viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Əbülfət MƏDƏTOĞLU: "ÖMÜR AĞACINDAN DÜŞƏN YARPAQLAR" Adalet.az | Əbülfət MƏDƏTOĞLU: "ÖMÜR AĞACINDAN DÜŞƏN YARPAQLAR" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: "ÖMÜR AĞACINDAN DÜŞƏN YARPAQLAR"

4149    |   2019-04-18 14:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dəyərli şair qardaşım, qələm dostum Rafiq Yusifoğluna

Bəribaşdan deyim ki, Rafiq Yusifoğluyla uzun illərin Söz dostu, Qələm qardaşı. Dağlarımız da birdi, çaylarımlz da, bulaqlarımız da, elə ürəyimizdəki dağlar da eynidi. Görünür, bu oxşarlıq, bu bir-birində özünü tapma heç də təsadüf deyilmiş. Və bir də görünür ki, Tanrı qələminin kimliyimizə yazdığı yazılar da eyni qələmin, eyni mürəkkəbim məhsuludu. Ona görə də dağlarımız eyni ucalıqda olduğu kimi, yaşadığımız, çəkməyə məhkum olduğumuz dağlar da ürəyimiz tutumda olsa da, amma ağırlığı dözülməzdi, ağrısı bitib-tükənməyəndi...

Mən Rafiq müəllimin hər yazısını, hər kitabını əlimə alanda, sonra həmin o yazıyla, kitabla baş-başa qalanda bir anlıq xəyala dalıram. Gözümün qarşısına kəndimdən, yəni Tuğdan Qubadlıya gedən yol - bir meşə cığırı gəlir. O cığırla təbiətin bizim indi işğal altında olan bölgəmizə bəxş etdiyi giləmeyvələrdən dadmaqla doymamaq şərti və sevgisiylə gedirəm. Və elə bilirəm ki, bu cığırın sağında, solunda və ümumiyyətlə, bu meşəlikdə boy verən bütün nə varsa hamısı təkcə mənim üçündü, mənim kimi düşünənlər üçündü. Və bir də bu torpağı mənim kimi sevənlər üçündü. Təbii ki, bu dediklərim həm də Rafiq Yusifoğluna aiddir. Xüsusilə ona görə ki, Rafiq Yusifoğlunun söz dünyası həmin o təbii ormanı, meşəni, çəməni xatırladır mənə. Əlini hansı sözə uzadırsansa, özünəməxsus dadı, tamı, özünəməxsus gözəlliyi, zərifliyi var. Bax, bu dad, tam, bu gözəllik, zəriflik ruhuma hopur, könlümü oxşayır. Ona görə də qələm dostumun şeir çələngindən doymuram, ayrılmaq istəmirəm...

Bax, elə bu günlərdə işıq üzü görmüş və dəyərli professorumuzu, folklorşünas alimimiz Məhərrəm Qasımlının redaktorluğu ilə nəşr edilmiş "Ömür ağacından düşən yarpaqlar" kitabı da məni həmin o dediyim ovqata qaytardı. Mən kitabın ilk səhifəsindən Rafiq Yusifoğlunun ilk imzasını gördüyüm illərə qayıtdım. Kitab elə tərtib olunub ki, bir şair qələminin ilk nümunəsindən kitabın çapına qədər olan yol naxışlanıb. Oxucu, yəni mən 1966-cı ilin Qubadlısına qayıdır... Şairin ilk addımlarının səsini eşidir... ürəyinin döyüntüsünü dinləyir. Hiss edir ki, ədəbiyyata, söz dünyamıza yeni bir imza gəlir, yeni bir nəfəs qarışır və bu səsin, bu nəfəsin sahibi yuxusuz gecələrin yaşantılarını özü üçün birmənalı şəkildə qəbul edir. Və...


Və beləcə, başlayır barəsində fikirlərimi bölüşdüyüm kitabın şeir düzümü. Tam səmimi deyim ki, mən kitabı vərəqləyib şeir dünyasında özümün duyğularımı cilalamağa başladığım anda hardansa ağlıma bir fikir gəldi. İstədim ki, Rafiq müəllimin xanımına, qızına, oğluna, Vətənə, Qarabağa ünvanladığı şeirlərin fonunda kitab barəsində içimdən keçənləri sizinlə bölüşüm. Bilmirəm, bu cür yanaşma Rafiq Yusifoğlunu qane edəcək, yoxsa yox, amma ürəyim belə istədi. Bax, bu istəyin ilk misraları belədi:


Qəlbə daş atanın insafına bax, -

Bu yerin ən parlaq ulduzu söndü.

Getdi, yasa batdı bütün Qarabağ,

Tehran gəlişiylə Cənnətə döndü...


... Qürbətdə vətəni düşünüb hər gün,

Yaşarmı budaqdan ayrılan yarpaq?

Tehran cənnətə də dönsə onunçün,

Yadından çıxmayıb doğma Qarabağ.


Bu şeir Ağabəyim ağaya ithaf olunub. Onun nisgilli taleyindən danışır bu şeir. Özü də bir şair vurğunluğuyla. Və oxuduqca gözünün önünə xarıbülbül də gəlir... Zənnimcə, oxucuya işarəylə, sətiraltı deyimlə öz istəyini çatdırmaq, öz fikrini həzm etdirmək yaradıcı insanın qayəsi və uğurudur. Bunu da Rafiq Yusifoğlu ustalıqla bacarıbdı. O hələ 1974-cü ildə yazıb ki:


Qapımız, bacamız qalıb başına,

Könlüm sızıldayır yaralı kimi.

Üzümü sürtürəm qəbir daşına,

Dağların bir ürkək maralı kimi.


Sinəmdə illərin həyəcanı var,

Ürək doğmaları yada salıbdır.

Bizim kəndimizdə bizdən yadigar,

Təkcə babamızın qəbri qalıbdır...


Mən bu şeiri oxuyanda tam səmimi şəkildə qərar verdim ki, Rafiq Yusifoğlu yurd itirəcəyimizi, yurda həsrət qalacağımızı öncədən duyubdu, fəhm edibdi. Ona görə də həmin o hissləri qələmə alıbdı...


Günahım nədir ki,

Günahsız bir gözəl

Sevir məni.

Günahım var isə,

Balanın başına

Çevir məni...


Bu, şair etirafıdı, özü də ömür-gün yoldaşına. Və yaxud:


Qəlbimin arzusu qəlbinə hopub,

Təzə bir qönçəsən güllər içində.

Ay oğul, sən mənim qəlbimdən qopub,

Gəzən ürəyimsən ellər içində...


Və yaxud:

Darıxıram ay qızım,

De, necə rahat yatar.

Öz doğma övladından

Ayrı düşən bir ata.

Təqdim etdiyim bu nümunələrin hər birində bir atanın, bir ailə başçısının, bir sevən insanın bütün duyğularının səmimiliyini, həssaslığını, ən vacibi isə özü olmasını görmək mümkündür. Burada Rafiq Yusifoğlu həm də özü-özünü oxucusuna təqdim edir. Bağlılıq tellərinin incəliyini qabardır. Təbii ki, bu, dənizin qabarmasıdı, sevginin qabarmasıdı. Və o da təbiidir ki, bu qabarmalar oxucunu özünə çəkir, oxucunu qolları arasına alır. Mən Rafiq Yusifoğlunun "Ömür ağacından düşən yarpaqlar"ını yığmağa çalışdım. Amma o yarpaqlar o qədər kövrək idi ki, toxunmağa qorxdum. Lakin içimdə yaşayan inam mənə söylədi ki, o yarpaqlar solmayan yarpaqlardı, onlar xəzəl olmayacaq. Çünki o yarpaqlara Rafiqin ürəyi, varlığı hopubdur. Allah o ürəyi, o varlığı qorusun!

Əbülfət MƏDƏTOĞLU



İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
SON XƏBƏRLƏR
2019-07-22
2019-07-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK