warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | QIZILDƏRİLİLƏR Adalet.az | QIZILDƏRİLİLƏR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

QIZILDƏRİLİLƏR

Seyfəddin Altaylı, Ankara,

3752    |   2019-04-19 17:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Yaxşılıq etmək və fənalıqdan imtina etməkdə bir-birinizə əl tutun, günah işləmək və düşmənçilik üçün əlbir olmayın, Allahdan qorxun, şübhəsiz ki onun cəzası dəhşətlidir”.

          

           Maidə surəsi, II ayə


Bizim müqəddəs kitabımız bunu əmr edib, millət olaraq onun buyruğuna uymuşuq, uyuruq və uyacayıq. İslam dininin gəlməsindən minlərlə il əvvəl ulu babalarımız bu minval üzrə hərəkət ediblər, yəni İslam dini enməmiş onlar ilahi əmrlərə uyublar. Bizlər də onların yolu ilə gedirik, gedəcəyik. Millət olaraq böyüklüyümüz də bundandır. İslam dini isə Peyğəmbər zamanındakı və ya onun həyata keçirdiyi İslam olmaqdan çıxıb, çünki bugün müsəlmanların öz dinlərini layığınca başa düşməyi və ona uymağı sual altındadır.

Cenovalı kaşif Kristof Kolumb 12 oktyabr 1492-ci il tarixində Nina, Pinta və Santa Maria adlı gəmiləriylə Amerika qitəsinin San Salvador sahillərinə yan aldığında onları Arawaq adlı qızıldərili tayfasının mənsubları qarşılamışdı.Onların inamına görə ilahlar saqqallı idi və tamamı dənizdən gəlmişdi. Bu səbəblə Kolumbun saqqallı adamlarını gördükdə onları ilah zənn etdilər, həyəcanla dənizə tullanıb onları salamlayaraq qarşıladılar. Sahilə ayaq qoyan hər bir saqqallını əziz qonaq bilərək öz azuqələrini ikram etdilər. Silah nədir bilmirdilər, yalnız qız-qadınların qulaqlarında qızıl sırğaları vardı. Kolomb hər Avropalı səyyah kimi qeydlər götürür, dəftərinə hər bir detalı qeyd edirdi. İspaniyaya qayıtdığında kraliçaya səfəriylə bağlı bir arayış təqdim etdi. Orda bunları yazmışdı:

"Zati-alilərinə and içirəm ki, bu insanlar kimi mülayim, sülhsevər bir xalq dünyada yoxdur. Qonşularını özləri qədər sevirlər. Danışıqları həddən artıq ürəyəyatan, şirin və nəzakətlidir. İnsanlarla danışarkən daim gülümsəyirlər. Çılpaq dolansalar da əxlaqlıdılar və hərəkətləri hər cürə mədhə layiqdir, çünki çox tərbiyəlidilər, çılpaqlıqları da mədəniyyətlərindəndir. Onlara qılınclarımızı göstərdik, ilk dəfə bu cür silahları gördükləri hər hərəkətlərindən aydın idi. Bəziləri qılıncın kəskin tərəfini tutduqda əlləri kəsildi. Nə bir məzhəbləri var, nə də bütə tapınırlar. Bir-birlərini öldürmək, oğurluq, qarət nədir bilmirlər. Həddən artıq əliaçıqdırlar. Hər hansı birinin əlindəki şey onun üçün əziz olsa da üzünə salıb istəsən o dəqiqə təqdim edir.

Mənə görə bu insanların işlədilməsi, əkin-biçin işinə qoşulması və Avropalıların adət-ənənələrini mənimsəməsi labüddür."

Kolumb Amerikaya ayaq qoyduğu vaxt qitədə 70 milyon qızıldərili yaşayırdı, hətta artıqdı. Acgöz, həris, qatil Avropalılar bu bakir qitəyə üz tutdular. Həbsxanalarda nə qədər cinayətkar, küçələrdə nə qədər alkoqolik, ac-yalavac, pozğun qadın və ya kişi varsa gəmilərə mindirib Amerikaya axışdılar, hərislər də ən başdı və yanlarında hər cürə silahları. Qitəyə ayaq basar-basmaz soyqırıma başladılar. Qızıl və qiymətli daşlar axtarmaq üçün kəndləri qarət etdilər, evlərə od vurdular, qadınları, qızları zorladılar. Onlara müqavimət etmək istəyən kişiləri qulaqlarını kəsib başlarının dərisini üzdülər, min bir işgəncə ilə qətlə yetirdilər. İşlədilə biləcək kişiləri tutub gəmilərə dolduraraq Avropaya gətirib qul bazarlarında satdılar. Soyqırımlarda Katolik keşişlər də iştirak etdi.

Las Casas adlı Avropalının qeydləri: "Mən Kubada olduğumda üç ayda yeddi min uşaq öldürüldü. Özlərinə edilən zülmə dözə bilməyən qadınlar uşaqlarını çayda boğurdular. Kişilər mədən çıxarmada, qadınlar ağır işlərdə işlədilirdi".

Massachusətts körfəzi bölgəsinin ilk valisi John Wintropun qeydləri: "Qızıldərililəri yandırırdıq. Onların atəşdə cızırtıyla yanıb külə dönməsi əsnasında oda tökülən qanı gördükdə insan dəhşətə gəlir. Öldürdüyümüz insanların meyidləri və onlardan yayılan qoxu çox pis olsa da, onlara qarşı zəfər çalmağımızın ləzzəti özgə idi. Bizlərə fövqəladə köməklik edən və bu qürurlu düşmənlərimiz qarşısında bu qədər qısa müddətdə zəfər çalmağımıza rüxsət verən Tanrıya təşəkkürlərimizi bildiririk".

Plymouth vilayətinin valisi William Bradfordun qeydləri: "Qızıldərililəri məhv etmək xeyirsiz heyvanları öldürmək kimi bir şeydir".

Qızıldərili qadınları uşaq doğduğunda çağanın ağzını yumur və ağlamasına mane olurdu, müəyyən zaman gözləyir sonra əlini çəkib uşağın nəfəs almasına fürsət yaradır sonra təkrar əli ilə ağzını yumurdu. Çünki ağlasa və eşidilsə Avropalılar gəlib bir-birləri ilə uşağı nə qədər uzağa tullaya biləcəkləri haqda yarışa girişəcəkdilər. Qızıldərililərin dünyaya gəldikdə ilk öyrəndikləri dərs ağlamamaqdı. Ağ dərili Avropalıdan qaçarkən qundaqdakı çağanın ağlaması onun və anasının məhvi anlamında idi.

Bəli, bugün qızıldərililərin sayı təqribən iki milyon qədərdir. Deməli XV əsrdə yetmiş milyon olan bu xalqın qəribə bir xisləti var, buxarlanırmışlar ey...

Bir qeyd də bizim babalarımızdan:

Qəznəvi Mahmud bir Tacik qəsəbəsini tutur. Aradan bir həftə keçdikdən sonra axşam çağı cavan bir tacik gəlib onunla görüşmək istəyir. Cangüdənlər xaqanın otağına onu buraxmırlar və qalmaqal yaranır. Xaqan səsi duyub otaqdan çıxdıqda cangüdənlər dayanır, tacik də hörmətlə əllərini qovuşdurub, "Xaqanım sizinlə məxfi söhbətim var bunlar icazə vermir" dedikdə xaqan Mahmud onu otağa qəbul edir.

Tacik; "Ey ulu xaqan siz buranı tutduqdan bir neçə gün sonra bu boyda bu buxunda bir əsgəriniz azan çağı evimizə gəldi, bu orucluğun günündə məni evdən qovdu körpə balamız və yoldaşımla xeyli içəridə qaldı sonra da çıxıb getdi. Müəyyən günlərdə gəlir və həmin hərəkəti edərək məni evimdən qovub çıxarır yoldaşımla qalır".

Xaqan sarsılır və ona deyir ki, "O əsgər haçan gəlsə dərhal gəlib mənə xəbər verəcəksən". Sonra da eşiyə çıxır və onu cangüdənlərinə göstərib, "Bu tacik haçan gəlsə o saat otağıma qəbul edin!" deyə əmr edir. Aradan üç gün keçdikdən sonra tacik qaçaraq özünü Qəznəvi Mahmudun otağına salır: -Ulu xaqan o əsgər indi evimdədir.

Xaqan otağından çıxır və sayseçmə əsgərlərindən on-onbeşini götürür, məşəlləri yandırıb yola düşürlər. Xaqan tacikə deyir ki, evinə iki üç yüz metr qalmış mənə xəbərdarlıq et. Evə o qədər məsafə qaldıqda tacik, "Çatırıq ulu xaqan" dedikdə xaqan məşəlləri keçirtdirir. Səssizcə evə yaxınlaşırlar və ani bir basqınla içəri girib əsgəri cəhənnəmə vasil edirlər. Xaqan məşəli yandırdır və üzüqoylu düşüb qanına qəltan olan əsgəri arxası qatta çevirib məşəli əyilib üzünə tutur sonra səcdəyə enib, "Ya Rəbb sənə şükürlər olsun" deyir. Sonra da evin gəlininə buyurur ki, "Bala mənə çörək və su gətir". Gəlin evdə nə varsa gətirir oturub biraz çörək yeyir, su içir, əsgərləri də, tacik də, yoldaşı da heyrətlə ona tamaşa edir. Tacik onun səmimiyyətinə arxalanıb soruşur: "-Ey ulu xaqan bu hərəkətlərin mənasını başa düşə bilmədik və heyrət içindəyik, niyəsini bizə desəydiniz". Qəznəvi Mahmud ona üzünü tutub bunları deyir: "Sən gəlib mənə o məsələni danışdıqda və əsgəri təsvir etdikdə oğluma oxşadı. O gündən bəridir dilimə çörək dəymədi, çünki mənim ordumda o işi görəcək biri olmamalıdı, xalq olaraq bizim qeyrətimiz bu cür şeyləri götürməz. Oğlum da olsa o ölməliydi. Ona görə mən məşəlləri evə az qalmış söndürtdüm ki, əgər o mənim oğlum olarsa atalıq hissim onu öldürməyə manə olmasın. Qaranlıqda basqın verib bu ədəbsiz alçağı məhv etdik. Öldürdükdən sonra məşəli yandırdıb üzünə tutduğumda oğlum olmadığını gördüm və oğlum olmadığına görə Tanrıma şükr etdim. Bizlərin ocağından bu cür əxlaqsızlar çıxmamalıdır. Çörək su istədim çünki üç gündür ac-susuz idim.

Bəli bu gün dünyanın ən insansevər, ən demokratik, bəşər hüquqlarına dəyər verən insanları Amerikalılar və Avropalılardır!!!

altaylı_s@yahoo.com


İmza:

YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-05-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK