viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Fədayə Laçının məhkəməsində sabiq tabor komandiri ifadə verib Adalet.az | Fədayə Laçının məhkəməsində sabiq tabor komandiri ifadə verib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HÜQUQ

Fədayə Laçının məhkəməsində sabiq tabor komandiri ifadə verib

36245    |   2019-04-15 17:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına köməklik etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.

ONA-nın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə Konvoy Taborunun sabiq komandiri Bəhruz Abdullayev çıxış edib: "Mən 21 il vətənimə sədaqətlə xidmət etmişəm. Şərəfimə, ləyaqətimə xəyanət etməmişəm".

B. Abdullayev qeyd edib ki, Fadəyə Laçının "Qoca" ləqəbli Etibar Məmmədovla görüşməsinə icazə verməyib: "Mənim Etibarla bağlı hər zaman kinim olub. O, 1998-ci ildə "moleletka"da 3 nəfərlə birləşib bizim əməkdaşımızı öldürüb. Mənim elə bir cinayətkarın kiminləsə qanunsuz görüşməsinə qaçmasına necə şərait yaratmağımı düşünürsünüz? Mənliyimi, 21 illik namuslu xidmətimi ləkələmərəm. Dəfələrlə xidmətimə görə dövlət mükafatları almışam. Sadəcə məni mütəşəkkil dəstənin başçısı kimi təqdim etmələri yandırır. Komandir kimi həbs edə bilərdilər. Amma bu ittihamlarla yox. Məni rüşvətxora, şərəfsizə, ləyaqətsizə bənzətməsinlər. Mən dövlətimizə, prezidentimizə, komandirlərimə xəyanət etmərəm".

Sonra dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses aprelin 22-də davam edəcək.

Qeyd edək ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.




İmza:

Azərbaycanlı mügənninin oğluna 19 il cəza istənildi

Üzərində odlu silah-sursat gəzdirən iki şəxs barəsində cinayət işləri başlanılıb

İki bacısını öldürən şəxsə ömürlük cəza verildi

Yetkinlik yaşına çatmayan qızları fahişəliyə cəlb edən qadın azadlığa buraxıldı

Fədayə Laçının məhkəməsi altıncı dəfə təxirə düşdü

Nazirlik “Azərsu” ASC-ni məhkəməyə verir - FOTO

Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib

“Diqlas” ticarət mərkəzində yanğına görə 400 nəfərdən artıq sahibkar dindirilib

Azərbaycanda 14.997 milyon manat ziyanın ödətdirilməsi təmin olunub

Bu il Gəncə hadisələri ilə əlaqədar 61 nəfər həbs edilib

Azərbaycanda hüquqi şəxslərin sayı 18 faiz artıb

Fədayə Laçının məhkəməsi yenə təxirə düşdü - NİYƏ?

SON XƏBƏRLƏR
2019-08-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (75%)
“Linfild” (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Akif Əhmədgil (gül kimi Akif Əhməd idi, bu «gil»i hardan gətirib Əhmədə yapışdırdı bilmirəm. Heç ondan sonra da normal bir şer yazmayıb, yazıbsa gətirsin çap edim) bostan oğurluğuna gedirlər. Baxırlar ki, bostanın ortasında bir adam durub. Akif deyir ki, Vəli, gözləyək, adam getsin.

Vəli:

- Ə, adam deyil, müqəvvadı.

- Ə, bir az vurmuşuq, gözünə müqəvva kimi görünür, adamdı.

Vəli:

- Ə, sən sərxoşsan ey, görmürsən müqəvvadı, adam olsa əlində telefon olardı.





digər lətifələr
ARXİV
FACEBOOK