nulled forum hacklink satın al hacklink al Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Zelenski necə məşhurlaşdı? – Həyatı Adalet.az | Zelenski necə məşhurlaşdı? – Həyatı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / DÜNYA

Zelenski necə məşhurlaşdı? – Həyatı

18500    |   2019-04-23 11:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ötən gün Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunda gözlənildiyi kimi keçmiş KVN-çi, şoumen və aktyor Vladimir Zelenski qələbə qazanıb. O, böyük səs çoxluğu ilə Ukrayanın yeni prezidenti seçilib.

Bəs Poroşenkonu geridə qoymağı bacarıb ölkə prezidentliyini qazanan Zelenski kimdir, ölkəsində necə tanınırdı?

Yumor ustası, aparıcı, bal rəqslərini öyrənən hüquqşünas və…

Ölkəsində yumor ustası, aktyor və prodüser kimi məşhurlaşan Vladimir Zelenski 25 yanvar 1978-ci ildə Krivoy Roq şəhərində yəhudi ailəsində anadan olub. Atası proqramçı, texniki elmlər doktoru, professor, anası Rimma Zelenskaya isə mühəndisdir. Ötən il 40 yaşını qeyd edən, 170 sm boyu olan aktyor atletik bədən quruluşuna malikdir, 63 kq da çəkisi var.

1995-ci ildə ingilisdili şəhər məktəbini bitirən Zelenski uşaqlıq illərində yunan-roma güləş növü, ağır atletika, voleybol və basketbolla məşğul olub, fortepiano və bal rəqsləri kurslarına gedib.

Hüquqşünaslıq ixtisası üzrə ali təhsil alsa da, Zelinski heç vaxt öz ixtisası üzrə işləməyib. 2003-cü ildə onunla paralel sinifdə oxumuş Yelena Kiyaşko ilə ailə həyatı qurub. Cütlüyün bu nikahdan Aleksandra (2004) adlı qızı və Kiril (2013) adlı oğlu var.

"Xalqın xidmətçisi” serialındakı prezindent

Zelenski 1997-ci ildə ŞHC komandasının bir neçə üzvü ilə birlikdə özünün "Kvartal 95” adlı komandasını yaradır. O, nəinki komandanın kapitanı rolunda çıxış edir, həm də əksər səhnəciklərin ssenarisini yazırdı. 2 il sonra yüksək ŞHC liqası istedadlı komandanı öz sıralarına dəvət edir. Komandanın hər çıxışı münsiflər tərəfindən yüksək qiymətləndirilir, gənclər məşhur oyunun pərəstişkarları arasında böyük nüfuz qazanır və bütün MDB ərazisində konsert dəvətləri alırlar.

"Kvartal 95”-in ŞHC-də iştirakı 2003-cü ilə qədər davam edir. AMiK şirkəti ilə münaqişədən sonra Zelenski və kollektivi layihədə iştirakını dayandırır. Bundan sonra "Kvartal 95”-lə Ukrayna telekanalları maraqlanmağa başlayır. "1+1” telekanalı istedadlı gənclərlə əlaqə yaradaraq onlara kanalda ən yaxşı nömrələrinin yer aldığı ayrıca verilişlə çıxış etməyi təklif edir.

Beləliklə, Zelenskinin rəhbəri və sahibi olduğu "Kvartal-95 Studiyası” yaranır.

"Ukrayna, ayağa qalx!”

Həm də yaxşı teleaparıcı və aktyor olan Zelenskinin çoxsaylı tammetrajlı filmləri və müziklləri də var. 2005-ci ildə "Veçerniy Kvartal” verilişi meydana çıxır. Veriliş öncə "1+1” telekanalında yayımlansa da, daha sonra yayım hüququnu "İnter” telekanalı əldə edir. Zelenski burada teleaparıcı, ideoloq və müəllif kimi çıxış edir. Proqram tezliklə ən reytinqli verilişlərdən birinə çevrilir, Vladimirin studiyası isə məşhurluqlarını sönməyə qoymayaraq yeni-yeni layihələr hazırlayır. Bu proqramların içərisində "Döyüş klubu”, "Kiyev axşamı”, "Ukrayna, ayağa qalx!” verilişləri var.

2015-ci ildə "Kvartal-95 Studiyası” ukraynalı tamaşaçılar üçün siyasi komediya janrında yeni bir film təqdim edir. Burada Ukraynanın siyasi elitasının bir çox nüfuzlu simaları kəskin satira atəşinə tutulurdu. Siyasətlə bağlı seriala "Xalqın xidmətçisi" adı verilir, Vladimir isə burada Ukraynanın prezidenti obrazını yaradır. Film tamaşaçılar tərəfindən o qədər böyük rəğbət qazanır ki, 2016-cı ildə artıq onun davamı izləyicilərin ixtiyarına verilir.

Kiyevin kənarında ev, torpaq, Krımda üç mənzil, üç parkinq

Zelenski prezidentliyə qədər məşhurluqla yanaşı, həm də kifayət qədər imkanlı şəxs idi. Vergilər xidmətinə təqdim etdiyi bəyannaməyə görə, 2017-ci ildə Zelenskinin gəlirləri 4,8 milyon qrivna (təxminən 160 min avro) olub. Bu məbləğin böyük hissəsi şoumenin sahib olduğu təsərrüfat obyektlərinin payına düşür. Həyat yoldaşı isə həmin maliyyə ili ərzində 805 min qrivna (təxminən 27 min avro) gəlir götürüb.

Cütlüyün birgə mülkiyyətində Kiyevin kənarında yerləşən ev və torpaq sahəsi, Kiyevdə və Krımda üç mənzil və üç parkinq yeri var.

Şoumen 2016-cı ildə istehsal olunmuş "Land Rover” sürür, həyat yoldaşının isə 2014-cü ildə buraxılmış "Mersedes Benz” markalı avtomobili var.

2019-cu ilin yanvar ayında jurnalistlər kinofilm və televiziya proqramlarının istehsalı ilə məşğul olan üç Rusiya prodakşn şirkəti aşkarlayıb: "Vaysberq Piçers”, "Platinufilm” və "Qrin Films”. Hər üç şirkətin təsisçisi "Green Family Ltd” adlı Kipr şirkətidir. İddiaya görə, bu şirkət həm də "95-ci məhəllə” MMC-nin həmtəsisçisidir, onun benefesiarları isə məhz Zelenski və onun biznes ortaqları Andrey Yakovlev, Boris və Serqey Şefir, İqor Kolomoyskinin yaxın silahdaşı Timur Mindiçdir. Sonradan Zelenski "Green Family” LTD-nin səhmdarları sırasını tərk etdiyini bəyan etdi.

Zelenskinin Azərbaycan səfəri

Zelenski Azərbaycana iki dəfə gəlib. Onlardan biri 2017-ci ildə tanışlıq xarakterli, ikincisi isə qastrol məqsədilə olub. Qəbələdə keçirilən 12-ci Beynəlxalq "Veselo” Yumor və Musiqi Festivalının qonaqlarından olan Zelenski öz komandası ilə tamaşaçıların qarşısına çıxıb.

Festival çərçivəsində təəssüratlarını bölüşən şoumen Qəbələnin gözəl təbiəti olduğunu və oranı çox sevdiyini bildirib. Səfər zamanı Zelenski Azərbaycan yeməklərinin dadına baxıb, Heydər Əliyev Mərkəzi, Qobustan kimi bir çox yerlərə baş çəkib.
Axar.az



İmza:

İranın cənubunda zəlzələ oldu

Türkiyə parlamenti Xocalı faciəsinə zəruri qiymət verməyə çağırıb

İranda yeni koronavirusdan ölənlərin sayı 16-ya çatıb

İranda məktəb və universitetlər bağlanır - Komitə qərar verdi

Lavrov bəyan etdi: Türkiyə ilə yeni danışıqlar başlayır

Rusiyada 12 min adam nəzarət altındadır - Koronavirus

Almaniyada tibbi maska çatışmazlığı yaranıb

Türkmənistandan İrana xəbərdarlıq: “Sərhədi keçən iranlılar silahla vurulacaq”

Çin koronavirus səbəbi ilə həlak olanların yeni sayını açıqladı

Ermənistan koronavirusa görə İranla sərhədini bağlayıb

Koronavirusla əlaqədar İranla nəqliyyat əlaqələrini dayandıran ölkələrin sayı 4-ə çatıb

Türkiyə koronavirusla əlaqədar İranla sərhədi bağlayıb

SON XƏBƏRLƏR
2020-02-26
2020-02-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Əsgər qaça-qaça gəlir:

- Cənab kapitan, cənab kapitan, bizim taqım komandiri yenə içib…

Kapitan:

- Hardan bilirsən?

Əsgər:

- Necə yəni hardan bilirəm? Üzünü sabunlayıb güzgünü qırxır.





digər lətifələr
ARXİV
FACEBOOK