ANA SƏHİFƏ / YAZARLAR

"O bir millətin bayrağıdır, qaldırın!"

18146    |   2009-10-09 06:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu sözləri Atatürkün harda və hansı məqamda söylədiyini yəqin ki, Atatürkçülükdən çoxdan uzaqlaşmış Türkiyə iqtidarı və Bursa valisi bilməz. Yadlarına salıram. İzmir uğrunda yunanlarla gedən döyüşlərdə yücə millətimiz yücə Atatürkümüzün komandanlığı ilə qalib gəlir. Döyüş meydanından keçən Atatürk bir yunan əsgərinin öz bayraqlarını qucaqlayaraq öldüyünü görür, dayanır və əmr edir: "O bir millətin bayrağıdır, qaldırın!". Atatürk düşmənlərin də bayrağına sayğı göstərir və yerdən qaldırdır.
   
   İndi Türkiyənin Cumhurbaşkanının tapşırığı ilə Bursa valisi ayın 14-də bu şəhərdə keçiriləcək Türkiyə-Ermənistan torpaqsaldırma matçına və ya sınıraçılma matçına (bu futbol matçı deyil, bu bir siyasət matçıdır) Azərbaycan bayrağının gətirilməsinə yasaq qoyub. Bu valinin ya başı çatmır, ya da millətini tanımır.
   
   Nədəni də odur ki, bu Sərkisiyanın xoşuna gəlməz.
   
   Sayın Abdulla Gül İrəvanda ömründə ilk dəfə futbola baxmağa gedəndə (söhbət İrəvana ilk dəfə getməyindən getmir, söhbət futbola ilk dəfə getməyindən gedir). Həmin stadionda Qondarma Dağlıq Qarabağın yüzlərlə bayrağı dalğalanırdı. Bəs ermənilər fikirləşmirdilər ki, bu sayın Gülün xətrinə dəyə bilər. Sayın Gülü rəncidə edə bilər?! Görünür biliblər ki, etməyəcək.
   
   Sən bunu nasıl yasaq edə bilərəsən, sayınsız Bursa vadisi, sayın Türkiyə iqtidarı?! Qorxmursanmıkı yücə Türk milləti öz etirazını başqa cür göstərə bilər?!
   
   Qonşu İran gah bayrağımızı təpəsi üstə asır, gah bayrağımızdakı səkkizguşəli ulduzumuzu altıguşəli ulduzla əvəz edir, nə bilim, bayrağımıza əlli hoqqa çıxarır. Bunu başa düşürük.
   
   O gün də Xarici İşlər Nazirliyimiz deyəsən bununla bağlı bərk hirslənib və özündə cəsarət tapıb İrana bir nota "pasılat" edib.
   
   Xarici İşlər Nazirliyimizə (qorxmasam yazardım, nazirimiz Elmar Məmmədyarova) sual vermək istərdim:
   
   - Qospadin Mamedyarov, vı uvideli çto napisana vıveske na zdaniye İranskoqo pasolstva?
   
   Rus dilini pis bildiyimə görə, səhvlərim varsa bağışlayın. Bilmirsizsə deyim, yazılıb ki: "İran İslam Respublikasının Bakıdakı səfirliyi".
   
   Azərbaycanda yox ha, Bakıdakı. Bunu şərh etməyə ehtiyac varmı?!
   
   Dəfələrlə mətbuat bu məsələni qaldırıb, hətta Milli Məclisdə deputatlar da bu məsələyə toxunub. Xarici İşlər Nazirliyi imkan varsa, İrana bir nota da bununla bağlı "pasılat" eləsin.
   
   Qayıdaq bayrağa. Türkiyə Avropanın hansı şəhərində futbol oynayırsa, həmin şəhərdə yaşayan azərbaycanlılar da qardaşlarımıza dəstək vermək üçün stadiona gəlirlər və Azərbaycan bayrağı qaldırırlar. Türkiyənin şərhçiləri də bundan duyğulanırlar və fərəhlə deyirlər ki, azeri kardeşlərimiz də bizim milli takımı dəstəkləməyə gəlib. Və əslində heç şərhçilər bilmir ki, Türkiyənin milli takımı təkcə Türkiyənin deyil, həm də Azərbaycanın milli takımıdı.
   
   Türklər dünya üçüncüsü olanda Bakının sokaklarına çıxan on minlərlə insan, Bakının sokaklarında dalğalanan on minlərlə Türk bayrağı bunun sübutu deyilmi?!
   
   O Bursanın valisi də bilmir ki, Türkiyənin milli bayrağı Azərbaycanın milli bayrağıdı və Azərbaycanın milli bayrağı da Türkiyənin və türklərin milli bayrağıdı. Əgər bunu bilmirsə, bu nasıl türkdür və nasıl o boyda şəhərə valilik yapır?
   
   Biz bundan rəncidə olmayacağıq. O stadionda Türkiyənin bayrağı dalğalanacaq ya! Sən onudamı yasaq edəcəksən?
   
   Qaldı Ermənistanın bayrağının dalğalanması məsələsinə, vali darıxmasın. Sınırlar açılan kimi necə ki PKK-nın bayrağı bütün Türkiyədə dalğalanır, eləcə də ASALA-nın bayrağı bütün Türkiyədə dalğalanacaq.
   
   Türkiyə bu faciəyə sürüklənir, sayın Cumhurbaşkanımız Abdulla Gül.
   
   Türkiyə bu faciəyə sürüklənir, sayınsız adını bilmədiyim Bursa bələdiyyə başkanı! Sizlər bunun farkında deyilsiniz, bizlər farkındayıq.
   
   Sınırların açılması ilə bağlı biz Qarabağa görə əndişələnmirik. Yarın Türkiyənin başına gələcək böyük müsibətlərə əndişələnirik.
   
   İnşallah, ayın 14-də milli takımımız Ermənistan üzərində zəfər çalacaq. Ola bilsin ki, Sərkisyan dilxor olacağına görə sizlər də dilxor olasınız. Amma həmin gün yenə Bakının sokaklarında minlərlə azərbaycanlı Türkiyənin bayrağını dalğalandıracaq.
   
   Ermənistanı məğlub etdiyinə görə yox, bunlar kiçik düyğulardır!
   
   Türkiyə zəfər çaldığına görə.
   
   Tanrı Türkü qorusun! Və Tanrı Türkü qorusun! Çünki artıq Türk Türkü qorumur.


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK