Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Eldar Mansurov: "Bədii şuraya dəvət etdilər, istəmədim" - MÜSAHİBƏ Adalet.az | Eldar Mansurov: "Bədii şuraya dəvət etdilər, istəmədim" - MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Eldar Mansurov: "Bədii şuraya dəvət etdilər, istəmədim" - MÜSAHİBƏ

21912    |   2019-05-02 15:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Uzun müddətdir heç bir mətbuat orqanına, televiziyaya müsahibə vermir. Təbii ki, belə bir qərar verməsi də səbəbsiz deyil. Səbəbləri barədə isə özü danışacaq. Beləliklə, "Ədalət" qəzetinin suallarını xalq artisti, məşhur bəstəkar Eldar Mansurov cavablandırır.


- Eldar müəllim, istərdim öncə yaradıcılığınız barədə danışaq. Düzdür, bəstəkar üçün efirdə olmaq göstərici deyil, amma maraqlıdır ki, son vaxtlar efirlərdə də demək olar ki, yoxsunuz...

- Maraqlı verilişlər olsa gedərəm. Getməməyimin səbəbi də maraqlı verilişlərin az olmasıdır.

- Dəvət ediləndə digər qonaqların kim olacağını soruşursunuzmu?

- Mütləq soruşuram ki, nə verilişdi, mənə aidiyyatı varmı, yoxmu? Efirdə görünmək xatirinə efirə çıxmağı xoşlamıram.

- Əslində, sənətkarlar adına müsbət bir tendensiyanın əsasını qoymusunuz. Amma bəzən çox yaxşı ifaçıyla, sənətkarla sənətə aidiyyatı olmayan adamı eyni verilişə çağırırlar. Bu halda sənətkar nə etməlidir?

- Efirə getməməlidir.

- Hazırda kimlərlə işləyirsiniz?

- Gənclərlə işləyirəm, onlar da yazdıqlarımı yavaş-yavaş efirə çıxarırlar. Amma bir məsələdən narazılığım var. Azərbaycan efirlərdində həmişə olduğu kimi, nə bəstəkarın, nə şairin adı çəkilmir. Mahnını səsləndirirlər, vəssalam. Camaat da bilmir ki, bunu kim yazıb. Bəstəkarlar, şairlər üçün qlobal problem budur.

- Bəzən mahnının ilk ifaçısı olan sənətçilər digər müğənnilərə "bu mənim mahnımdır" deyərək qadağa qoyurlar. Sizcə, müğənni mahnıya qadağa qoya bilərmi?

- Mənimlə bağlı belə şeylər baş verməyib. Mahnılarımı Azərbaycanın ən məşhur ifaçıları oxuyublar. O mahnıları yeni aranjimanda bu gün də gənc ifaçılara verirəm, oxuyurlar. Çünki mahnı oxunmalıdır ki, yaşasın. Məsələn, Rauf Hacıyevin, Tofiq Quliyevin əfsanəvi mahnıları var. Bunlar bu gün kim oxumur ki? Hamı oxuyur. Kim deyə bilər ki, "Sevgilim"i birinci mən oxumuşam, heç kim oxumasın? Bu, düzgün deyil. Yaxşı mahnılar oxunmalıdır.

- Bir ara mahnılarınızı da oğurlayırdılar...

- Belə şeylərə öyrəşmişəm, çox oğurlayıblar.

- Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəlində estrada səhnəmizdə Aygün Kazımova, Faiq Fağayev, Zülfiyyə Xanbabayeva, 2000-ci ilin əvvəllərində Samira, İradə İbrahmova kimi ifaçılar parlamağa başladı. Amma son on ildə sanki yeni ifaçılar, yeni hitlər meydana gəlmir. Sizcə, bunun səbəbi nədir?

- Hər kəs öz işi ilə məşğul olmalıdır. Bəstəkarın işi təkcə mahnı yazmaq deyil, həm də öz musiqisi ilə müğənnilər yetişdirməlidir. Yerindən duran mahnı yazır, əksəriyyəti də oğurluq. Həmin özlərinə bəstəkar deyənlər nə çala bilirlər, nə oxuya bilirlər. Bir barmaqla pianinoda çalmaqla bəstəkarlıq olmur, ay oğul. Belələri meydana doluşdular, qıtlıq yarandı. Kimsə musiqi məktəbində oxuyub, deyir ki, bəstəkaram. Əgər musiqi məktəbində oxumaqla bəstəkar olmaq mümkün olsaydı, gərək bütün Azərbaycan bəstəkarlıqla məşğul olaydı. Müğənnilərin də evini yıxdılar belə adamlar.

- Televiziyalarda yaranan bədii şuraların vəziyyəti düzəldəcəyinə ümidiniz varmı?

- Məni də bədii şuralardan birinə salmışdılar, imtina etdim.

- Hansı telekanalın bədii şurasına?

- İlk yaranan bədii şura harda olubsa ora dəvət etmişdilər. Ümumiyyətlə, belə şeylərin əleyhinəyəm. Sənətçilərə efir qadağası qoyulmamalıdır. Mən olsaydım, hamısını efirə buraxardım, camaat özü yaxşıyla pisi seçərdi.

- Tamaşaçı bəzən doğru seçim etməyə də bilər axı...

- Amma sən onlara qadağa qoymaqla həm də bu adamları reklam etmiş olursan.

- Sizcə peşəkar rəyinə ehtiyac yoxdurmu?

- Sizə kim dedi ki, peşəkarların ambissiyası olmur? Peşəkarlar da ambissiyalıdırlar. Hər kəs özününkünü irəli çəkəcək. Ona görə də belə şeylərdən uzağam, mənlik deyil.

- Son olaraq soruşum ki, sizcə bədii şura vəziyyəti düzəltməyə yetəcəkmi?

- Onu zaman göstərəcək.


İntiqam VALEHOĞLU




İmza:

Samir Mustafayev: Ürək xəstəlikləri səbəblərinin aradan qaldırılması insanın öz əlindədir

Abutalıbov cibindən Quran çıxarıb dedi ki... - MÜSAHİBƏ

"Cavanşir Yusiflinin yazdıqlarını başa düşmürəm" - MÜSAHİBƏ

Əli Əhmədov: “İstefaya getmək məmurun cəzalandırılması deyil” - MÜSAHİBƏ

Şəfəq Şahməmmədova: Azərbaycan Dillər Universitetinə maraq ildən-ilə artmaqdadır

VAQİF ƏSƏDOV: MƏNZİL BAŞINA SALAMAT ÇATMAQ İSTƏYİRSİNİZSƏ...

“Döyüşə gedəndə də heç kimi özündən qabağa buraxmırdı...”

Sevqi birlikdən yaranır, birliyə aparır - PSİXOLOQLA SÖHBƏT

Şəhid pilotun xanımı: “Oğlum dedi ki, axı haqsızlıqdır, atamı qoxulamaq istəyirəm...”

Aysel Əlizadə: "Xəyanəti fiziki akt, hadisə saymıram" - MÜSAHİBƏ

"Məhərrəm hüzn, kədər və matəm ayıdır"

İnsan dünya planetini özü ilə yüksəldə bilər

SON XƏBƏRLƏR
2019-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK