warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Aqil ABBAS: BU İGİDƏ QURBAN DAYÇALAR Adalet.az | Aqil ABBAS: BU İGİDƏ QURBAN DAYÇALAR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: BU İGİDƏ QURBAN DAYÇALAR

3323    |   2019-04-21 12:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yadınıza düşürsə, Yasin Quliyev adında bir vunderkind balamız haqqında mətbuatda yazılar getmişdi. Deməli, bu balamız «II robot olimpiadası»nda birinci yeri tutmuşdu. Və Meksikada keçiriləcək beynəlxalq yarışa iştirak hüququ qazanmışdı.

Amma yol pulu tapa bilmirdi. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyindən xahiş eləmişdi ki, onun Meksikadakı beynəlxalq yarışda iştirakı üçün maddi köməklik göstərsinlər. Üç adlı (nəqliyyat, rabitə və yüksək texnologiyalar) bir nazirlik bu vunderkind balamıza cavab vermişdi ki, sənə maliyyə vəsaitinin ayrılması nazirliyin imkanı xaricindədi.

Bu yerdə deməsəm ürəyim partlayar ey! Deməli, «Neftçi» öz meydançamızda babat uduzub, KQB-nin polkovniki rəhmətlik Aydın Abdullayev gecə «Neftçi» uduzduğuna görə dilxor halda evə gəlib. Görüb blokun ağzında Əbdülqəni Məmmədovla Səmədağa Şıxlarov söhbət edirlər. Həmin bina indiki «Azadlıq» prospektində KQB-nin əməkdaşları üçün tikilmişdi. Binadan da bir neçə futbolçuya mənzil vermişdilər. Polkovnik ailəsi ilə ikiotaqlı mənzildə yaşayırdı , amma subay futbolçular üçotaqlı mənzillərdə.

Nə isə. Aydın müəllim əsəblərini saxlaya bilmir :

- Ə, hərəniz dörd dənə ad-familiyanı zanit eləmisiz, amma bir adamlıq futbol oynaya bilmirsiz.

Sonra ikisini də babat çırpmışdı..

İndi bizim üç adı «zanit» edən nazirliyimiz bir uşağa maliyyə vəsaiti tapa bilməmişdi, daha dəqiq desək, istəməmişdi.


İndi bu günləri baxıram bütün saytlar, mətbuat həmin uşaqdan – Yasin Quliyevdən fərəhlə, sevinclə yazırlar. Deməli , bu vunderkid balamız yuxarıda adını çəkdiyimiz olimpiadanın qalibi olduğu üçün 56 min dollar təqaüd qazanıb. Türkiyənin Sabançı universitetindən. Ali təhsilini də həmin universitetin kompüter mühəndisliyi bölməsində davam etdirəcək. Və yəqin ki, gələcəkdə ya Amerikası, ya Almaniyası, ya İngiltərəsi Yasinin üstündə dava salacaqlar ki, onlara xidmət eləsin.

Belə bir vunderkidi öz əlimizlə özgələrə təslim edirik.

Tanrı səni qorusun, oğul! Tanrı səni gözdən-nəzərdən qorusun! Tanrı səni qədirbilməzlərdən qorusun!

Bu igidə qurban dayçalar,

Millət səni uçurandan sonra sənə əl çalar…

P. S. Həmin vaxt bu məsələ ilə bağlı mən də Mirzə Cəlil sayağı bir köşə yazmışdım. Həmin köşəni də bugünki nömrəmizdə oxuya bilərsiniz.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2019-05-22
2019-05-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK