hacklink Adalet.az | “BU, KİMİN BAŞIDI?”... - Fəridə RƏHİMLİ yazır Adalet.az | “BU, KİMİN BAŞIDI?”... - Fəridə RƏHİMLİ yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

“BU, KİMİN BAŞIDI?”... - Fəridə RƏHİMLİ yazır

6050    |   2019-05-03 17:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son günlər orta məktəblərdə dinin tədris olunması məsələsi gündəmi zəbt edib. Bəziləri hətta o qədər həyəcanla açıqlamalar verir ki, sanki hansısa xristian ölkəsində İslamı tətbiq etmək məsələsi qaldırılıb.

Qafqaz Müsəlmanları İdarəsinin sözçülərinin açıqlaması isə daha ilgincdi. Ətrafın təpkisindən qorxurmuş kimi, "Orta məktəbdə din heç vaxt tətbiq olunmayacaq” kimi tələsik canqurtaran açıqlamalar da veriblər.

Bəli, əhalinin səksən-doxsan faizi müsəlman olmasına rəğmən bu ölkəyə müsəlman ölkəsi demirik. Əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən ölkə(?) deyirik və bizim qanunla din dövlətdən ayrıdır. Amma XXI əsrdə dinin İslamın gözəlliyi ilə deyil, cəhalət formasında yayılması niyə kimsəni narahat etmir? Dərs formasında, yaxud dərsdən ayrı məşğələ şəklində dinin əsl gözəlliyini insanlara çatdırmağın, öyrətməyin nə sıxıntısı ola bilər ki? QMİ niyə qorxur bu addımdan? Bəlkə bunu olduğu kimi çatdıracaq dini savadı olan insanlarımız yoxdu?

İki ərəb sözü öyrənməklə Quranın alayarımçıq tərcüməsinə cürət edənlərin, təhrif olunmuş hədislərlə insanları fanatizmə, cəhalətə sürükləyənlərin qarşısını almaq üçün uşaqlara, gənclərə əsl dini başa salmağın nə zərəri ola bilər ki? Yoxsa QMİ-nin daha vacib işləri var???

Yaxınlarda Kərbəla və Məşhəd ziyarətində oldum. İnanın ora gedənə qədər müsəlman olduğumu sanırdım. Və ümid etmişdim ki, o müqəddəs torpaqlara ayaq basandan sonra inancım daha da artacaq, içimdə bir hüzur, rahatlıq tapacam. Təəssüf! Tam əksi oldu! Deyirdilər Qərbdə islam yoxdu, müsəlman var, Şərqdə İslam var, müsəlman yoxdu. Nə qədər doğru söyləmişlər! Orada gördüklərimin şokunu hələ də yaşayıram. Xəyal qırıqlığı çox ağır bir hissmiş, bunu dəfələrlə yaxşı bildiyim insanların timsalında yaşasam da, belə kütləviliklə olacağını sanmamışdım.

Orada müsəlmanları (üzr istəmək də gəlmir içimdən!) bir qoyun sürüsü kimi təsəvvür edə bilərsiniz. Öndə biri hara üz tutduysa, nə dediysə, arxadakılar da onu təkrarlamağa məcburdular. Bir-birini əzə-əzə, qol-qabırğası sınanları tapdayıb keçən, basabasda ayaq altda qalıb qışqıranı saya salmadan, əllərində tutduqları nələrisə ziyarətgaha sürtməyə tələsən, bununla da niyətlərinin hasil olacağını sanan bir sürü cahillə qarşılaşmışdım. İnanın, nə namazın, nə duanın hüzurunu yaşaya bildim.Heç namaz qılmağa yer də yoxdu insan əlindən. Əyilib namazda səcdəyə gedərkən başın tapdanır, dua edərkən güruh üstünə gəlir, rukudaykən qarşındakı möhür kiminsə təpiyiylə haralarasa diyirlənir... Məsələ ondadır ki, Kərbəla, Məşhəd ziyarətləri müsəlmana vacib olmasa da, müstəhəbdi, Həcc ziyarəti isə vacibdir və çox təəssüf ki, duyduqlarıma görə orada da eyni vəziyyətdi...

Biz gerçəkdən müsəlmanıqmı? İslamın gözəlliyini Hollivud filmlərində tək-tək hallarda müsəlman dininə rəğbəti olan hansısa rejissorun yaradıcılığında sevmişəm.

Müsəlman oğurluq etməz, müsəlman yalan danışmaz, qul haqqı, yetim haqqı, faiz yeməz, haramdan çəkinər, zinadan uzaq olar və sair və sair...

Bu deyilənlərin bizə aidiyyati varmı gerçəkdən? Müsəlman deyiliksə, onda kimik biz? Nəyik biz?

Ziyarət müddətində öz gördüklərimi ara-ara yazacam. Zəvvarbaşları kimlərdən olmalıdı, QMİ??? Ticarətçilərin "kliyent tutmaq” şakərini onlarda da gördüm. Kimi 350 manata, kimi 450 deyib və zəvvarbaşıyla "razılaşıb” zəvvarlara kələk gəlməklə işə başlayırlar.Yemək, yataq, ziyarətdən sonra ticarət məsələsi müzakirə olunur və yola düşürlər. Pəstaha sonra başlayır. Bir otaqda 50 zəvvarın qoyun-qoyuna yatmasındam başlanan ziyarəti "çətinliklərlə olan ziyarət daha çox qəbul olur” kimi saçmalıqlarla ört-basdır etdilər. Sonrakı mərhələdə dörd-beş nəfər olmaqla ortabab otellərə yerləşsələr də pərakəndəlik, verilən sözlərin tutulmaması aşkara çıxmağa başladı. Müharibəsi, terroru bitməyən, küçələrində tank üzərində TŞK-lar hazır vəziyyətdə gözləyən, təpədən-dırnağa silahlı əsgərləri küçələrdə dolaşan, qarşımızda tutulub qolları burularaq götürülən canlı bombaları ilə yaddaşımızda qalan İraqın ortasında itənləri üç dörd saat gözləmək, nəfəs kəsən istidə tər tökə-tökə, bir də itənlərin tapılmayacağı həyəcanından olanları siz təsəvvür edin.

Əksəriyyəti yaşlılar olan bu dəstəni necə seçmişdilərsə hamısı ölməz Cəlil Məmmədquluzadənin personajları idi. Onun zamanından yüz il sonra bu milləti seyr edərkən Mirzənin halına ağladım, gerçəkdən ağladım. İçim paramparça oldu. Nələr çəkmiş o İNSAN!!!

Zəvvarbaşı hər kəsi toplayıb boynumuzda pioner qalstuku kimi bağlanmış bayrağımızla bir-birimizi tanımağı, qarşıda gedən və əlində böyük bayrağımız dalğalanan kişinin ardınca getməmizi dəfələrlə desə də, hətta əks təqdirdə nələr ola biləcəyini izah etsə də, heç bir ticarət etmədən birbaşa ziyarətə gedəcəyimizi, dönüşdə alış-veriş edəcəyimizi desə də... turistləri cəlb etmək üçün yolboyu satılanlardan "zəvvarlarımızı” ayıra bilmirdi. Dəfələrlə eyni söhbət təkrar olsa da, mənzərə dəyişmirdi. Və ən əsası birinci nə addım atdısa, arxadan gələnlər basabasla, bir-birini itələyərək irəli cümmağa çalışırdı, həm də qarşıda nə satıldığını, yaxud verilənin ehsan, yoxsa pulla olduğunu bilmədən. Təbii, ehsan deyilsə geri dönürdülər...

Gələndə zəvvarbaşları da, zəvvarlar da qızıl, gümüş, müxtəlif ticarət mallarıyla yüklənirlər. Ticarət də lazımdı, amma əsl ziyarətdən sonra.

Orda zəvvarbaşını "Danabaş kəndinin məktəbi”ndəki müəllimə bənzədirdim. O hissə yəqin çoxunuzun yadındadı. Kənd əhalisini savadlandırmaq üçün dərs keçən müəllim lövhəyə at başının şəklini çəkir. Bu nədir soruşur. At deyirlər. O isə yox bu at deyil, atın başıdır deyir. Sonra öz başını göstərir bu kimin başıdı? - soruşur. Bu atın başıdır, - deyə cavab verirlər. Eyni vəziyyət idi Kərbəlada. Və mən "Kərbəla müsibəti”ni unudub öz müsibətimizi ağladım orda...



İmza:

YAZARIN ARXİVİ

2019-04-05 : YALTAQ
2019-03-20 : YENİ GÜN OVQATI
2019-03-07 : QADIN
2019-02-22 : QAR QAN AĞLAR...
2019-02-08 : YEYİM,YEMƏYİM?
2018-12-22 : GƏL...
2018-12-08 : ZƏRURƏT
2018-11-24 : ALO...
2018-11-08 : PALÇIQ VANNASI
2018-09-14 : ŞİLLƏTERAPİYA
2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2019-11-22
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK