Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Faiq QİSMƏTOĞLU: O OCAĞIN İSTİSİ Adalet.az | Faiq QİSMƏTOĞLU: O OCAĞIN İSTİSİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: O OCAĞIN İSTİSİ

6188    |   2019-05-01 12:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Müharibənin başlanması xəbəri gəlib Füzulinin Böyük Pirəhmədli kəndinə də çatdı. Böyük Vətən Müharibəsi hər bir evi, hər ocağı, hər yurdu sınağa çəkirdi. Çünki bu elə bir sınaq idi ki, vətən, torpaq faşistlər tərəfindən işğal oluna bilərdi. Bax, onda Rəşid Mənsim oğlu Qasımovun heç 18 yaşı da tamam olmamışdı. 18 yaşı tamam olmasa da ona çağırış vərəqəsi gəlmişdi. Və bu çağırış vərəqəsi onun ata ocağında hamını silkələmişdi. Ancaq gənc Rəşid müharibənin xofundan, dəhşətindən həyəcanlanan doğmalarına təsəlli vermişdi. Demişdi ki, biz faşistlərin qabağından qaçan deyilik. Çantasını hazırlamışdı və çağırış məntəqəsinə yollanmışdı. Qatarla bir başa cəbhəyə getmişdi...

... Qatarın fiti və yavaş-yavaş hərəkəti doğma yerləri, obaları arxada qoydu. Rəşid özü getsə də, qəlbi və ürəyi doğma yurdunda qaldı. Çox çətin və ağır döyüşlərdə iştirak elədi. 1942-ci ildən 1943-cü ilin sonuna qədər Kerçi uğrunda gedən döyüşlərdə gözünü qırpmadan faşitlərin payını verirdi. Elə bir döyüş olmazdı ki, orda onun nəfəsi, onun gücü, onun qüvvəsi hiss olunmasın. O, topçu idi və toplardan da düşmənin mövqeyini darmadağın eləyirdilər. Nə müharibənin qorxusu, nə də faşistlərin həmləsi heç vaxt Rəşidi qorxutmazdı. Və hər an, hər dəqiqə özünün dili ilə demiş olsaq, "qara poyezə” minib cəbhəyə qaynar xəttə gəlməyini xatırlayırdı. Və bir də doğmalarını, əzizlərini yada salırdı. Və onları yada saldıqca ona güc, qüvvə gəlirdi. Düşünürdü ki, o, qalib kimi nə vaxtsa doğma kəndinə - Böyük Pirəhmədliyə qayıdacaq və qayıtdı da. Ancaq ağır döyüşlərin birində ayağını itirdi. Kəndə dönəndə hamı onu sevgiylə qarşıladı. Hətta doğmaları onun ayağını itirdiyini görüb kövrəldi də. Rəşid isə onlara təsəlli verdi. Dedi ki, ayağımı itirdim, vətənimi xilas elədim...

... Müharibədən sonra doğma kəndi Böyük Pirəhmədliyə döndü. Çünki Rəşid Qasımov çox bacarıqlı, çox zəhmətkeş və çox da elini, obasını sevən adamdı. Ailə qurdu, övladları dünyaya gəldi, 6 oğul, 2 qız atası oldu. Və kənddə də hamı onu halal, zəhmətkeş, gecəsi-gündüzü olmayan bir insan kimi tanıyırdı. Rəşid kişi başqalarından fərqli olaraq çörəkli adam idi. Onun süfrəsi qonaq-qara üçün həmişə açıq idi. Evinə-ocağına kim gəlsəydi, onu yedirtmədən, içirtmədən yola salmazdı. Həmişə də xanımına deyərdi:


- Azz, bilirsən nə var, heç vaxt qonaq-qara üçün verilən yeməyə daralma?! Çünki Allah-Təala qonağın ruzisini ondan əvvəl göndərir.

Elə xanımı da onun kimi mərd-mərdanə, qonaq sevən, bir tikə çörəyini də camaatla bölən adam idi. Rəşid kişi həmişə çöldə, bayırda, ormanda, örüşdə olub. At belində o qədər Füzulinin, Qubadlının, Laçının yaylaqlarında gəzib ki... Yaylağa da gedəndə tək getməyib ey, elə xanımını da götürüb. Bəlkə də Rəşid kişi Füzulinin meşələrini, dağlarını, bulaqlarını qarış-qarış gəzib, onun hər cığırını, hər yolunu tanıyır. O, elə bir kişi olub ki, başına gülləni sıxsa da haqqı deməkdən, düz sözü söyləməkdən heç vaxt çəkinməyib.

Füzulinin yaxşı günlərində təsərrüfatla məşğul olub. Çoxlu qoyun-quzu, mal-qara saxlayıb. Qapısına qonaq gələn kimi, o dəqiqə bıçağı götürüb qoyundan, quzudan birini kəsib. Yəni Rəşid kişinin çox böyük ürəyi olub, bu gün də var. Rayonda ferma müdiri, briqadir işləyib. Sonralar isə kooperativ təsərrüfat yaradıb. Rayon Sovetinin deputatı olub. Hətta yoldaşlıq məhkəməsinə sədrlik edib.

... 1993-cü ilin avqustunda Füzuli işğal olunanda Rəşid kişi də ordan məcburi köçkün düşüb və gəlib Göyçay rayonunun Xəlidli kəndində ailəsilə sığınacaq tapıb. Bir əhvalatı danışaq ki, onun xalası oğlu Gorazılı kəndi 1993-cü ilin iyununda işğal olunanda Rəşid kişinin yanına gəlir. Deyir ölmüşəm, məni yerdən götür, bəs bütün pulum, qızılım kənddə qalıb. Kəndə də ermənilər girib. Rəşid kişi bir aşağı baxır, bir yuxarı, deyir, gəl min mənim atımın tərkinə, gedək kəndə. Xalası oğlunun rəngi ağarır. Rəşid kişi təzədən dillənir: "Deyir ə, ağciyər olma, gedəcəyik kəndə, erməni olmur, lap erməninin dədəsi olsun, evə girəcəyik, sənin də pulunu götürəcəyik”. Tanıdıqları gizli yolla kəndə girirlər. Uzaqdan ermənilərn BTR-ni görsələr də ağacların arasıyla evə yaxınlaşırlar. Evə girib pulları, qızılları götürür və ordan da çıxırlar...

Rəşid kişi Göyçaya gəldiyi ilk gündən bu kəndin adamları ilə elə qaynayıb qarışır ki, sanki çoxdandı elə Xəlidlidə yaşayırmış. Və kəndin camaatı da onun ağayana və ağsaqqal hərəkətlərindən razı qalırlar. Görəndə həmişə "ağsaqqal, hərvaxtınız xeyir olsun” – deyirlər. Burda özünə yeni bir həyət alır, ağac əkir və bu ağacların da mer-meyvəsi olur. Hətta təndir də düzəldirlər həyətdə. Və o təndirdə həyat yoldaşı xəmir qatıb çörək bişirir. Və bu çörəyin ətri də həmişə qonşulara yayılır. Füzulidə gözəl bir adət var: təndirdə çörək bişirəndə həmişə ondan qonşulara da pay verirsən. Çünki çörəyin ətri adamın burnuna dəyəndə elə bil özünü cənnətdə hiss edirsən. Rəşid kişinin xanımı da elə Füzulidəki kimi bu kənddə də çörək bişirəndə qonşulara verib. Qonşular da "bərəkətli olsun” deyiblər.

Rəşid Qasımov çox maraqlı bir adamdı. Daha doğrusu, ağayanə bir el ağsaqqalıdı. Füzulidə ocağı necə qonaqlı-qaralıdırsa, elə burda da elədir. Bir gün Seyran Səxavət, Ramiz Rövşən, Rəşad Məcid və onun oğlu Nofəl kəndə gedirlər. O dəqiqə Rəşid kişi bir qoyun kəsir, kabab çəkir, qonaq-qarasına bir süfrə açır. Soruşurlar ki, Rəşid kişi, yəqin içməyə bir şeyin də var. O da deyir niyə yoxdur? Özünün hazırladığı alça və tut arağını ortaya qoyur və gedəndə də hərəsinə bir pay verir. Və sonra da deyir ki, heç ürəyinizi sıxmayın, Rəşid kişi elə Füzulidəki adamdı.

O, vətəninə, torpağına, doğma kəndi Böyük Pirəhmədliyə bağlı adamdı. Deyir ki, düzdür, burda camaat bizə böyük hörmət eləyir, çox səmimidir və istiqanlı insanlardı. Amma doğma ocaq başqa bir şeydi. Çox vaxt kəndimizi, dünyalarını dəyişmiş doğmalarımı yuxumda görürəm. İstəyirəm bu 95 yaşımda əlimə silah alım, o alçaqlarla vuruşam. Vallah, bir adam getsə, dalınca getməsəm kişi deyiləm. Baxmayın 95 yaşım var ha! Yenə əlim silah tutur, yeriyə bilirəm! Bu gününün özündə də at minirəm. Bir oğul lazımdır ki, bizi aparsın o torpaqlara. Donuz heç vaxt öz xoşuna xırmandan çıxmaz. Gərək onu dəyənəklə çıxarasan. Bu ermənilər də donuz kimi bir şeydi. O torpaqları biz sülhlə yox, müharibəylə azad edə bilərik. Mənim bu gün 5 nəvəm orduda xidmət eləyir. İçi mən qarışıq hamımız bu gün müharibə başlasa, döyüşə getməyə hazırıq!

Bir ağsaçlı oğlan var ey, ağdamlı balası (millət vəkili Aqil Abbası nəzərdə tutur – F.Q.), o tez-tez döyüş bölgəsinə gedir. Televizorda gördüm ki, mövqeyimizi keçib erməni tərəfə addımlayır. Ürəyimdən keçdi ki, nə orda olaydım?! Elə mən də qoşulub onunla birgə gedəydim üzü Ağdama, üzü Füzuliyə, üzü Şuşaya, üzü Laçına sarı...

Mən öz vətənimin hər qarış torpağını, hər bulağını, hər cığırını sevirəm. Gecələr həmin yerlər yuxuma girəndə dik atılıb yerimdə otururam, tay yata bilmirəm. Səhəri diri gözlə açıram və durub həyətdə var-gəl eləyirəm...

Prezident bizə çox köməklik eləyir, çox sağ olsun! Təqaüd alıram, müharibə veteranı kimi 1000 manat pul verirlər. Amma onun bəzi məmurları yalançı çıxırlar. Məsələn, Göyçayın əvvəlki icra başçısı mənə dedi ki, öz pensiya pulunla ev tik, sənə kömək edəcəyik. Mən də ev tikdim, kömək etmədilər. Sonra eşitdim ki, onu vəzifədən çıxarıblar. Əvvəllər müharibə veteranı kimi mənə maşın vermişdilər. O da xarab olub sıradan çıxıb. İndi qalmışam piyada. Gözləyirəm ki, görüm Nazirlik mənə maşın verəcəkmi? Axı müharibə veteranlarının hüquqları var. Mənim də ayağımın biri yoxdu. Amma maşınım olsa rahat əyləşib ora-bura, xeyrə-şərə gedə bilərəm. Yəqin ki, yaxşı bir kişi çıxacaq, o maşını mənə nə vaxtsa verəcək.

Rəşid kişi Göycayın Xəlidli kəndinin camaatı barəsində o qədər ürəkdolusu danışır ki, bu sevgiyə və bu istəyə adam məəttəl qalır. Deyir ki, mən və mənim ailəm o camaatdan yer və göy qədər razıyıq. Bir hadisə danışım, qulaq asın: həyat yoldaşım gecə vaxtı rəhmətə getmişdi. Övladlarım gələnə qədər kənd camaatı hamısı qapıya gəldi və nə işimiz vardı hamısını yoluna qoydu. Oğlanlarım gəlib gördü ki, dəfnlə bağlı heç bir çətinlik yoxdu. Çadır da qurulub, samovarlar da gətirilib və digər şeylər də nə vardısa hamısı hazır idi. Bax, belə camaatdan mən necə razı qalmayım. Allah bu kəndi, onun camaatını qorusun! Çox səmimi, çox istiqanlı və etibarlı adamlardı. Sən Allah, oğul, bir şey deyəcəm, onu da yaz. Burda bir doxtur var ey, Telman doxtur, çox gözəl adamdı! Sən də bilirsən da, mən qoca kişiyəm, tez-tez təyziqim qalxır. Telman doxtura zəng eləyən kimi o dəqiqə özünü çatdırır. Gecə saat 4-də də zəng eləsəm, fərq eləməz. Görəcəksən ki, 5-10 dəqiqəyə bizə gəldi, təyziqimi ölçdü, dava-dərman verib getdi. Allah belə insanları qorusun!

Rəşid Mənsim oğlu Qasımov ömrünün 95-ci ilini yaşayır. Onun gözlərində və ürəyində böyük bir ümid var. Ümid var ki, doğma ocağı Füzuliyə, böyüyüb boya-başa çatdığı Böyük Pirəhmədliyə nə vaxtsa qayıda biləcək. Çünki Vətən uğrunda döyüşənləri, qan tökənləri Allah da çox istəyir. Və biz Allah-Təaladan arzu edirik ki, ömrünü, gününü bu vətən, bu torpaq üçün qurban verən Rəşid kişilərin arzusu çin olsun və günlərin bir günündə o isti ocağına dönsün, torpağına ayaq bassın və bir rahatlıq tapsın...



İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK