ANA SƏHİFƏ / GÜNDƏM

Çindən Azərbaycana 20 min qutu hibrid ipəkqurdu sənaye toxumları gətirilib

3759    |   2019-04-24 15:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2019-cu ildə ölkədə yaş barama istehsalının 800 tona çatdırılması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından 20 min qutu hibrid ipəkqurdu sənaye toxumları (qrena) gətirilib.

Nazirlikdən verilən məlumata görə, ölkəyə gətiriləcək hibrid tut ipəkqurdu sənaye toxumlarının keyfiyyətinə nəzarətin gücləndirilməsi, cinslər üzrə toxum materialının seçiminin düzgün aparılması, yarana biləcək çətinliklərin yerində həll edilməsi məqsədi ilə Nazirliyin Təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov, Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev, Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Pərvin Mahmudova və "Azəripək” MMC-nin direktoru Nizami Qəribov 16-23 aprel tarixlərində Çin Xalq Respublikasına ezam olunublar.

Səfər çərçivəsində nümayəndə heyəti Şandon əyalətində fəaliyyət göstərən super elit, elit, hibrit ipəkqurdu toxumu istehsalı müəssisələrinin fəaliyyəti, maddi texniki bazası ilə yaxından tanış olub və yeni intensiv üsulla salınmış tut plantasiyalarına baxış keçirilib.

Qeyd edək ki, bu şirkətlərin istehsal etdiyi ipək qurdu toxumlarının bir hissəsi yerli tələbat üçün istifadə edilir, qalan hissəsi isə Özbəkistan, Tacikistan və Azərbaycana ixrac edilir.

Plana uyğun olaraq Çin Xalq Respublikasından 20 min qutu yüksək keyfiyyətli, məhsuldar hibrid ipəkqurdu sənaye toxumları nümayəndələr tərəfindən yerində seçilib, onların iştirakı ilə qablaşdırılıb və hava nəqliyyatı vasitəsi ilə aprelin 23-də ölkəmizə gətirilib.

Ölkəyə gətirilən toxumların 16 875 qutusu Qax Damazlıq İpəkçilik Stansiyasında, 3125 qutu isə Zaqatala, Balakən və Ucar rayonlarında fəaliyyət göstərən kümçülər tərəfindən inkubasiyaya qoyulub.

İnkubasiyadan əldə olunmuş ipək qurdlarının may ayının birinci on günlüyünə qədər müvafiq rayonların kümçülərinə bölgü əsasında paylanılması nəzərdə tutulub.




İmza:

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimlərinin növbəti mərhələsi icra olunub - VİDEO

BU İLQAR RƏSUL NƏ ƏRİNCƏK ADAMIYMIŞ

Azərbaycanla Türkiyə arasında qarşılıqlı vizadan azad etmə haqqında saziş avqustun 13-dən qüvvəyə minir

İlham Əliyev və Mehriban Əliyeva meşə tipli yeni parkda görüləcək işlərlə tanış olublar - YENİLƏNİB

Fəttah Səməd oğlu Heydərov

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlərin müxtəlif elementlərini icra ediblər - VİDEO

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - VİDEO

İlham Əliyev: Bizim üçün birinci məsələ insanların həyatı, onların sağlamlığıdır

Baş nazir: Operativ Qərargah yaxın zamanlarda bir sıra yumşalma proseslərinə də hazırlıq işləri görür

Müdafiə Nazirliyindən Polad Həşimovun səngərdən uzaqda şəhid olması iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA

Müdafiə Sənayesi Nazirliyinin kollegiya üzvlərinin sayı müəyyənləşdirilib

Baş nazir magistratura və rezidentura ilə bağlı qərar imzalayıb

Otellərdə Operativ Nəzarət Qrupu yaradılacaq

Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimilə əlaqədar Respublika videomüşavirəsi keçirilib

Sumqayıtda çimərliklərdə karantin qaydalarını pozan şəxslərə qarşı reydlər keçirilir

Naxçıvan Qarnizonu Qoşunlarında hərbi andiçmə mərasimləri keçirilib

VAY DƏDƏM VAY, REY KƏRİMOĞLUNUN NƏLƏRİ VARMIŞ!

Şahbaz Muradov fəxri diplomla təltif edilib - SƏRƏNCAM

Məscidlərin açılmasına hələ gedə bilmərik - Şahmar Mövsümov

İstintaqsız güllələnən general - Vilayət Quliyev yazır

Heç bir ölkə ilə sərhədlərimizi açmamışıq - PA rəsmisi

Təhsil naziri: Rəqabətqabiliyyətli kadrların hazırlığına xüsusi diqqət artırılmalıdır

SON XƏBƏRLƏR
2020-08-09
2020-08-08


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.8%)
Pullsuz (12.2%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK