deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Faiq QİSMƏTOĞLU: QARA TORPAQ, MUĞAYAT OL ANAMDAN... Adalet.az | Faiq QİSMƏTOĞLU: QARA TORPAQ, MUĞAYAT OL ANAMDAN... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: QARA TORPAQ, MUĞAYAT OL ANAMDAN...

3344    |   2019-04-26 15:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dostum, tibb elmləri namizədi, kardioloq Rafiq Yusiflinin anası Zinyət xanımın xatirəsinə

... Analar bizə layla çalıblar, bayatılar deyiblər və gecələr yuxusuz qalıb bələyimizi tez-tez dəyişiblər! Nə var, nə var, balaları əziyyət çəkmədən, sıxıntı yaşamadan, iztirablar içində olmadan böyüsünlər. Və analar heç kimin çəkmədiyi, heç kimin yaşamadığı, heç kimin üzləşmədiyi çətinlikləri, sıxıntıları və əzabları yaşayıblar...

Vaqif Bəhmənlinin gözəl bir şeiri var: "Anam yuxuma girmir”. Şeirin məzmunu belədir ki, hamı yuxusuna girir, hər şeyi yuxusunda görür, ancaq anasını yuxusunda görə bilmir. Və şeirin axırı da belə bir sonluqla bitir: anam ona görə yuxuma girmir ki, mən ölüdən qorxuram! Hətta böyük Vaqif Bəhmənlinin təsvir etdiyi ana yuxuya girməməklə balasının ürəyinə xal salmaq istəmir.

... Və yadıma yenə böyük yazıçı Ənvər Məmmədxanlının "Buz heykəl” düşür. Ana uşağını qorumaq və şaxtadan, qardan xilas eləmək üçün paltarını soyunub onun əyninə geyindirir. Uşağı xilas edir, özü isə buz heykələ dönür. Eşq olsun belə analara!

Məhəmməd Peyğəmbər deyib: "Cənnət anaların ayaqları altındadır!” Bu sözün böyüklüyünə heç kim şəkk-şübhə eləyə bilməz. Çünki analar doğurdan da cənnətin qapısından içəri girə bilirlər. Ən azından ona görə ki, onlar anadırlar! Böyük qardaşım rəhmətə gedəndə anamla atamın yanında çox balaca bir yer vardı. Qohum-əqraba dedi ki, aşağıda da boş yer var, ora lap rahat olar. Ancaq mən dincəlmədim, "yox” dedim. Axı, anamın qəbrinin yanında bir az da olsa, boş yer vardı. Hətta ağsaqqal əmimin sözünü də yerə saldım. Qəbir qazanları ora apardım, dedilər ki, burda yer var və qardaşımı onun ayaqları altında dəfn elədik. Bundan sonra ürəyim bir az toxdadı...

Yaxın dostum və gözəl insan Rafiq Yusifliyə bir həftənin içində iki ağır itki üz verib. Anası Zinyət xanım və bacısı Mayangül xanım dünyasını dəyişib. Allah hər iki gözəl insana rəhmət eləsin!

Rafiq Yusifli yaxın qohumumdur. Yaxın qohumum olmaqla yanaşı, biz onunla uzun illərdir dostluq eləyirik. Çünki o, həkim olmaqla yanaşı, gözəl şairdir, böyük qəlbi var və həm də hər adamı anlayan insandı. Başqa sözlə demiş olsaq, o, böyük ziyalı və böyük də insandı. Bizim dostluğumuz qohumluğu üstələyib. Ən azından ayda üç-dörd dəfə bir-birimizlə telefonla danışırıq. Vaxt olanda görüşüb dərdimizi də bölüşürük, bir stəkan çay içirik.

... Necə oldusa, son 15 gündə onunla əlaqə yarada bilmədim. Bu da səhhətimdə yaranmış müəyyən ağrı-acıyla bağlı idi. Və bir də eşitdim ki, mənim yaxın dostum qısa zamanda həm anasını itirib, həm də bacısını. Bunu da mənə qələm dostum, istedadlı şair-publisist Əbülfət Mədətoğlu dedi. Mən də həmin an ona telefon açdım. Dərdini, kədərini bildirmək istəmirdi. Özüm dedim ki, bəs belə bir hadisə olub, mənə niyə deməmisən? O da bildirdi ki, istəmədim sizə əziyyət verim. İnsanın böyüklüyünə bax ey, bu boyda da ürək olarmı? Olar! Bu ürəyin sahibi Rafiq Yusiflidir!

Rafiq həkim mənim özümün, qardaşımın, bacımın, qohum-əqrabamın və çoxlu sayda dost-tanışımın o qədər əziyyətini çəkib. Harda imkansız, kimsəsiz adam varsa, Rafiq həkimin üstünə göndərmişəm. O da təmənnasız olaraq onları müayinə edib, müalicə yazıb. Hamısı da şəfa tapıb! Bir dəfə xahiş eləyəndə görmədim ki, dilini sürüsün, qaşı düyünlənsin! Həmişə hər zəngimi, hər xahişimi qardaşım qədər səmimiyyətlə qəbul edib.

Və bir dəfə də olsun bayaq dediyim kimi, sifətini turşutmayıb. Rafiq Yusifli çox dərdli adamdır. Vətənini itirib, torpağını itirib, evini-eşiyini itirib. Və ən nəhayət, buz baltası kimi iki qeyrətli qardaşını itirib. Və o qardaşları Füzulidə hamı mərd oğlan kimi tanıyır.

Onlardan biri rəhmətlik Mobil Yusifov Füzulidə yaradılmış ilk könüllülər batalyonunun komandiri olub. Bədənində, canında mərmilər daşıyırdı. Amma bir dəfə də demədi ki, mən niyə bu günə düşdüm.

Dünya boyda dərdi olan Rafiq Yusifli heç vaxt dərdini kiməsə danışmayıb. O heç vaxt ağrısını-acısını başqaları kimi digərlərinə ötürməyib. Və o heç vaxt qəm dəryasına dostları yanında qərq olmyıb, əksinə, çalışıb ki, sənə müsbət enerji ötürsün...

... Cəmi onu bir dəfə kövrələn gördüm, onda da günahkar mən idim. Mobilin qırxı çıxmamışdı, ondan söhbət saldım. Gördüm qəhər onu boğdu, gözləri doldu. Səhvimi anladım, o dəqiqə araya başqa bir söhbət qatdım. Dedim ki, Köndələn çayının üstündəki "Çənlibel”in yerini heç bir restoran verə bilməz. Orda yediyin kabab, içdiyin çay, su başqa cür idi. Və o yüksəklikdən durub Köndələnə baxanda özünü cənnətdə hiss eləyirdin. Mən danışanda o "hə” dedi. Sevindim ki, dostumu qəm dəryasından ayıra bildim və günahım yüngülləşdi. Sonra fikrini davam etdirib dedi ki, o yerlərə qayıda bilsəydik, ölsək də dərdimiz olmayacaq. Sözünə söykək olaraq "İnşallah qayıdarıq” – dedim.

Rafiq həkim anasını göz bəbəyi kimi qoruyurdu. Anası uzun illər xəstə olsa da onun nazı ilə oynayırdı. Və həmişə də çalışırdı ki, dərdini, kədərini anasından gizlətsin. Rafiq həkimin anası mənim qohumumdur – Zinyət xalanı deyirəm. Allah rəhmət eləsin! Rəhmətlik anam Mirvari arvad o qədər Zinyət xala haqqında danışıb ki, o söhbətlər bu gün də yadımdan çıxmır. Deyirdi ki, müharibə vaxtı biz uşaq olanda zinyət xala çörəyin yarısını mənə, Mənsum həkimə, Hidayət həkimə verərdi. Və biz də sevinə-sevinə evimizə qayıdardıq. Anam deyərdi ki, ay köpək qızı, bəlkə çörəyi hardansa oğurlamısınız? Ana yox ey, Zinyət xalam verib.

Rafiq Yusiflinin uşaqlığı Bəhmənlidə keçib. O qədər palıdlı bağda, selbasanda, su dəyirmanının yanında o yan-bu yana qaçıb ki. Bu gün də o xatirələri danışanda mənim dostumun gözləri dolur. Deyir ki, o dəyirmanda üyüdülən taxılın ununu anam xəmir qatıb təndirdə bişirəndə ətrindən doymaq olmurdu. O çörəyin ətri hələ də burnumdan getmir...

Mənim qohumum və dostum Rafiq həkim böyük ziyalı, böyük insan, böyük həkim olmaqla yanaşı, həm də son dərəcə böyük səbr yiyəsidir. Bəlkə də onun səbri dünya boydadır və Allah çox sevdiyi adamlara dərd verəndə o dərdlə yanaşı, bir səbr də verir. Mən ən ağır günlərdə Rafiq həkimdə olan bu səbri görmüşəm və həmişə də ona oxşamaq istəmişəm...

Bəxtiyar Vahabzadə anasını itirəndə "Ana” şeiri yazıb. Şeirin məzmunu belədir ki, ananın yaşı olmur - istər 50 yaşı olsun, istər 90 yaşı, istərsə də 100 yaşı! Dünyasını dəyişən anadır və ana yaşında ana itirilir. Və bu elə bir kədərdi ki, onu heç nə ilə əvəz etmək olmaz.

Böyük Zakir Fəxrinin ana haqqında unikal bir şeiri var: "Qara torpaq, muğayat ol anamdan”. Və düşünürəm ki, biz analarımızı dəfn edəndə tay bundan başqa çıxış yolu yoxdur; onu torpağa tapşırırıq! Və mən də anamı dəfn edəndə elə ürəyimdən bu misra keçib: "Qara torpaq, muğayat ol anamdan”. Və sonda bütün anasını itirənlərə və Rafiq həkimə təsəlli olmaq üçün həmin şeirin son iki bəndini yada salırıq:

... Ölüm bəlli, olum yox

Yeri soyuq düşməsin

Bürünməyə şalım yox

İsti közümü yetir

Külümdən duyuq düşməsin

Qara torpaq, muğayat ol anamdan.

Qəbirinə gedən izlər

Barı itməsin

İllərin altında qalıb

Qoy məzarı itməsin

Qara torpaq, muğayat ol anamdan.




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK