warez script warez forum orkide shell indir mavi orkide PHP Scriptler Ataşehir kadın kuaförü apk indir iptv server hacklink satın al likit Adalet.az | MENTALİTETİN HÜQUQ ÜZƏRİNDƏ AĞALIĞI Adalet.az | MENTALİTETİN HÜQUQ ÜZƏRİNDƏ AĞALIĞI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

MENTALİTETİN HÜQUQ ÜZƏRİNDƏ AĞALIĞI

8303    |   2019-04-16 08:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dəqiq tarixi yadıma gəlmir, hardasa 90-cı illərin axırlarında ölkənin o vaxt nisbətən populyar telekanallarının birində hüquq və qanunla yox, əlahəzrət mentalilitetlə yasaq hesab olunan "məhrəm” bir mövzuda yeni layihə açıldı. "Gecə yarısı”, yaxud nəsə buna bənzər adı olan və bütün digər telelayihələrimiz kimi xarici kanallardan götürülmüş həmin layihənin məqsədi insan həyatının intim tərəfləri, bu sahədəki problemlər və s. buna bənzər məsələlər müzakirəyə çıxarılırdı. Bəri başdan deyək ki, çox cəsarətli təşəbbüs idi. Çünki bizim kimi mühafizəkar toplumlarda belə həssas mövzularda bərkdən danışmaq, yumşaq desək, ədəbsizlik sayılırdı. Ancaq nəzərə almırdıq ki, hər hansı problem haqqında bərkdən danışmamaq onun yoxluğuna dəlalət eləmir, əksinə susqunluq baş alıb getdikcə problem daha da dərinləşir, irinləyir və sağalmaz yaraya çevrilir.

Sözü gedən verilişin aparıcısı Aygün Kazımova idi. Aygün xanım yaxşı müğənni olsa da, aparıcı kimi elə böyük səriştəyə və təcrübəyə malik deyil. Amma əvəzində onun səmimiyyət və necə varsa eləcə də görünmək kimi çox az adamlarda rast gəlinən nadir bir keyfiyyəti var. Görünür, elə buna görə də bu cür həssas mövzunun aparıcılığı ona tapşırılmış və yaxud o özü sinəsini qabağa verərək bu cür ağır, çətin, iyrənc dedi-qodulara nədən olacağı əvvəlcədən şübhə doğurmayan bir yükün altına girmişdi.

Vur-tut bir neçə verilişdən sonra layihə dayandırıldı. Səbəbəni dəqiq bilməsəm də mentalitet aşiqlərinin yuxarıda söylədiyim dedi-qodularının bu məsələdə axırıncı rol oynamadığını təxmin etmək heç də çətin deyil. Qısa ömürlü olmasına rəğmən hər dəfə ictimai fikirdə oxşar movzuda bir çalxalanma və təlatüm qopanda istər-istəməz sözü gedən tok-şoudakı bir səhnəni xatırlayıram.

Deyəsən, elə ilk verilişə qeyri-adekvat həyat tərzi səbəbindən bir neçə dəfə polisin məlum məntəqəsinə düşüb-çıxmış, mərhum Elina yaşında bir qız dəvət olumuşdu. Məqsəd azyaşlını yenidən düzgün yola qaytarmağın, onu cəmiyyətə inteqrasiya etməyin yollarının müzakirə etmək idi. Müzakirələrin şıdırğı yerində söz alan yüksək elmi titullara sahib bir psixoloq xanım inzibati orqan işçilərinə xas yüksək və amiranə səslə dedi ki, bu qız cəmiyyət üçün itirilmiş bir varlıqdır və onu təcili olaraq cəmiyyətdən təcrid eləmək lazımdır. Bu da sizə psixoloq! Amma ən maraqlısı qızın cavabı oldu: "Tanrı Mariya Maqdalinanı bağışlayıb düz yola qaytarıbsa, deməli, hələ hər şey itirilməyib”. Bu da sizə qurban! Kimin kimə dərs keçdiyini, kimin psixoloqa ehtiyacı olduğunu özünüz müəyyənləşdirin.

İndi cəmiyyətdə balaca bir qızcığazın intiharıyla bağlı gedən diskussiyaların əsas məqamlarından biri də, əvvəlki günlərdə və aylardakı bir yana qalsın, məhz intihar anından ölüm anına kimi keçən müddətdə məktəb, rayon yetkililərinin, tibbi personalın və bir də məktəb psixoloqunun sərgilədiyi davranışlarıdır, bu davranışların ən azı adi əxlaq normalarıyla nə dərəcədə uyuşub-uyuşmamasıdır. Bu məqamda yada düşən ən maraqlı detal isə bundan ibarətdir ki, sən demə, bizim məktəblərdə psixoloq ştatları da var imiş. Sual olunur: bütövlükdə on-on beş normal psixloqun olmadığı bir ölkənin minlərlə məktəbindəki psixoloq ştatlarında çalışanlar kimlərdir? Onlar harda təhsil alıblar, hansı peşənin və ya səriştənin sahibidirlər? Yoxsa Mərdəkandakı valideynlərdən məhrum uşaqların təhsil aldığı məktəbdəki kimi hər yerdə direktorun sürücüsü və yaxud bu qəbildən olan başqa adamlar tutur həmin vəzifəni (fakt sözü gedən məktəbin keçmiş işçisinin bu günlərdə paylaşdığı statusdan götürülüb).

Elinanın intiharından dolayı yayılan xəbərlərdə ən tükürpədici məqam bu uşağın, hətta onun ailəsinin davranış və hərəkətləri barədə yayılan söz-söhbətlərdir. Bu söhbətlərin nə dərəcədə həqiqət olub-olmamasını bilmirəm və bilmək də istəmirəm. Onu yayanların məqsədi özlərini batdıqları çirkabdan təmiz çıxartmaqdan, uşağa qarşı zaman-zaman nümayiş etdirdikləri biganənəliyə, intihar faktından sonra sərgilədikləri cinayətkar münasibətə haqq qazandırmaqdan başqa bir şey deyil. Çünki indi onların mentalitetin çətiri altna sığınmaqdan başqa yolları qalmayıb. Yaxşı fikirləşib tapıblar, atdıqları daşın istiqamətini düzgün müəyyənləşdiriblər, hər necə olsa da, pedaqoq, psixoloq və bu qəbildən olan təmtəraqlı adların daşıyıcılarıdırlar, axı.

Daş hədəfə dəyməsə də, çox da uzaqdan keçmədi, həmin dedi-qodular və ya hər nələrsə işə salındıqdan sonra özlərinə xeyli müdafiəçilər tapdılar. Lap tutalım, dediklərinizdə yetərincə həqiqət payı var. Lap tutalım, "yolunu azmış” bir tifili "yoluna qaytarmaq”, onu öz əhatəsinin daimi fiziki və mənəvi terrorundan qorumaq kimi gəlirsiz bir işə baş qoşmağa vaxtınız və həvəsiniz olmayıb. Lap tutalım, "terrorçular” bəlkə də sağmal ailələrin övladlarıdır deyə şəxsi rəğbətiniz qurbanın yox, onların tərəfindədir. Bəs, ölüm ayağında olan bir insana kriminal düşərgələrdə yox, təlim tərbiyə və səhiyyə müəssisələrində göstərilən belə münasibətin, üstəlik, yerli icra hakimiyyətinin vəzifəli bir nümayəndəsinin də bu işə cəlb olunmasının adını nə qoyaq? Bəs bunu vəzifə borcu, peşə etikası və s. bu qəbildən olan nəsnələr bir yana, kal armud olub cəmiyyətin boğazında ilişib qalmış hansı mentalitetin adına yazaq? İntihara təhrik edilmiş bir uşağı əxlaqsız adıyla cəmiyyətə sırıyanların öz hərəkətlərini hansı əxlaq kateqoriyasına aid edək? Yoxsa, bunun adı əxlaq deyil, ağsaqqal öyüdüdür.

Mentalitet bu gün Azərbaycan cəmiyyətində sözün həqiqi mənasında meydan sulayır. Hansısa gecə barında hansısa qızın çılpaq və yarıçılpaq oynamasının görüntüsü yayılır, ölkə bir-birinə dəyir. Hansısa kafeni bağlamaq üçün konkrek dövlət orqanının ora dağıdıcı reyder hücumu başlayır, qızlara burda pulsuz qəlyan təklif olunur deyə aləm qarışır. Hansısa bir evdə kimlərsə əylənir, cəmiyyəti çaxnaşma bürüyür. Siyahını yetərincə artırmaq üçün, sadəcə olaraq, qısa bir zaman kəsiyində qoparılan bu cür tozanaqların xronologiyasına ötəri nəzər salmaq kifayətdir. Ancaq əsas say yox, mahiyyətdir. Çünki bu cür əməllərin mahiyyəti, hüquqi tərəfi bir kimsəni maraqlandırmır. Heç bu cür axmaq vəziyyətə düşən sahibkar da, vətəndaş da öz hüquqi müdafiəsini təşkil etmək barədə düşünmür. Deyə bilmir ki, kafeni sökməyin, hansısa obyekti bağlamağın hüquqi qaydaları var, axı. Mən obyektdə kiməsə nəyisə, necə təklif edirəm, özüm bilərəm, sizə nə dəxli var? Qanunu ki, pozmuram. Qanunu pozanların özləri də ictimai diqqəti problemin hüquqi tərəfinə yox, digər istiqamətə yönəldir, çünki camaatın qanunlardan çox mentalitetə hörmət etdiyini, ictimai fikri yönəldənlərin məbz bu məqamı qabardacaqlarınıyaxşı bilirlər.

Qapalı əyləncə məkanları hansı mentalitetin daşıyıcısı olmağından asılı olmayaraq bütün dövrlərdə və bütün ölkələrdə olub, var, bundan sonra da olacaq. Tarixdən çox misallar gətirib vaxtınızı almağa ehtiyac yoxdur. Sadəcə, "Dəli Kür” filmindəki bədii təxəyyülün yox, məhz tarixi həqəqətin təcəssümü olan məlum səhnəni yada salmaq kifayətdir. Üstəlik , filmdən də göründüyü kimi belə məkanlara baş çəkənlərin əksəriyyəti əsasən elə həmin mentalitetin qatı tərəfdarları və keşikçilərinin özləridir. Bu artıq başqa söhbətdir ki, keçmişdə belə səhnələri çəkib yaymaq və bu cür yerlərə baş çəkmək imkanı olmayan tamarzıların, heç olmasa, gözlərinin qurdunu öldürmək imkanı yox idi. İndisə yayırlar, hamı yayır, bəyənənlər də, başlarını iki əlinin arasına alaraq vay-şüyən qoparanlar da. Belə əndişələnirsizsə, yaymayın da. Sübut üçün yayırsınızsa, saxlayın sübut tələb edənlərə göstərin də.

Elinanın faciəsinə ölkənin yüksək siyasi rəhbərliyi tərəfindən ciddi reaksiya verilməsi məsələnin obyektiv araşdırılacağına böyük ümidlər yaradır. Niyə axı, belə reaksiyalar olmayan məqamlarda cəmiyyət düzgün araşdırmaların aparılacağına inanmır və yaxud yaxşı halda buna şübhəylə yanaşır? Bax, əsas sual budur. Ayrı-ayrı dövlət orqanlarında hökm sürən belə praktika təkcə konkret situasiyalardakı ədalətsiz qərarların qəbul edilməsinə yox, bütövlükdə cəzasızlıq mühitinin yaradılmasına, qanun qarşısında məsuliyyət hissinin itirilməsinə səbəb olur. Bu tendensiya getdikcə cəmiyyətin bütün qatlarına sirayət edərək hər sahəni bürüyür. Məmurların özbaşınalığı, saxtakarlığı, səhlənkarlığı normaya çevrilir və qanunun təntənəsinə olan inamı sarsıdır.

Bütün bunlar hüquqi nihilizmin nəticəsidir, ya da ki, tərsinə, demək olar: bütün bunlar intensivləşdikcə, çoxaldıqca, kütləviləşdikcə mentalitetin hüquq üzərindəki hökmranlığına, son olaraqsa hüquqi nihilizmə gətirib çıxardır və ədalətin təntənəsini yalnız yüksək səviyyəli siyasi müdaxilələrin ümidinə qoyur.

M. CAVADOĞLU




İmza:

YAZARIN ARXİVİ

2017-11-14 : PULUN ESTETİKASI
2017-10-28 : Doktor Jivaqo
2017-09-19 : BMT PEÇENYESİ
SON XƏBƏRLƏR
2019-04-20
2019-04-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Elnur Zeynalovun Qarabağ şikəstəsini bəyəndizmi?

Hə (88.89%)
Yox (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Kərim Kərimli adını çəkmək istəmədiyimiz, eldən ayıbdır, bir dostuna zəng edir:


Xəbərin var,  Paris kilsəsi yanır?

– Harda? 

–Lökbatanda...

– Lökbatanda niyə Paris kilsəsi deyirlər bu mağmınlar?

– Nə bilim addı da... qoyublar... Əsas odur ki, indi yanır...

– Pajarnı gəlməyib görən?

– Niyə gəlməyib? O qədər gəlib ki...

– Lökbatanda kilsə hansı tərəfdəydi?

-- Ə, şəhərə gedən də yolun sağında

 

-- Ə, ora Sədərəkdi, indi adın dəyişib Paris kilsəsi qoyublar ki, fransızların xoşu gəlsin?!

 

- Sənin orda dükanın var? 


- Yox!


- Onda yanır cəhənnəmə yansın, heç mənim də yoxdur.







digər lətifələr
ARXİV
FACEBOOK