ANA SƏHİFƏ / YAZARLAR

ELÇİLİK

24627    |   2013-04-27 00:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

...Qaş qaralanda maşın kəndə çatdı. Sükan arxasında olan Ramil fikirləşdi ki, bu dəfə də qız evi "yox" desə, hər şey alt-üst olacaq. Çünki bundan əvvəl düz doqquz dəfə Ramilin ata-anası qızgilə gəlib, elçilik eləmişdilər. Bu elçilik isə hələ ki, alınmırdı. Qızın atası Tofiq kişinin tərsliyi tutmuşdu. Ancaq qız və anası bu işə çoxdan razılıq vermişdilər. Qız da tez-tez istəkilisi Ramilə sifariş göndərirdi ki, görün, atamı yola gətirə bilirsinizmi?! Onun atası Tofiq kişini də yola gətirmək o qədər də asan deyildi...

...Hər dəfə elçilər qapıya gələndə Tofiq kişinin qanı qapqara qaralırdı. Sanki qapıya gələnlər qızı üçün elçiliyə deyil, ondan qisas almağa gəlirdilər. Tofiq kişi də maşın həyətə girən kimi özündən çıxırdı və deyirdi:

- Bu köpəkuşağı, məndən nə istəyir?! A bala, səkkiz dəfə gəlmisiniz və demişəm ki, mənim sizə veriləsi qızım yoxdu. Oğlun getsin, tayın tapsın!..

Kişi belə zilə qalxanda həmişə arvadı Qönçə onu yumşaltmaq istəyirdi:

- Ay Tofiq, bir qız bir oğlanındı. Özün də bilirsən ki, Nigar heç kimi istəmir. Oğlan da qızımız Nigarla ali məktəbi bir oxuyub. Elə onda da əhdi-pehman eləyiblər ki, evlənsinlər!..

Tofiq kişinin qaşları çatıldı:

- Sənin qızın nə deyib bilmirəm! Mən onu qardaşım oğlu Cəfərə verəcəm. Çünki qardaşım bu barədə bir dəfə mənə ağız açıb.

Qönçə arvadın Tofiqin qardaşı Əhməddən zəndinən-zəhləsi gedirdi. Bu evə düşəndən heç vaxt Əhməddən onun xoşu gəlmirdi. Hətta bir-iki dəfə aralarında söz-söhbət də olmuşdu. Elə həmin vaxtdan Qönçə arvadla Əhməd bir-biri ilə danışmırdı.

Qönçə arvad:

- Guya sən bilmirsən ki, Əhməd məni danışdırmır?! Məni danışdırmayan adamın oğluna qız vermərəm!..

Arvadının bu sözlərindən Tofiq kişi daha da əsəbiləşdi, ağzını açıb, gözünü yumdu və dişinin dibindən çıxanı arvadına dedi:

- Sən nə vaxdan, qız yiyəsi olmusan?! Qız mənimdir! İstəyərəm, qardaşım oğluna verərəm, istəyərəm yada. Amma qardaşım oğluna verəcəm qızı. Arvadsan, get arvad işləri ilə məşğul ol! Elə eləmə ki, səni dəli inək balasını ayaqlayan kimi, salım təpiyimin altına, o ki, var çırpım! Bəlkə yadından çıxıb, siftə vaxtlar döydüklərim?!

Qönçə arvad ətrafa diqqətlə baxdı və bir şey yadına düşmədi. Ancaq yenə dilini saxlamadı:

- A kişi, sənin bir sözünü mən heç vaxt iki eləməmişəm. Ağzım nədir ki, sözünün qabağına söz deyim! Bilirəm ki, qızımız Nigarı məndən az istəmirsən. Ancaq sadəcə olaraq, bir şeyi yaxşı bilmirsən; o, qardaşının oğlu Cəfər ki, var ha, camaat deyir ki, narkomanın biridi. İndi sən narkomana qız verirsən?! Oxumuş oğlan, savadlı adam qalıb bir kənarda, indi tüfeyili adama qız vermək istəyirsən. Özün bilərsən?! Amma sabah, birisigün bir iş çıxanda qalacaqsan ortalıqda. Əlindən bir iş gəlməyəndə, dişinin dibindən çıxanı mənə deyəcəksən və yeddi arxa dönəmimi söyəcəksən...

Deyəsən, arvadın axırıncı sözü Tofiq kişinin ağlına batdı. Bir balaca silkələndi. Sanki yatmışdı birdən oyandı. Kənddə son vaxtlar bir çox cavanlar axmaq-axmaq işlərə qurşanmışdılar. Bu axmaq-axmaq işlərdən biri də cavanların narokitikaya meylli olması idi. Tofiq kişi yaxşı bilirdi ki, qonşusu Cavanşirin oğlu narkotikaya qurşandığına görə, ailəsi necə dağıldı.

Bayaqdan göynən gedən Tofiq kişinin bu sözlərdən sonra fısı elə yatdı ki, heç özü də bunu hiss eləmədi. Dava-dava deyən Tofiq kişi mum kimi yumşalmışdı. Hətta arvadının gözlərinə diqqətlə baxandan sonra, bir az da kövrəlmişdi. Çünki arvadı Qönçəyə yaşadıqları müddətdə gün verib, işıq verməmişdi. Yazıq Qönçə arvad bilmirdi uşaqlara baxsın, mal-qoyunu saxlasın, pambığa getsin, həyət-bacanı təmizləsin... yoxsa ədazil ərinin yola versin! Elə bil Tofiq kişinin vicdanı oyanmışdı. Tofiq kişi bir aşağı baxdı, bir də yuxarı. Tay heç bir şey demədi...

Qönçə arvad ərinin yumşaldığını görüb, dedi:

- Elçilər bu gün də bizə gələcəklər. İnsafın olsun, iki sevəni bir-birindən ayırma! Ramil çox yaxşı oğlandı, özü də təzə işə düzəlib. Şəhərdə xəstəxanaların birində cərrah işləyir. Bilirsən onun haqqında nə deyirlər?! Xəstələr deyirlər ki, Ramilin əli qızıldı. Hansı cərrahın yanına gedirik, bizi soyub-talayırlar və üzərimizdə də yaxşı əməliyyat aparmırlar. Amma Ramilin cərrahiyyə əməliyyatı elədiyi xəstələrin hamısı ondan razıdı.

Tofiq kişi:

- Bəsdi mənə yad oğlunu təriflədin! Hələ bilmək olmaz, o bizə necə yeznə olacaq?! Bir də ki, mən qızı ona versəm, gərək qardaşım Əhmədlə düşmən olam...

- Bıy, başına dönüm ay kişi, burda qorxulu nə var ki?! Qardaşına deyərsən ki, Nigarın ürəyi kimi istəyir ona verəcəm. Qoy Nigarı özləri danışdırsın, razıdırsa, mən nə deyirəm. Ver qardaşın oğluna!

- Bilirsən arvad, belə demək asandı, mən qardaşım Əhmədi başa salana qədər, mənimki mənə dəyəcək. Elə yaxşısı budur, onu səsləyim, o da gəlsin qapıya, hər şeyi ona danışım. Deyim ki, qoy qızı özləri dilə tutsun, mən deyərəm, inanmaz!..

- Bu lap yaxşı!..

Tofiq kişi həyətdən qardaşını səslədi. Əhməd bayıra çıxdı:

- Noulub, ay Tofiq!

- Bir bizə gəl, sözüm var...

Əhməd kişi qardaşı Tofiqgilin həyətinə gəldi. Hal-əhval tutdular və sonra da Tofiq kişi mətləbə keçdi. Dedi ki, bir-iki dəfə qızın adını çəkmisiniz. İndi yoldaşını göndər, qoy qızın ağzın arasın, görsün, razıdır, onda bu məsələni rəsmiləşdirək və nişan qoyaq!

Əhməd kişi dilləndi:

- Nolar. Yoldaşımım göndərərəm Nigarla söhbətləşər.

Sabahı günü Əhməd kişinin yoldaşı qapıya gəldi və Nigarla düz üç saat söhbət elədi. Ancaq onu yola gətirə bilmədi. Nigar dedi ki, əmim oğlu Cəfər mənim qardaşımdı. Adam da heç qardaşı ilə ailə qurarmı?! Xahiş eləyirəm bu məsələni bir də dilinizə gətirməyin.

Əhməd kişinin arvadı kor-peşiman evlərinə qayıtdı və ona dedi ki, qız razı deyil. Tay biz onu öldürməyəcəyik ki?! Neynəmək olar. Bu qız olmasın, başqa qız olsun. Əhməd kişi bu xəbəri eşidəndə bərk əsəbiləşdi və ilan kimi fısıldadı:

- Bunların hamısı o qancığın işləridi. Qardaşımın arvadı Qönçəni deyirəm. Hər şeyi o pozdu. Yoxsa qardaşım buna razı idi...

Əhməd kişinin arvadı Sona dilləndi:

- A kişi, sən nə yapışmısan bu qardaşın qızından! Mən də öyrənmişəm ki, onun istədiyi oğlan var. Doqquz dəfə qapılarına gəliblər, qardaşın Tofiq iki ayağını bir başmağa dirəyib deyib ki, mənim sizə veriləsi qızım yoxdu...

...Maşın on dəqiqədən sonra Tofiq kişigilin həyətinə çatdı. Amma Ramil kəndə yaxınlaşanda yolda düşdü və maşını idarə etmək üçün tələbə yoldaşı Natiqə verdi. Maşında isə Ramilin atası Qaraş, anası Gülyaz əyləşmişdi. Onlar inanırdılar ki, bəlkə bu gün Tofiq kişinin ürəyinə insaf düşdü, onları kor-peşiman geri qaytarmadı. Artıq Ramilin atasıgil öz kəndlərində gözdən düşmüşdülər. Camaat deyirdi ki, bir qapıya doqquz dəfə gediblər, kor-peşiman geri qayıdıblar...

...Qara rəngli "Jeep" Tofiq kişigilin həyətinə onuncu dəfə daxil oldu. Qapıya birinci Qönçə arvad çıxdı, sonra o biri uşaqları gəldi. Axırda Tofiq kişi göründü. Elçilər maşından düşdülər və sakit-sakit dayandılar. Hamının gözü Tofiq kişidəydi. Tofiq kişi də bu dəfə yumşalmışdı. Sifətinə baxanda hiss olunurdu ki, bu dəfə onları əliboş geri qaytarmayacaq.

Qonaqları içəri dəvət etdilər. Ortalığa çay gətirdilər. Amma heç kim o çaydan bir qutum da içmədi. Qaraş kişi dedi:

- Ay Tofiq kişi, onuncu dəfədir sizin qapıya gəlirik, amma hər dəfə bizi kor-peşiman geri qaytarırsınız. Bu yazıq uşaqların günahı nədir?! Axı onlar hər ikisi bir-birini istəyir, bircə qalır, sənin xeyir-dua verməyin!

Tofiq kişi qaşlarını çartdı və sonra da gözlərini ətrafa zillədi:

- Mənim də sizinlə elə bir qəsdi-qərəzliyim yoxdu, amma ürəyim üşüyür. Siz qonşu kənddən, biz də burdan. Allah eləməmiş, sabah yola getməsələr, mən nə edərəm?!

Qaraş kişi:

- Ay rəhmətliyin oğlu, hələ bizim nəsildən arvad boşayan kişi çıxmayıb! Ürəyini də buz kimi saxla, mən evimə gəlin yox, qız aparıram və sənin də bu balanı ovcumuzun içində saxlayacağıq.

...Ortalıqdakı çay soyumuşdu. Heç kim əlini stəkana aparıb, o çaydan içmək istəmirdi və hamı Tofiq kişinin son sözünü gözləyirdi...

Tofiq kişi bir də diqqətlə stolun ətrafında əyləşən elçilərə baxdı, sonra arvadına baxdı və gələcək qohumlarını başdan-ayağa diqqətlə süzdü. Sonra da dilləndi:

- Allah xeyir versin, xoşbəxt olsunlar!..

Bu sözlərdən sonra elçilərin sifətində bir təbəssüm yarandı, ürəkləri sakitləşdi və bayaqdan bəri soyuyan çaya əl uzatdılar. Tofiq kişi dedi ki, qoy çayı dəyişdirsinlər, təzəsin gətirsinlər, amma buna Ramilin atası Qaraş kişi razı olmadı. Bildirdi ki, elə bu çayı da şirin eləyib içmək olar...

...Tərsliyi tutumuş Tofiq kişi necə yumşalmışdısa "hə" deyəndən sonra, gözləri dolmuşdu. Bir anlıq qızının uşaqlığını xatırladı və onun necə sürətlə tez böyüdüyünü düşündü. Maşın qapıdan çıxdı və yüksək sürətlə gözdən itdi...

FAİQ QİSMƏTOĞLU

[email protected]



İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-09-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK