nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | "800 minlik AYıB" - Eminquey yazır Adalet.az | "800 minlik AYıB" - Eminquey yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"800 minlik AYıB" - Eminquey yazır

13423    |   2019-05-04 09:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bura Yazıçılar Birliyidir. İçindəki köhnə-qədim sakitlik, rahatlıq adama qəribə bir sükut gətirir. Natavan klubundakı masalarda dəfələrlə oturmuşam. Adamı yuxu tutur. Elə bilirsən ki, Natavanın dizlərinə qoymusan başını, o da şeir deyə-deyə saçlarını oxşayır.

Yazıçılar birliyi həm də siyasi cəbhədir. Ədəbi mühitin iqtidarıdır. Müxalif yazarlar da daima bu cəbhəyə güllə yağdırar, daş atar və cavab atəşi ilə susdurular.

Günlərin birində xəbər yayıldı ki, AYB-yə dövlət tərəfindən 800 min pul ayrılıb. Özüylə də 800 min dedi-qodu gətirib. AYB-dəkilərin üzündə yaz çiçəyi açmağa başladı. Hamı bir-birilə bu pul haqqında müzakirəyə başladı. Sualsa birdir:

- Görəsən, 800 min manat nəyə xərclənəcək? Maaş qalxacaqmı?

Mətbuat durmadan bu xəbərlə oynamağa, oxunuş qazanmağa davam edərkən AYB-də də hamı 800 mini düşünürdü. Qəfil binanın foyesindəki lövhəyə vurulmuş yazıçıların, şairlərin şəkilləri danışmağa başladı.

Ən səbrsizi Mikayıl Müşfiq idi:

- Yenə o bağ olaydı,

yenə yığışaraq siz,

o bağa köçəydiniz...

biz də muradımızca

səkkiz yüz min manatdan,

beş-onca min alaydıq,

bir bağ evi tikdirib

sizə qonşu olaydıq..

Bütün şəkillər Müşfiqin bu şeirinə mat-məəttəl qalır. Birinci Cəfər Cabbarlı dillənir:

- Müşfiq, sən də pul hayındasan?

- Hə, Cəfər, o vaxt bu qədər pulum olsaydı, bəlkə də güllələnməzdim.

Kədərli bir sükut bürüyür şəkilləri.

Cəfər tövrünü pozmur, davam edir:

- Əgər bütün bəşəriyyət ədüvi-canım ola,

Ürək süqut eləməz aldığı beş-on mindən.

Hüseyn Cavid təlaşla, astadan:

- Bəsdi indi eşidər tüm AYB əhli bunu,

Susun, gəlir Rəşad Məcid ilə Anar tindən.

Rəşad Məcid Anarla söhbətləşir:

- Anar müəllim, bezdiriblər məni. Gündə beş-on zəng gəlir, 800 mini hara xərcləyəcəyimizi soruşurlar. Musa Yaqub xəstədir, ona kömək etməyimizi istəyirlər.

Anar həmişəki daş sükutu ilə başını yelləyib deyir:

- Gedək, kabinetdə danışarıq. Bu bədxahları susdurmaq lazımdır.

Lövhədən səs gəlir:

- Mana dinmə, sus deyirsən, nə vaxtacan susacam,

Böhranların, hicranların, məhbəsində qalacam?

Niyə susum, danışmayım, insanlıqda payım var,

Mənim ana vətənimdir talan olan bu diyar.

Əhməd Cavadın bu sözləri şəkilləri bir daha sükuta qərq elədi.

Qəşəm Nəcəfzadə koridorda təlaşlı, bir az qəmgin görünür. Gəlib Anarın kabinetinin qarşısında dayanır. Qalstukunu düzəldir, saçına tumar verir, qapını döyür.

İçəridən:

- Gəl!

Qəşəm içəri girən kimi oğlu Kəramətdən şikayətlənir.

- Anar məllim, siz Allah bağışlayın, Kəramətdi də. Sizinlə olan şəkillərini feysbukda paylaşıb öz aləmində zarafat eləyir. Onun yerinə sizdən üzr istəyirəm.

Rəşad Məcid:

- Ay Qəşəm, sən Kəramətin yerinə üzr istəməyi nə vaxt tərgidəcəksən?

Qəşəm: 

- Bircə bu Kəraməti evləndirə bilsəydim...

Rəşad Məcid:

- Bura evləndirmək idarəsi döyül də, Qəşəm.

- And olsun bu yaxınlarda aldığım medala, Anar məllim, sizdən başqa heç nə istəmirəm.

Qəşəm Nəcəfzadə otağı tərk edir. Az keçmir ki, otağa Əsəd Cahangir girir.

- Salam, Anar müəllim. Bir şey üçün sizi narahat edirəm. Dünən Həmid Herisçilə söhbətləşirik. Dünya artıq postinsan mərhələsindədi, amma bizdə o əjdahadan hələ də yoxdur. Bəlkə yardım əlinizi uzadasınız, beş-on min verib bir postinsan gətirək buralara?

Anar:

- Olar, Əsəd, gətir, gələn kimi də AYB-yə üzv eləyərik.

Rəşad Məcid:

- Tam doğru deyirsiniz, Anar müəllim, lap Gənc Ədiblər məktəbinə də üzv eləmək olar. Sonra da təqaüd verərik ki, narazı qalmasın.

Çingiz Abdullayev otağa üzündəki qəribə bir sevinclə girir və dərhal sözə başlayır:

- Sevinclüyəm Ana məllim bir şeyə görə. Yazmışam dünən iki dənə roman. Lazımdur indi çap eləmək. Eliyün padderjka mənə.

Anar:

- Çingiz, sən "Neftçi”yə padderjka ola bilirsən ki, biz də sənə paddeşka olaq? Qarabağ yenə çempion olacaq.

Rəşad Məcid:

- Anar məllim, Qarabağın çempion olmağının nəyi pisdir ki?

Qəfil səksəni haqlamış Oqtay Rza girir otağa:

- Göydə yanar əbədi fanar,

Xoş gördük sizi hörmətli Anar.

- Xoş gördük, Oqtay. Sən niyə gəlmisən?

- Heç Anar müəllim, elə ağlıma gəldi bu şeir, dedim, gəlib sizə deyim, yoxsa rahat otura bilməyəcəm.

Rəşad Məcid:

- Oqtay müəllim, siz bu şeirin bütöv variantını göndərin Qulu Ağsəsə, "Ulduz”da çap eləsin.

Bu dəm Qulu Ağsəs sözünün üstünə gəlib çıxır.

Rəşad Məcid:

- Budey, yaxşı adam sözünün üstünə gəlib çıxar, Qulu da gəldi.

Salamlaşan Qulu Ağsəs üzünü Anara tutub deyir:

- Anar müəllim, antologiya çap eləmişik, indi istəyirəm ki, onun diskini çıxaraq. Səsli də olsun.

Anar:

- Yaxşı, Qulu, bir şey fikirləşərik.

Qulu Ağsəsdən sonra bir müddət otağa heç kim girmir. Bu get-gəlsizliyi Dayandur Sevgi pozur. O da adəti üzrə salamlaşır, Anar müəllim də nə istədiyini soruşur.

- Anar məllim, bu qızdırıcılar ta işə yaramır. Qışın soyuğunda pəncərənin önündə dayanıb siqaret çəkəndə soyuq adamı birtəhər eləyir. Hazır pul gəlmişkən, onları da dəyişək.

Bu təklif hamının ürəyincə olur. Axır ki, pulun xərclənəcəyi yerlərdən biri tapıldı.

Telefon zəng çalır.

Hamı əlini cibinə atır, telefonlarına baxır, axırda məlum olur ki, zəng Anarın telefonuna gəlir. Anar zəngi açır:

- Salam, Anar müəllim. Sizi saytdan narahat edirəm. AYB-yə ayrılan 800 min vəsaiti nələrə xərcləyəcəksiniz?

- Yenə bu sual? İndi iclasdayam, bir azdan sizə məlumat verəcəyəm.

Yazıçı Anar qəlyanını alışdırıb 800 mini düşünə-düşünə gəlib çıxır şair Səməd Vurğunun şəklinin qarşısına. Və astadan Səməd Vurğuna baxıb pıçıldayır:

- Sən necə də gözəl demisən - El bilir ki, sən mənimsən!




İmza:Eminquey

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Azərbaycanda ərin arvadını xəstəxananın həyətində amansızlıqla öldürməsinin təfərrüatı - VİDEO

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-04-04
2020-04-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

-Sonuncu dəfə deyirəm, vətəndaş, damdan düş, gir evə, səninlə burda çənə-boğaz eləməyə vaxtımız yoxdu - polis mayoru həyətdən səs gücləndirici ilə binanın başındakı kişiyə səsləndi - hamımız eyni vəziyyətdəyik, amma dözürük, sən də dözməlisən!

Kişi etiraz etdi:

-Dedim yox! Mən dözmək istəmirəm! Mən bu qədər özümü çeynətməm!
Mayor nişan alıb tapança ilə adamı çiynindən vuraraq dama sərdi...
Kişi gözünü açdı ki, xəstəxanada çarpayıdadı. Mayor da oturub çarpayının yanında.

-Nahaq vurdun məni! - mayora baxıb narazı dilləndi - kişi-kişinin arvad-uşaq yanında sınmasına razı olmasın gərək!

Mayor başını aşağı salıb gileyləndi:

-A kişi bezmişik ey əlinizdən, biriniz dama çıxırsınız, biriniz yuxu dərmanı içirsiniz, hələ o gün biri evində üstünə benzin tökmüşdü ki, "mənə söz deyən olsa, özümü yandıracam". Boğaza yığmısınız ey bizi. Bilmirik asayişi qoruyaq, ya sizinlə uğraşaq. Ə, elə bilirsən bizə asandı? Biz də kişiyik, anlayırıq sizi! Ama day intihara cəhd etmək nədi?! Allah bu koronavirusa lənət eləsin!

Kişi əlini uzadıb mayorun qolundan tutdu - bilirəm qardaş, sizin işiniz lap ağırdı, özü də indiki vəziyyətdə, amma məni də başa düş - kişini qəhər boğdu - əşşi mən arvada dedim köməyə ciddi ehtiyac yaransa, kartof qızardaram, uzağı bozbaş bişirərəm. Day əriştə kəsmək nəymiş! Bu qədər də yox də! Bax, cənab mayişor, mən deyiləm sənsən, arvad desəydi əriştə kəs, kəsərdin? Yox vallah! Dama çıxmaq nədi ey, bəlkə də sən tapança ilə məni vurduğun kimi, arvadı da vurardın!

-A kişi nə kartof qızartması, nə bozbaş, nə əriştə? Orda sənə dedim axı, hamımız eyni vəziyyətdəyik - mayor yerindən qalxdı, gətirdiyi meyvə dolu torbanı çarpayının ayaq tərəfindən götürdü, bayaqdan oturduğu kətilin üstünə qoydu, kövrəlmiş halda sözünə davam etdi - tez sağal, get evinə qardaş, ta bir də dəlilik eləmə! Görünür bu da bir sınaqdı, dözməliyik. Bax, mən dünən gecə, növbədən sonra, evdə yarpaq dolması bişirmişəm, bu günə də düşbərə sifariş ediblər...





digər lətifələr
ARXİV
FACEBOOK