deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Aqil ABBAS: BU, SƏMƏD VURĞUNUN DİLİ DEYİL Adalet.az | Aqil ABBAS: BU, SƏMƏD VURĞUNUN DİLİ DEYİL Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: BU, SƏMƏD VURĞUNUN DİLİ DEYİL

3796    |   2019-04-18 09:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sosial şəbəkələrdə və bəzən də saytlarda Səməd Vurğunun bir bənd belə bir şeiri paylaşılır:

Arxalıya arxa durma,

Deməsinlər yamaqdı,

Arxasıza arxa dur ki,

Desinlər ki, dayaqdı.

Bu bir bənd şeir nə Səməd Vurğunun üslubuna uyğun gəlir, nə də dilinə.

Əslində bu bənd necədi?

Şair qələm yoldaşları ilə Nizami muzeyinin yanından keçərkən görür bir gənc çox pəjmürdə halda oturub skamyada. Amma nə qədər pəjmürdə olsa da, dahi şairi görəndə ehtiram əlaməti olaraq yerindən qalxır. Şair gəncə yaxınlaşır, soruşur ki, oğlum, bir bədbəxt hadisəmi olub, niyə belə pəjmürdəsən?

Gənc deyir ki, Səməd əmi, elə bir bədbəxt hadisə olmayıb , amma…

- Nə amma, oğul?

- Mən kənddən gəlmişəm, aspiranturaya daxil olmaq istəyirəm. Bir yer var, iki namizəd. Məni bu gün universitetin rektorluğuna çağırdılar, dedilər ki, o biri namizəd hörmətli bir adamın qızıdı, yüksək yerdən də tapşırılıb, o qəbul olunmalıdı. Yəni biz ona beş yazacağıq, sənə dörd. Ona görə bir az halım yaxşı deyil.


Səməd Vurğunun qaşları çatılır, bir az fikrə gedir, sonra cibindən bir dəftərçə çıxarır, ora nə isə yazır, verir gəncə:

- Oğul, qayıt get universitetə, bu kağızı ver Cəfər Xəndana.

Həmin vaxt universitetin rektoru görkəmli alim Cəfər Xəndanıymış. Gənc kağızı alıb qayıdır universitetə, katibəyə deyir ki, məni Səməd Vurğun göndərib. Buraxırlar rektorun yanına. Gənc kağızı verir rektora və deyir ki, bunu Səməd Vurğun göndərib.

Rektor açıb kağızı oxuyur, rəngi qaralır, bərk dilxor olur. Sonra imtahan götürəcək müəllimləri yanına çağırır və deyir:

- Dərhal mənim yanımda bu gəncdən imtahan götürüb özü də əla yazırsız.

Müəllimlər deyilən kimi də edirlər. Gənc həqiqətən də «beş»ə layiqiymiş.

Gənc universitetdən çıxıb qaça-qaça gedir Yazıçılar İttifaqına. Girir şairin yanına, təşəkkür edir və soruşur:

- Səməd əmi, o kağızda nə yazmışdınız? Oxuyandan sonra rektorun rəngi qaraldı.

Şair siqaretindən bir qullab vurub deyir:

- Oğul, mən o kağıza dörd misralıq bir şeir yazmışdım.

Dayaqlıya dayaq durma,

Yamaq deyərlər sənə.

Dayaqsıza dayaq dur ki…

Dayaq deyərlər sənə.

Mən bu mövzuda mübahisə etmək istəmirəm. Qoy sənətşünaslar desinlər, hansı düzdü?

P.S. Oxucular da saytımızın Facebook səhifəsinə girib fikirlərini bildirə bilərlər.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK