bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri bahis siteleri canlı bahis kacak bahis https://www.warezm.com kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri Adalet.az | Müharibə veteranlarına birdəfəlik maddi yardımın verilməsi mayın 5-ə qədər yekunlaşacaq Adalet.az | Müharibə veteranlarına birdəfəlik maddi yardımın verilməsi mayın 5-ə qədər yekunlaşacaq Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Müharibə veteranlarına birdəfəlik maddi yardımın verilməsi mayın 5-ə qədər yekunlaşacaq

3126    |   2019-04-25 10:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Prezidenti İlham Əliyevin "1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncamının icrası istiqamətində işlərə başlanılıb.

Bunu Trend-ə özəl olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov deyib.

Onun sözlərinə görə, proses mayın 5-nə qədər yekunlaşacaq:

"Sərəncam 9300 nəfərə şamil edilib. Onlardan 400-ü 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərdir. Onların hər birinə sərəncama əsasən 1000 manat məbləğində birdəfəlik maddi yardım veriləcək. Digərləri isə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmçinin öz şücaəti ilə, fədakar əməyi ilə orden və medallarla təltif edilmiş şəxslərdir. Hansı ki, hər birinə 500 manat məbləğində birdəfəlik maddi yardım verilməsi nəzərdə tutulur. Yaxın günlərdə bu vəsaitlər həmin kateqoriyadan olan insanların bank hesablarına köçürüləcək”.

F.Talıbovun sözlərinə görə, sərəncamda birdəfəlik yardımın İkinci Dünya müharibəsində iştirak etmiş, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin övladlarına verilməsi nəzərdə tutulmur.

Xatırladaq ki, Prezident İlham Əliyev 23 apreldə "1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncam 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxsləri, müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarını, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxsləri, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərini, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxsləri, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarını əhatə edir.




İmza:

Azay Quliyev QHT layihələrinin maliyyələşdirlməmə səbəblərini elan etdi

Səfər Mehdiyev Gəncə şəhərində, Göygöl, Daşkəsən rayonlarında vətəndaşları qəbul edib

"İrəli" gəncləri Azərbaycan mədəniyyətini beynəlxalq layihədə təmsil edib

Kosmik hava durumu açıqlandı

Diaqnostik qiymətləndirmədən keçməyən müəllimlərin də maaşı artacaq - RƏSMİ

Bu gün 40 dərəcə isti gözlənilir

Biləsuvarda sahibkarlarla görüş keçirilib

Vilayət Eyvazov Daxili İşlər naziri kimi vətəndaşları qəbul edib

Dövlət Komitəsinin sədri Kürdəxanıda məcburi köçkünlərlə görüşüb

Ceyhun Rzayev: Mən yaxşı adam olsaydım, sən bu vəziyyətdə olmazdın

Bazar günü hava 39 dərəcə isti olacaq

Komitə sədri: Səhiyyə işçilərinin də əməkhaqqı artırılacaq

SON XƏBƏRLƏR
2019-06-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK