Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "Dolud"a itən, "Komandir"də tapılan papaq - Ceyhun Musaoğlu yazır Adalet.az | "Dolud"a itən, "Komandir"də tapılan papaq - Ceyhun Musaoğlu yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Dolud"a itən, "Komandir"də tapılan papaq - Ceyhun Musaoğlu yazır

28778    |   2019-04-27 16:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Dolu", "Rey adı kod", "Əsir düşəgəsi","Qalibiyyət - şahidlər və şəhidlər","Qanlı Kaha", "Komandir". Aqil Abbas - Rey Kərimoğlu - Vüsalə Məmmədova - Aidə Eyvazlı - Elxan Salahov - Şərif Ağayar. Belə düşünürüəm: bu beş kitab birləşsə onları oxuyanları Qarabağı işqağldan azad edənə qədər arxasınca apara bilər. Əlbəttə, bütün problemləri siyasət həll edir. Ədəbiyyatsa o problemləri təqdim edən nəhəng varlqıdır.

"Dolu" nu ilk oxuyanlardan olmuşam. ""Azərbaycan" jurnalında çıxıb" - müəllif belə deyib, əsəri gecə ilə oxutdurdu və səhəri gün Aqil Abbasdan roman barədə müsahibə aldım. Müsahibədə bir məqam var: Rəşid Behbudov Qarabağa konsert verməyə gedir və onun papağı ilə təsbehini oğurlayırlar. Təsbehi bağışladığını bəyan edir, papağı isə geri istəyir.Papaq qayıdır, sonra məlum olur ki, dahi sənətkara hadisəni əsərin gələcək qəhrəmanı yaşadıb və bu mərdliyinə görə, Rəşid kişi papağı "Pələng" ləqəbi qazanacaq igidə bağışlayır. Sonralar o papaq üçün çox elçilər düşür, ancaq ana şəhid oğlundan qalan yadigarı kimsəyə vermir və əsərin ortasında, elə əlindəcə papaq dünyasını dəyişir. . Papağın sonrakı taleyinə aydınlıq gəlmir.Çexovun fikrini xatırladıram Aqil müəllimə: "Əgər səhnədə silah asılıbsa, o mütləq atmalıdır". Papaqsa səs çıxarmadan ortadan qeyb olur, nəsə süjet yanlışlığı olmasın... Yox deyir, Qarabağın işğalından sonra papaq elə qəfil itməliydi. Simvolika. Papaq bizdə kişi xarakterinin dəyər göstəricisidir.

Həmin papağı "Rey adı Kod" kitabında, başımı dizlərinə qoyub rahat ölənə qədər özümə doğma bildiyim Reyin başında görürəm. Bu əsəri bağıra-bağıra oxumuşdum. Reyin inbox-na yazanda da qışqırırdım. Ola bilməz, Mel Gibsonu belə, rejissor kimi təəccübləndirə və heyrətləndirə biləcək SƏSUR ÜRƏKLİ Reylərin vuruşduğu müharibədə uduza bilməzdik. Məni bu həqiqət bağırdırdı.

Elə "Əsir düşərgəsini" də oxuyanda nəinki Aqil Abbasın öz əsərində itirdiyi papaq, heç mənim öz başımda papaq yox idi. "Rey adlı Kod" kitabında yenidən peyda olan "Azərbaycan"la dünyanı fəth edən kişinin - Rəşidin papağı Vüsalə Məmmədovanın əsərində yenidən itdi.Bəlkə də on dəfə kitabı qatlayıb, hıçqırtıyla: "mən səni oxumayacam" - deyərək, üzünə də baxmadığım günlər oldu. Sonra yenə oxudum, elə bldim əsəri yarımçıq saxlamaqla əsirlərimizn girovluqda qalmasına rəvac verirəm, elə bildim oxusam, bir neçəsini işgəncədən xilas edə biləcəm. Eh, "yaxşı qız" - deyə, hər yerdə yerlim olmağınla öyündüyüm Vüsalə xanım, sənin sətirlərin acizliyin damğasını ürəyimə basdı.İkinci cildi oxumadım. Necə ki, heç vaxt "Fəryad" filminə baxmamışam. Rejissoru və aktyoru Ceyhun Mirzəyevi öldürən "Fəryad" filminin internetdə kadrlardan çəkilən şəkillərdə papaqlı kişilər çox idi. Əvvəl allanıb, "tapdım" - deyə qışqırıb, filmə tamaşa edəcəkdim. Sonra anladım ki, bu Aqil Abbasın "Dolu"da itirdiyi papaq deyil.

"Qanlı Kaha" da uddu məni. Elxan Salahov daha bir zərbə vurdu. Əlacsız əhali fransızların qətliamına məruz qalan əlcəzairlilərdən, vəhşi erməninin diri-diri yandırdıqları xocalılar qədəq ağır duruma düşmüşdülər Kəlbəcər dağlarında.

Aida Eyvazlının ilk addımı tarix yazdı. Aprel zəfərinin isti tarixini. Hələ də şəhid valideynlərini isndirir. Papaqlar boy-boydu. Elə kitabların hər iki cildindəki süjet də ağılarla, bayatılarla boy verir. Əsər boyu qalibləri öyə-öyə ağlayırıq.

"Pələng" də ölmüşdü, düzdür hərdən teleseriallarda dirilirdi, ancaq ruh kimi gəzirdi. Dağda-dərədə gəzən insanlar asfalt yollarda tez-tez büdrəyirlər. "Drakon"un da əlindən silahını alıb, özünu arxa cəbhəyə atəşkəs adlı çətirin altına göndərmişdilər, demişdilər get "Geyilməmiş ayaqqabılar"ını çək. Əsirlər hələ də inildəyirdi, Vüsalə xanımın yazdığı ikinci kitabda da həmin iniltilər oxucunu vahiməyə salırdı. Rey bu iniltini eşidib, ürəyini qoparıb Qarabağın yolunda məşələ çevirmək istəsə də, baxırdı ki, "Facebook" səhifəsində yazdığı status söndürüb o ürəyi.

Belə bir mənzərənin ortasında göydən yerə "Komandir" adlı kitab endi. Dini sevənlərdən üzr istəyirəm. İşğala məruz qalan xalqın müharibəsinə həsr olunan yazılar, daha uca mərtəbədən enirlər, yazarın içi göydən yerə uzanan məsafədən daha dərindir. Komandir elə doğuluşdan o dərinlikdən çıxmışdı. Əfsanəvi qəhrəman Raquf Orucov əvvəl göydən insanların içinin ən dərin qatına düşüb, oradan hamının sevgisini qazana-qazana çıxdığı kimi.

Şərif Ağayarın qələmindən çıxan romanı iki gecəyə bitirdim. "Dolu"dan üzü bəri axtardığım o bir papaq min papağa çevrilib əsgərlərin başında dik dayanmışdı, onları əzəmətli göstərirdi. Xatirələr əsasında yazılan kitabda Raquf Orucov "Pələng"in qanını alır, Reyin yaralarını sarıyır, Vüsalənin təsvir etdiyi əsir düşərgələrini dağıtmağı bacarır, Elxan Salahovun "Qanlı kahası"na gedən yolları bağlayır - bir qəhrəmanlıq özündə nələri etiva edirsə, Raquf bunların hamısını həyata keçirir.

Bəs niyə? Ona qarşı o dövrün hərbi haqsızlığının səbəbi nə idi? Yoxsa papaqsız adamların papaqlı adamları görəndə bir hürkməkləri olur? Yoxsa bizim papaqsız qalmağımızı istəyən dolu-dolu adamlar var. Birdən göydən yenə dolu yağdı. Artıq bir neçə dəfə yağıb da, sonuncusu apreldə oldu. Bəs o papaqsızlar anlamırlarmı, məhz papaqlılar önların başına dolu yağmasın deyə, özlərini sipər edəcəklər. Etmədilərmi?

Atəşkəsin müharibəsi, müharibənin atəşkəsindən daha ağır olur. Qazaxın Bala Cəfərli kəndində iki il bu dəhşəti yaşayan adam kimi deyirəm, papaqlıları sevin. Şərif romanında Raqufu bizi qoruyan mələk kimi təsvir edib. Bir sözündə belə, bu ifadəni işlətməyib. Ancaq Raqufun elədikləri mələk işidir.

Romanın üslubu barədə yazmaq istəməzdim. Əsas odur nəhayət əsərlərimizə Qarabağ qəhrəmanları ayaq açır. Süjet qəhrəmanın casərəti üzərində qurulub. Gəncliyindən əbədiliyinə qədər Raquf Orucovun hər addımında şücaət var.

Tanıyanlar bilir: özümə verdiyim "içərisinə daxil olummu" sualına kitabların birinci cümləsindən cavab tapıram. Şərifin "Komandir" romanının birinci cümləsidir: " Anamın itkin düşdüyünü eşidəndə səngərin yüz addımlığında uçurumun kənarından başımı çıxarıb bizi dayanmadan atəşə tutan düşmənin hərəkət istiqamətini izləyirdim". Komandir belə olur, kəndində doğmalarının yanında olamlıydı, qarşıda - ön cəbhədə düşmənlə üz-üzədir. Bəlkə də kənddə olsaydı, anasını xilas edərdi. Komnadirlərin kəndi Azərbaycan, anaları vətənin bütün mərd xanımlarıdır. Belə cümlə ilə başlayan əsəri necə oxumaya bilərsən?!

"Bütövləşə bilməyən MƏN" adlı hekayəm var. İştirakçısı olduğum atəşkəs müharibəsinə həsr olunub. Birinci cümləsi belədir: "O, piyada əleyhinə minaya düşən "Pele"nin topuq sümüyünün "Comərd"in sağ gözünü kor elədiyi gün, Bakıdakı hərbi hissələrin birindən hadisə baş verən batalyona köçürülmüşdü.

Sağ olan azərbaycanlıların gözlərinə şəhid olan əsgərlərimizə atılan güllələrin qəlpələri girib. Nə qədər kor olmamışıq, komandirlərin açıdığı cığrla gedək. Sonra gecikəcəyik.Düşmən artıq siyasət səhnəsini belə, minalamağa başlayıb. Görməyən adamın minaya düşməsi çox asandır. Qarabağ kimi müqqəddəs diyarı işağlda olan adamın sülh şəraitində ölməyə haqqı çatmır. Raquf da sülh içində yaşamaq istəmədi, Rey də yaşaya bilmir, Şərif "yazanda ağlayırdım" deyir, Vüsalə xanımın ruhuna "Əsir düşərgəs"inə görə elə zərbələr dəyib ki, ağırısını özündən başqa kimsə yaşa bilməz. Elxan Salahovu əvvəllər danışan görürdüm. "Qanlı kaha"dan sonra səsi elə bil kahada batıb.Yazdıqları susdurub onu. Aqil Abbas isə gözlərimizin qarşısında hər gün daha çox Qarabağa oxşayır, hər gün işğalı vücudunda, qəlbində daşıyıb səhərə sağ çıxır, salamat olduğunasa şübhəm var.

Zülmlə də olsa, yaşamaq lazımdır. Raquf 17 ildən sonra haqsızlıqla qarşılaşdı deyə, "ərizəni yaz, hərbidən uzaqlaş deyən, qəhrəman xanımına "bəs anam" deyə suallı cavab verdi. Raqufun anası şəhid olub, meyitini düşmən ərazisindən çıxararaq, qonşu kənddə dəfn edib və ardından həmin ərazilər işğal olunub. Raquf anasını xilas etmək üçün əsgər çəkmələrini ayaqlarından çıxarmadı. Hə, Rza, o çəkmələr idi - sən çəkib bizə göstərdiyin.

Çəkələkləri çıxarıb çəkmələri geyinməsək, elə ayaqlarımızı arxamızca süryüə-süryüə yollardaca öləcəyik. Dağlarda ölmək daha şərəfli deyilimi, Komandir? Cavabını apreldə öz canını Vətənə qurban etməklə verdin. "Komandir" romanı oxucuda niyə sualı yaratmadığına görə, Raqufun ruhunu bizim üçün işıqlandırdığına görə alqışa layiqdir.

... Alqış sözündən diskindim. Dəyişrəm, "Komandir" romanı oxucuda niyə sualı yaratmadığına, Raqufun ruhunu bizim üçün işıqlandırdığına görə minnətdarlığa layiqdir. Alqış "başdan papaq alıb qaçan dünyanın" heç yerinə yaraşmır...




İmza:

YAZARIN ARXİVİ

2017-03-17 : Cəhənnəmə ki!
2012-08-14 : QIZIL HƏFTƏ
2010-05-15 : Biz dəliyik
2010-01-16 : Vağzal adamları
2009-12-31 : Mənim ilim
2009-04-18 : UZUN GECƏ...
2009-01-31 : Robot əxlaqı
2008-05-24 : Bomba klip
2008-02-16 : Murdar qocalar
2007-12-19 : HƏMİN HAVADI
2007-11-21 : Uç badam bir qoz
SON XƏBƏRLƏR
2019-09-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK