Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | TAMAMLANMAYAN MÜSAHİBƏYƏ İNTERPRETASİYA Adalet.az | TAMAMLANMAYAN MÜSAHİBƏYƏ İNTERPRETASİYA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

TAMAMLANMAYAN MÜSAHİBƏYƏ İNTERPRETASİYA

Məzahir ƏHMƏDZADƏ

31054    |   2019-05-06 17:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yaxın vaxtların söhbətidir. İstedadlı gənc jurnalistlərimizdən biri redaksiyada yaranmış qısa boşluqdan istifadə edərək məni söhbətə tutmuşdu. Bəzi məsələlərlə maraqlanırdı, suallar verirdi, sanki atüstü, esklüziv bir müsahibə məqamı yaranırdı. Mən ağıllı və maraqlı suallardan qaçan deyiləm, çünki belədə adekvat cavabları da xoşlayıram. Söhbətimiz davam edincə otağa daxil olan Əbülfət Mədətoğlu gənc dostumuzdan soruşdu ki, nədi, müsahibə alırsan? O da cavab verdi ki, xeyir, çoxdandı Məzahir müəllimdən bəzi məsələləri soruşub öyrənmək istəyirdim. İndi baxıram gözlədiyimdən də maraqlıdı, heç müsahibəyə sığan söhbət də deyil. Onda Əbülfət Mədətoğlu öz məsləhətini bir az da elə tapşırıqsayağı verərək dedi:

- Sən məqamı boşa vermə, belə fürsət ələ düşməz...

Sonra... Sonra biz razılaşdıq ki, baxmayaraq bir çox suallar və cavablar orijinal müsahibə ovqatındadır, hər halda 2-3 günə bu söhbəti qəzet variantı üçün daha sərbəst şəraitdə davam etdirək.

...2015-ci ildən bəri gözlənilən və ya gözlənilməyən situasiyalarda həyatımın çətin anlarını yaşamaqdayam. Sanki son 20 il ərzində 6 dəfə müxtəlif cərrahi əməliyyatlara məruz qalmağım, digər ağır itkilərin bəs deyilmiş, həyatın ağır sınaqları indən belə də intensiv xarakter alacaqmış.

Dözümdən başqa Allahdan heç nə istəmədim. Həmişə ağrı-acılarımı gizlətməyə çalışdım. Onda qala bu haqda yazılarımda söhbət açam, kimdənsə kömək, dəstək gözləyəm...

İş elə gətirdi ki, yenidən səhhətim pisləşdi. Oturuşmuş 4-5 xəstəliklə yaşamağın nə qədər çətin oğduğunu çəkənlər bilər, bunu kimlərəsə danışmağın da mənası yoxdur.

Oğuz bir neçə dəfə məni arayıb söhbətin davamını - müsahibəni xatırlatsa da mümkün olmadı.

Yataqda necə nikbin olasan ki? Yataqda son sözlərini deyərsən, son müsahibəni verərsən. Mənsə hələ yaşamaq istəyirəm.

İndi qalxıb birtəhər işimlə, sağlamlığımla məşğul olur, tədricən ətraf mühitə uyğunlaşıram. Adaptasiya istənilən kimi alınmır. Bu heç mümkün olan iş də deyil. Ancaq hər halda mən nikbinliyimi qorumağa çalışıram, işgüzarlığımı faydalı fəaliyyətə kökləmək həvəsindəyəm. İradəmə çox güvənirəm. Yeri gəlmişkən, inişil Türkiyədə məşhur neyrocərrah Necat Akalan mənimlə birlikdə İstanbula gedən həkimimə beləcə demişdi: "Başqa birisi bu əzablara dözə bilməz, intihar edərdi...".

...Eşidirəm Oğuz iş yerini dəyişib, uğurlar arzulayıram. Onu "Ədalət" Oğuz Ayvaz kimi tanıtdı, bunu heç vaxt unutmamalıdır. Eləcə Aqil Abbasın xüsusi qayğılarını da. Yarımçıq qalmış müsahibəmiz nə vaxtsa davam edə bilər. Bu daha çox Oğuz üçün maraqlı olar, necə ki, mənim bəzi cavablarım onu heyrətləndirmişdi. Təsadüfə və reallığın acı ironiyasına bax ki, Oğuzun ilk sualı da mənim xoşagəlməz davamlı əhvalımla bağlı idi. Təxminən belə: "Uzun müddətdi mətbuatda orijinal və ədəbi yazılarınızla çıxış etmirsiniz, bildiyim qədər səhhətinizlə bağlıdır...". Heç 3-4 gün keçməmiş həqiqətən xəstəliklərim yenidən kəskinləşərək iradəmi...

Nə isə. Təəssüf ki, belədir, təəssüf ki, belə davam edir. Yazmağa, yaxşı yazmağa, ötənlərdəki kimi çalışmağa, yaşamağa gücüm çatmır...

Görəsən nə vaxtsa bu çatışmazlıqları aradan qaldıra biləcəyəmmi?

...Ancaq çox xarakterik suallar idi: jurnalistikadan, əyalətdə qəzetə maraqdan, dostluqdan, ədəbiyyatdan, dinə, qadına münasibətdən, mənim Göyçayımdan, idmandan...

İdman mövzusunda söhbət edərkən daha çox futbola üstünlük verən gənc dostum, ilk kumirimin Eduard Markarov olduğunu eşidəndə bərk təəccübləndi. Yəni nəyə görə Ələkbər Məmmədov, Kazbek Tuayev, Anatoli Banişevski və başqaları yox, məhz erməni Markarov? 12-13 yaşlı bir yeniyetmə uzaqgörənlik edə bilməzdi ki. Onda gərək mən, məşhur yazıçı Hrant Matevosiyanın da üstündən xətt çəkəm, ondan oxuduqlarımı unudam.

Sonralarsa Pele, Qarrinça, Eysebio, Bekkenbauer, Maradona, Ronaldiniyo... İndi isə tam səmimi bildirirəm: əgər futbol təkcə bizim planetdə oynalırsa Leonel Messi əbədi olaraq heç kimlə müqayisə edilməyəcək. Əsl əfsanənin başlanğıcı və sonu Messidir.

Daha sonra mən Oğuza yüngül atletikadan Fosbrünü, Bon Bimonu, Sergey Bubkanı, Useyin Boltu və başqalarını xatırladaraq, şahmata keçid etdim. Şahmatı dünyada daha çox məşhurlaşdıran dahini - Fişeri yada saldım. Şaybalı hokkeydən danışdım. Bütün idman növləri inkişaf edir, şaybalı hokkeysə 70-ci illərin əvvəllərindən 80-ci illərin sonlarına qədər daha mükəmməl və ecazkar olubdur dedim. Şaybalı hokkey Kanadada yaransa da rus və çex-slovak hokkeyinin keçmiş ulduzlarından danışdım. Tretyak, Vasiliyev, Davıdov, Kasotonov, Fetisov, Bilaləddinov, Yakuşev, Starşinov qardaşları, Maltsev, Mixaylov, Almetov, Zimin, Mayorov, Firsov, Xarlamov, Makarov... Çexoslovaklardan Dzurilla, Qaşek, Şyastnı qardaşları, Pospışıl, Maxaç, Svoboda, Kadlets, Çernı, Nedomanski, Vlk, Sırxa, Kaberle, Martinets, Qlinika...

Sonralar biz nəhayət ki, Kanada ulduzlarının, yəni əsl peşəkarların (guya ruslar peşəkar deyildi) da oyunlarını görə bildik - 70-ci illərin əvvəllərində. Bunlar ardıcıllaşdıqca əfsanəvi Espozitonu, Robinsonu, Potvini, Salminqi, Saavarı, Cilberti, ata-oğullar Houları, Klarkı, Qretskini, Lömyeni, Sittleri, Perronu və xüsusilə daha estetik və ecazkar oyunu ilə məni heyrətə gətirən Gi Lefleri... Bunlar hamısı parlaq ulduzlar idi.

Son illər isə MHL-də uzaqbaşı 2-3 ulduz haqqında danışılır. Rus Oveçkin, kanadalı Krosbi... Gənc dostumu daha çox təəccübləndirən bütün bunları, 30-40 il əvvəllərə aid olan əhvalatları birbaşa söyləməyim, yəni əlimin altında heç bir yazılı və ya texniki vasitə olmadan xatırlamağım idi.

Söhbət ədəbiyyatın üzərinə gələndə isə vəziyyət müqayisələr baxımından bir qədər dramatikləşdi. O, postmodern təbliğçisi və nümayəndəsi, mənsə klassik romançılığın tərəfdarı. Umberte Ekonu, Pelevini, Knut Hamsunu, lap elə Orxan Pamukun özünü mən hansı əsasla Viktor Hüqo, Dostayevski və Tolustoydan üzü bəri Alber Kamyudan, Henrix Bölldən, Voyniçdən, Folknerdən, Hemenqueydən, Markesdən... daha istedadlı və ya nəsə digər bir üstünlüklə fərqləndirə bilərəm? Bu hal digər sənət növlərində də belədir. Klassik və realist üslub heç vaxt surrealizm, impressionizm... cərəyanlarına uduzmayıb. Rəssamlıq kimi, memarlıqda da eyni hal yaşanır. İnsanları daha çox özünə çəkən meqapolislərin şüşəli göydələnləri, abstrakt təfəkkürün tikililəridir, yoxsa şərqin özünəməxsusluğu, qərbin qotika, barokko və digər "zahirən sakit" memarlıq məktəbləri? Ancaq hər birini öyrənmək, bilmək və müqayisə aparmağı bacarmaq da lazımdır.

Obyektiv səbəbdən son vaxtlar az oxuyuram. Bəzən əvvəllər oxuduqlarıma qayıdıram, bəzən heç oxumuram. 2 ay əvvəl xəstəxanada yatarkən gündəlik qəzetlərimi mümkün qədər oxuyub bir az rahatlanırdım. Cəmi 5-6 qəzet. Bir gün həm öz qəzetimdə, həm də "Ədəbiyyat" qəzetində Aqil Abbasın hekayəsi ilə qarşılaşdım. Gizlətmirəm, əvvəlcə başlıq və ithaf məni bir qədər çaşdırdı, Zarafat üslublu yazı olduğunu düşündüm. Anidən intuisiyam məni diksindirdi. Tələsik oxumağa başladım. Dağlı-aranlı bütün Qarabağ gözlərim önündə canlandı. Halbuki, Yoldan və Ağdamdan başqa heç yerin təsviri yoxdur. Yazıçı səni düşünməyə vadar edir. Səni Şuşaya, Laçına, Ağcabədiyə... hətta "İstepanakertə" də aparır. Mən ilk dəfə idi ki, bir əsəri oxuyub bitirən kimi 10-15 dəqiqə sonra yenidən oxumağa başladım. Bu bir şedevr idi, Ədəbiyyat üçün, zövqlü və zəngin dünyagörüşə malik oxucu üçün qiymətsiz hədiyyə idi. Əvvəldən axıradək oxucuya yumor, şən ovqat, kolorit zənginliyi bəxş edən bu hekayə müəllifə hansı... əzablar bahasına başa gəlib görəsən? Burada unikal bir obraz kimi Dayı da (görəsən bu obrazın prototipi varmı, indi həyatdamı?), digər obraz və əhvalatlar da sanki səninlə bir yerdədir, canlıdır, dipdiridir. Addımbaşı (sətirbaşı) təbəssümə bürünmüş qəribə yumor, bir zamanlar yaşadığın koloritin yenidən canlanması, nikbinlik, hətta Malik Fərrux... Bu şedevrin həm də sənin olduğuna necə sevinməyəsən ki?

Yazıçı səni sevindirdi!

Ancaq mən dəqiq bilirəm ki, onun bu hekayəsi həmin yumor və koloriti ilə həm də nisgildən, qəhərdən, gizlin göz yaşlarından sellənib gəlib. Səbəbini özü hamıdan yaxşı bilir.

Yox, bu şedevr əsəri təhlil etmək fikirində deyiləm, buna heç gücüm də çatmaz. Oxucu kimi sevincimi bölüşürəm. Əsas məqsədim gənc yazarımıza ədəbiyyat söhbətimizin mühüm istiqamətlərindən birini açıqlamaq, indiki dövrdə, Azərbaycan ədəbi mühitində belə bir möhtəşəm əsərlə hamının tanış olmaq zərurətini razılaşmaq idi.

Razılaşdıq da.

Bir məsələni də xüsusi vurğulamaq fikrindəyəm. Mən hansısa böyük ədibləri oxuyub sevmək, müəyyən zaman sürəsində onlardan təsirlənmək iddialarını qəbul etsəm də, ancaq əsl yazıçının sonda özü olduğunun təsdiqinə daha çox önəm verirəm. Necə ki, Aqil Abbas son dövr ədəbi yaradıcılığı ilə bunun bir gerçəklik olduğuna məndə (yəqin ki, bir çox oxucularında da) tam əminlik yarada bildi.

Ədəbiyyatla bağlı cavab və düşüncələrimi burada fasiləyə buraxıram. Bu çox uzun söhbətdir, bir yazıya sığmayan əbədi sevgi kimi bir hissdir. Ömrümüz boyu bunu yaşamağa çalışırıq. Elə qəzetçiliyi, əsl jurnalistikanı da.

P.S. Düşüncələr labirintində azıb qalmasam, sağlamlığım imkan versə əgər, güman ki, bu mövzuya sistemli şəkildə qayıdacağam. Çox mövzular haqqında düşünürəm. Ancaq qələmə almaq gücüm əvvəllərdə olduğu kimi deyil. Bir vaxtlar yazılarımı oxuyub mənə təşəkkür edən həmkarlarımdan və oxucularımdan üzr istəyib yola davam etmək amacındayam. Heç kimdən nə bir kömək, nə yardım, hətta dəstək belə arzulamıram. Həyatımı fəda etdiklərimdən nə gördüm ki, dost-tanışdan nə umam? Allah nə məsləhət bilir, odur. Mən çoxdan ONUN dərd-qəminə də, sevgisinə də qovuşmuşam...



İmza:

YAZARIN ARXİVİ

2018-12-20 : ƏNDAZƏ
2018-12-17 : NARSİSİZM
2018-12-15 : ƏMƏLİYYAT
2018-10-08 : PİS ADAM YOLDA
2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2019-09-19
2019-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK