı var)




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK