nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Atatürk şeytanın dostudur? Eləmi? - Yılmaz Özdil Adalet.az | Atatürk şeytanın dostudur? Eləmi? - Yılmaz Özdil Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Atatürk şeytanın dostudur? Eləmi? - Yılmaz Özdil

14018    |   2019-04-30 13:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Boğaziçi Universiteti İslam toplumu tərəfindən dəvət edilən yunan yazar Andres Tzortzis Atatürkü "şeytanın dostu” elan etdi.

Atatürkün Allahın kəlamını tanımadığını, azanı, örtünməyi qadağa etdiyini söylədi, "bunu edən Allahın dostudurmu, yoxsa şeytanın?” deyə soruşdu, İslam toplumu tələbələri hamısı bir ağızdan "şeytanın” deyə bağırdı, qəh-qəhələrlə alqışladı.

Türkiyədə,türk üniversitetində, Atatürkə"şeytan” deyəbağırılmasından məmnun olanyunan yazar Andres Tzortzis "tarixinizi oxuyun, bu gerçəkləri görəcəksiniz” deyədəağıl verdi.

Yaxşı, elə edək də.

Tariximizi oxuyaq da!

Məsələn Millimübarizəsırasında işğal bölgələrinigəzənfransızqəzetçi qadın Berthe Gaulis ,bunları yazmışdı…

– "Yunan geri çəkilməsininqurbanı Söyddəyəm.Bursayaçoxyaxındır.Xarabalığadönüb.Müharibəniuduzub geri çəkilməyə başladıqda belə işlər üçün özəl olaraq yetişdirilmiş əsgərlər tərəfindən yandırılıb, yağmalanıb”.

– "Söyüdün halı bizim Birinci Dünya müharibəsində almanların geri çekilmələrindən sonra gördüyümüz Roye və Lassigni qəsəbələrini xatırladır. Önəmli miqdarda dinamit, yanğın bombası və partlayıcılardan istifadə ediblər”.

– "Qalıqların altında insanların cəsədləri qalıb. Bu cəsətlərdən o qədər dözülməz bir qoxu havaya qarışıb ki, müharibə meydanı bunun yanında boş bir şeydir”.

– "Ortalığa axşamın alaqaranlığı çökdü. Yanmış evlərin üzərində ulayan bayquşların səsləri eşidilir. Ağacların çoxusu kömürə dönüb. Məscidlərin hamısı dağılıb”.

– "Bostanlar, bağlar tamam xarabaya çevrilib. Maddi zərər çox böyükdür, yunanlar hər şeyi aparıblar. Fəqət yağmalanan dükanlardan daha pisi budur ki, evlər yandırılıb və qadınlara, qocalara və uşaqlara hücum olunub. Bunlar Aydında baş verənlərin eynisidir”.

– "Ərtoğrul qazinin türbəsindəyəm. Müsəlmanların ən müqəddəs ziyarət yerlərindən biri… Türbənin qapısı ilə içindəki qranit məzarın qapağı açılıb”.

– "Bilecik Garına gəldim. On səkkiz ay öncə buralardan keçərkən gördüyüm gözəl Bilecik şəhəri indi skeletə dönüb… Fəlakət və acılar diyarı olub. Bayaq söz açdığım cəsəd qoxusu burada da dayanılmayacaq qədər çoxdur. Hələ dumanı çəkilməyən bu daş yığınlarının altında kim bilir nə qədər insan var. Təxribatın büyüklüyü qorxuncdur.”

– "Bilecik və Küplüdə böyük faciələr olub. Buraların əhalisindən sağ qalanlar böyük ruh düşkünlüyü içindədir. Təcavüzə uğramamış gənc qız və ya qadın qalmayıb.Bilecik, Pompey kimi.”

– "Hər yer kül, hiss və qurum içindədir… Torpaq sanki alt-üst olub. Sıx-sıx dinamit təxribatını göstərən daş yığınlarına rast gəlirik. Bəzən də bu daş yığınları arasında iki gözəl qız uşağı ip yumağı bükərkən bizim qrupun keçməyini seyr edirlər. Bir az ötədə, qızını qurtarmaq istəyərkən başına daşla vurularaq öldürülmüş bir qocanın məzarı var”.

– "Saatlarla bu xarabaları gəzdik və anladılanları dinlədik”.

– "Savaş bölgəsinin içindeyik. Keçərkən yol kənarındakı cəsəd yığınlarına bir göz atdım. Heç düşünmədən bir hərəkətlə yaylığımla burun dəliklərimi bağladım, artıq müharibə zonasındakı bəzi görüntülərə başımı çevirmədən baxa bilirəm.”

Tariximizdə bunlar yazılır!

Yunan xalqı sadəcə Boğaziçi Üniversiteti İslam toplumu tərəfindən dəvət edilən yazarlardan ibarət deyil…

Vicdan sahibi, insan övladı yunan yazarlar da var.

Onlardan biri araştırmaçı jurnalist Tasos Kostopulos.

2007-ci ildə "Savaş və Etnik Təmizlik” adıyla, Yunan işğalından bəhs edən sənədli kitab yazdı, işğala qatılan Yunan əskərlərinin diliylə öz millətini üzləşdirdi.

– "Uşak yaxınlarındakı kənddə türk qadınları, uşaqlar və yaşlılar məscidə qapanmışdı. Bizim əsgərlər arasındakı rəzillər ətraftan ot topladılar, sonra da toplanan otları yandırıb məscidin pəncərəsindən içəri atdılar. İnsanlar dumandan çölə qaçdılar. O zaman da bizim rəzillər qadın və uşaqlara təlim taxtası kimi atəş açmağa başladılar.”

– "Evə girdim. Ölü bir türk qocanın cəsədi üzərindən keçdim. İçəridən səslər gəlirdi 10 əsgərimiz bir türk qızının donunu qaldırmışdılar, zorla rəqs etdirirdilər. Məni görən kimi ‘gəl, sən də məzədən dad' dedilər. ‘Ayıbdır' dedim. Türk qızı yanıma qaçdı, ayaqlarıma sarıldı, ‘məni qurtar' dedi. Əsgərlərə yalvardım, qadındır, etməyin dedim. Biri süngüsünü çıxarıp mənə tərəf gəlməyə başladı. Qaçmaq məcburiyyətində idi. Qızın çığırtılarını unuda bilmədim. Səhərə yaxın Köprühisardakı minə qədər ev alovlar içindəydi.”

– "Hər şeyi yandırmaq əmrini Prens Andreas vermişdi.”

– "Ayrıldığımız hər yeri yandırdıq. Dəhşətverici bir mənzərə.”

– "Bəzilərimiz Romanı yandıran imperator Neron kimi xoşbəxt idilər. Verilən əmir açıq idi. Nöəyi daşıya bilmirsinizsə yandırın… Onlarla kənddə yaşlılar, xəstələr, yaralılar, uşaqlar necə oldu, nə etdilər, bilinmir.”

– "Kəndə girdik. Qızlara ailələrinin gözü önündə təcavüz edildi. Əsgərlərimiz o gecə yağmaladıqları ipək yorğanlarda yatdılar.”

– "Türklər qorxudan ailələrini gecələr məzarlıqlarda saxlayırdılar. İki əsgərin təcavüz etməyə çalışdığı qızı xilas etdim. Anası qaçaraq əllərimi öpməyə başladı. Bir az qabaqda digər iki qızı cansız yatırdı”.

– "Birdən özümü yaşlı adamın qarşısında tapdım. Edə biləcəyim bütün yaxşılıq onu tez və qəfil öldürmək idi. Bəziləri çox acı çəkirdi, boğazlanan danalar kimi çapalayırdılar… Kənd atəşə verildi.”

Və…

Bu vəhşi imperialist işğalın yüzüncü ildönümündə, Boğaziçi Universiteti İslam Toplumu tələbələri, "müsəlman yunan yazar” ayaqlarına yatan bu hərifi dəvət edir, Atatürkü təhqir edir, qəh-qəhələrin müşaiyətilə alqışlar.

Əminəm, Boğaziçi Universitetində bu olan-bitəni görüntüylə qeydə alan yunan kəşfiyyatı belə, gördükləri qarşısında diksinmişdir.

Kindar nəsil nankorluğu…

Yəni, bir millətin öz əliylə öz kürəyindən vurulması, işğalçı zərbəsindən betərdir!

Dilimizə çevirən Eminquey




İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-04-05
2020-04-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

-Sonuncu dəfə deyirəm, vətəndaş, damdan düş, gir evə, səninlə burda çənə-boğaz eləməyə vaxtımız yoxdu - polis mayoru həyətdən səs gücləndirici ilə binanın başındakı kişiyə səsləndi - hamımız eyni vəziyyətdəyik, amma dözürük, sən də dözməlisən!

Kişi etiraz etdi:

-Dedim yox! Mən dözmək istəmirəm! Mən bu qədər özümü çeynətməm!
Mayor nişan alıb tapança ilə adamı çiynindən vuraraq dama sərdi...
Kişi gözünü açdı ki, xəstəxanada çarpayıdadı. Mayor da oturub çarpayının yanında.

-Nahaq vurdun məni! - mayora baxıb narazı dilləndi - kişi-kişinin arvad-uşaq yanında sınmasına razı olmasın gərək!

Mayor başını aşağı salıb gileyləndi:

-A kişi bezmişik ey əlinizdən, biriniz dama çıxırsınız, biriniz yuxu dərmanı içirsiniz, hələ o gün biri evində üstünə benzin tökmüşdü ki, "mənə söz deyən olsa, özümü yandıracam". Boğaza yığmısınız ey bizi. Bilmirik asayişi qoruyaq, ya sizinlə uğraşaq. Ə, elə bilirsən bizə asandı? Biz də kişiyik, anlayırıq sizi! Ama day intihara cəhd etmək nədi?! Allah bu koronavirusa lənət eləsin!

Kişi əlini uzadıb mayorun qolundan tutdu - bilirəm qardaş, sizin işiniz lap ağırdı, özü də indiki vəziyyətdə, amma məni də başa düş - kişini qəhər boğdu - əşşi mən arvada dedim köməyə ciddi ehtiyac yaransa, kartof qızardaram, uzağı bozbaş bişirərəm. Day əriştə kəsmək nəymiş! Bu qədər də yox də! Bax, cənab mayişor, mən deyiləm sənsən, arvad desəydi əriştə kəs, kəsərdin? Yox vallah! Dama çıxmaq nədi ey, bəlkə də sən tapança ilə məni vurduğun kimi, arvadı da vurardın!

-A kişi nə kartof qızartması, nə bozbaş, nə əriştə? Orda sənə dedim axı, hamımız eyni vəziyyətdəyik - mayor yerindən qalxdı, gətirdiyi meyvə dolu torbanı çarpayının ayaq tərəfindən götürdü, bayaqdan oturduğu kətilin üstünə qoydu, kövrəlmiş halda sözünə davam etdi - tez sağal, get evinə qardaş, ta bir də dəlilik eləmə! Görünür bu da bir sınaqdı, dözməliyik. Bax, mən dünən gecə, növbədən sonra, evdə yarpaq dolması bişirmişəm, bu günə də düşbərə sifariş ediblər...





digər lətifələr
ARXİV
FACEBOOK