bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri bahis siteleri canlı bahis kacak bahis https://www.warezm.com kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal Adalet.az | RUHİ BAĞDADİ SORAĞINDA Adalet.az | RUHİ BAĞDADİ SORAĞINDA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

RUHİ BAĞDADİ SORAĞINDA

VAQİF YUSİFLİ, Filologiya elmləri doktoru

6513    |   2019-04-12 17:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ədəbiyyatşünas Şöhrət Səlimbəylinin «XVI əsr Azərbaycan ədəbiyyatının Bağdad ədəbi mühiti: Ruhi Bağdadinin həyat və yaradıcılığı»


Kitabı haqqında


Ədəbiyyat tariximizdə elə şəxsiyyətlər var ki, onların yaradıcılığı haqqında demək olar heç bir bilgiyə rast gəlmirik, yaxud, tədqiqatçılar bir neçə kəlmə ilə həmin sənətkardan söz açırlar. Halbuki, onların da unudulmamağa haqları çatır. Təbii ki, burada söhbət ədəbi mühitdə «kölgə» rolunu oynayan yazarlardan getmir, həmin mühitdə sayılan, seçilən yaradıcılığı ilə ədəbi prosesə təsir göstərən söz adamlarından gedir. Belə şəxsiyyətlərdən biri XVI əsr Azərbaycan şairi, Bağdadda yaşasa da, öz doğma dilində-azərbaycanca şeirlər yazan «Divan» bağlayan Ruhi Bağdadildir. Təəssüf ki, orta əsr təzkirələrində adı tez-tez çəkilən, xüsusilə, Türkiyədə İraqda çap olunan ədəbiyyatşünaslıq mənbələrində xatırlanan, hətta Avropa müəlliflərindən Hammer Cibbin əsərlərində haqqında söz açılan Ruhi Bağdadi bizim ədəbiyyatşünasların diqqətini az cəlb etmişdir. 2001-ci ildə filologiya elmləri doktoru Azadə Musayevanın əlyazma qaynaqları əsasında hazırladığı Ruhi Bağdadi «Divan»ı (I cild) «Örnək» nəşriyyatında çap edilmişdir. Həmin kitabda «Füzulidən sonra Bağdadın yetirdiyi ən böyük türk şairi..» müqəddiməsi ilə tanış oluruq. Amma buna qədər Firidun bəy Köçərlinin «Azərbaycan ədəbiyyatı» tədqiqatında , üçcildlik sonra yeddicildlik «Azərbaycan ədəbiyyatı tarixi» kitablarında, Əlyar Səfərlinin Xəlil Yusiflinin «Azərbaycan ədəbiyyatı tarixi» (XIX əsrə qələr) dərsliklərində Ruhi Bağdadi haqqında məlumata rast gəlmədik. Ancaq sevinməyə dəyər ki, ədəbiyyatşünas Şöhrət Səlimbəylinin «XVI əsr Azərbaycan ədəbiyyatının Bağdad ədəbi mühiti: Ruhi Bağdadinin həyat yaradıcılığı» kitabı (elmi redaktoru filologiya elmləri doktoru Paşa Kərimov) işıq üzü gördü həmin boşluq aradan qaldırıldı.Bu kitabın ənənəvi qayda üzrə ayrı-ayrı fəsillərinin məzmununu nəql etmək fikrində deyilik, ancaq kitabda XVI əsr Bağdad ədəbi mühiti, Ruhi Bağdadinin həyat yaradıcılığı ilə bəzi məsələlərin necə işıqlandırılmasına diqqət yetirəcəyik.

Birincisi ondan başlayaq ki XVI əsr Bağdad mühitində nələr baş verirdi və Azərbaycandan çox-çox kənarda türk-Azərbaycan ədəbi mühiti necə formalaşmışdı?

Ədəbiyyatşünas Şöhrət Səlimbəyli o dövrün ictimai-siyasi vəziyyətinə xüsusi diqqət yetirir, yazır ki: «Siyasi mübarizələrə, müharibələrə baxmayaraq İstanbul, Herat, Bağdad, Təbriz başda olmaqla İran və Orta Asiyadakı mərkəzlərlə mədəni əlaqələr davam etmişdir. Təbriz, Bağdad Osmanlı mədəniyyət mərkəzlərində XVI əsr boyunca ustad şairlər yetişmişdir. Şairlərin sayının sürətli artımına baxmayaraq, əsrə damğasını vuran şeir ustadları Füzuli, Əhdi, Ruhi, Baki, Üsuli Xəyalidir». Doğrudan XVI əsr müsəlman türk aləmində şeirin-sənətin yüksəlişi baxımından bir yüksəliş dövrü olub. Elə dörd şairin adını çəkmək kifayətdir ki, bunun həqiqət olduğuna qətiyyən şəkk etməyək- Xətai, Füzuli, Nəvai Cami. Bu şairlərin türk şeir aləmində təsir dairələri hüdudsuz idi. Ruhi Bağdadi məhz bu ədəbi-mədəni təsir dairəsindən çıxa bilməzdi. burada qeyd etməyə dəyər ki, Azərbaycan dili öz yüksəliş mərhələsinə daxil olurdu. Füzuli «düşvari asan eləmək»-türk dilində şeirlər yazmağın məharətini sübut edirdi.


Ədəbiyyatşünas Şöhrət Səlimbəyli bu məsələyə geniş aspektdə yanaşır. O, Türkiyədə nəşr olunan 6800 səhifəlik iri həcmli «Böyük Türk klassikləri» kitabına müraciət edir. O kitabda Ruhi haqqında yazılanları nəzərimizə çatdırır: Ruhi öz qəzəllərini sadə bir dillə xalqın danışdığı kəlmə deyimlərə çox yer verərək söyləmişdir». Bu dil isə Azərbaycan dili idi. Onu da qeyd edir ki, ərəb-fars dillərində inkişaf edən ümumtürk poeziyası XVI əsrdən başlayaraq öz yerini türk dillərinə verməyə məcbur oldu, buna görə Azərbaycan ədəbi məktəbinin nümayəndələri Bağdaddakı ədəbi məclislərdə Azərbaycan türkcəsində yazıb-yaratmağa başladılar. Eyni zamanda Osmanlı Azərbaycan dillərinin yaxınlaşması prosesi baş verdi.

Bağdadda isə Azərbaycan poeziyası aparıcı rola malik oldu burada təbii ki, Füzulinin böyük rolu olmuşdur. Ədəbiyyatşünas Şöhət Səlimbəyli Bağdadda Füzulidən sonra tanınan azərbaycanlı sənətkarların adlarını çəkir: Əhdi Babdadi, Şəmsi Bağdadi, Hüsni Bağdadi, Rindi Bağdadi, Zöhdi, Muradi Bağdadi. Nəinki adlarını çəkir, «Bağdad ədəbi mühitində Azərbaycanlı sənətkarlar» yarımfəslində hər birinin yaradıcılığı haqqında məlumat təqdim edir.

İkincisi; Ruhi onun yaradıcılığı haqqında demişlər? Ş.Səlimbəyli R.Bağdadi haqqında məlumat verən qaynaqların xronologiyasını təqdim edir doğrudan da, heyrətə gəlirik. İlk məlumat isə Əhdi Bağdadinin «Gülşəni-şüəra» təzkirəsindən gəlir. Əhdi Bağdadi yazır ki, «Bağdadidir, amma asli pak-nihadi nesebi ferruh-nijadi Rumidir». Əhdi Bağdadi «Gülşəni-şüəra»da Ruhinin beş beytlik bir qəzəlini nümunə kimi göstərir, onu bənzərsiz, qəmli-qüssəli bir şair adlandırır.

Ruhi Bağdadidən çox mənbələr məlumat verir-Şehi Bəyin «Həşt Behişt» əsəri, Qınalızadə Hasan Çələbinin «Təzkirətüş-şüəra» əsəri və onlarla belə təzkirələrdə Ruhi bir qüdrətli şair kimi anılır. Avropa müəlliflərindən Hammer və Cibb də məlum qaynaqlara əsaslanaraq öz əsərlərində Ruhi Bağdadini zamanın ən yaxşı şairlərindən biri hesab etmişlər. Ruhi Bağdadi haqqında keçmiş Sovetlər birliyində gürcü alimi E.D. Cavelidze «Ruhi Bağdadi» adlı monoqrafiya yazmışdı. Bəs Azərbaycanda? Doğrudur, onun haqqında ədəbiyyat tarixi kitablarında sükut hökm sürsə , professor, ədəbi dil tariximizin görkəmli mütəxəssisi Samət Əlizadə «XVI əsr Azərbaycan ədəbi dili» mövzusunda yazdığı doktorluq dissertasiyasında Ruhi Bağdadi divanını faktiki dil materialları sırasında tədqiq etmişdi. Pənahi Makulu dv «Ədəbi məlumat cədvəli»ndə Ruhi ilə bağlı qısa bir məlumatla kifayətlənmişdir.

nəhayət, Ruhi Bağdadi kimdir? Sualına Ş.Səlimbəyli tam aydınlıq gətirir: «Ruhi Bağdadi 1544- ildə Bağdadda, hərbçi ailəsində doğulmuşdu. Onun əsl adı Osmandır. Ruhi Bağdadda doğulub-böyüdüyü üçün Bağdadlı Ruhi kimi tanınmışdır.

Ruhi III Muradın (1574-1595) zamanında aparılan İran səfərində vəzifə almışdı. Onun digər bir vəzifəsi, əsas işi isə o zamanlar Bağdad valisi olan Cığalazadə Sinan Paşanın yanında olmasıdır. Şair 1588-1595-ci illər arasında, 3 il boyunca davam etmiş müharibələrdə, 1588-ci ildə isə Nahavənd döyüşünə qatılmışdır. Ruhi Bağdadi 1606- ildə Şamda vəfat etmişdir».

Bizi bu monoqrafiyada ən çox maraqlandıran III fəsildir: «Ruhi Bağdadi yaradıcılığının sənətkarlıq xüsusiyyətləri mövzu dairəsi». Ş.Səlimbəyli Ruhinin türkcə (azərbaycanca) yazdığını, şeirlərində həm Nəsiminin, həm Füzulinin, həm xalq yaradıcılığının təsiri olduğunu israr edir bunu da konkret misallarla sübuta yetirir. Göstərir ki,onun yaradıcılığında qəsidə qəzəllər üstünlük təşkil edir. «Füzuli qəsidələrindəki məna dolğunluğu bitkinlik Ruhinin qəsidələrində öz əksini tapmışdı»-amma bizi onun qəzəlləri daha çox maraqlandırır. «Ruhinin qəzəllərinin xeyli hissəsi sırf dünyəvi məsələlərə, yəni insanın insana, sevgilisinə, təbiətə münasibətinə həsr olunubdu» - Ş.Səlimbəylinin Ruhi qəzəllərindən gətirdiyi misallar da bunu sübut edir:

Səbrə taqət yoqdürür, hicranı bilməm neyləyim?

Ağlasan üşşaq içində etibar olmaz bana.

Mürgi-canın pərrü balın yoldu dəsti-gəm,-dedim

Gül kibi güldi, dedi:-Böylə şikar olmaz bana.

və yaxud

Məst olub, ey gül, qoya zərrin külahın bir yana,

Eylə dəvasın bu gün xurşidi mahın bir yana.

Halini aşiqlərin görməkdə, eşitməkdədir,

Guşi-huşun bir yana, çeşmi-siyahın bir yana.

və yaxud

Ölür gedər, gözəlin, ağzı dadını bilməz,

Leyk ğəmin qoyub ol xəstə kim, nəbat istər.

Yolundan ğeyr ilə bir görmə, Ruhi şairdir,

Fəri-cövri, şahim, o səndə çoq iltifat istər.

və yaxud

Səadətlə şərəfsiz olduğundan şadman olma,

Gəl insaf et kiminlə başə çatmışdır fəna dünya.

Qəti asan idi olmaq səadət mülkinə malik,

İki gün bir qərar üzrə qalaydı bivəfa dünya.

Misallardan da aydın görünür ki, Ruhi Bağdadinin dili orta əsrlər klassik poeziya dili ilə həmahəngdir. Qəzəllərində obraz fikir ustalığına xüsusi diqqət yetirir.Təbii ki, onun yaradıcılığında məhəbbət lirikası üstünlük təşkil edir məsələnin bu yönünə diqqət yetirən Ş.Səlimbəyli yazır ki: «Ruhi eşqin şairi kimi tanınmışdır. Ruhiyə görə, şeir gözəlləri vəsf etmək üçün yazılır. Şeir yazmaq üçün başlanğıc şərt eşqdirsə, şeirin binövrə mövzusu da təbii olaraq eşq sevgilidir. Varlı-kasıb, yaşlı-gənc, kişi-qadın hər bir insanın yaşaya biləcəyi bir hiss var, o da eşqdir Füzuli demişkən: «Eşnq imiş hər var aləmdə Elm bir qeylü-qal imiş ancaq».

Ruhi Bağdadinin bir şair kimi qüdrəti onun şeirlərindəki bədii təsvir vasitələrinin əlvanlığında özünəməxsusluğundadır Ş.Səlimbəyli buna daha çox diqqət yetirir. Deyək ki, Ruhi öz qəzəllərində təşbehlər silsiləsi yaradır, bu təşbehlər üz, yanaq, xətt obrazları ilə bağlıdır. Məsələn, Ruhinin 1115 qəzəlindən 270- yanaq, 132- xətt, 39-da isə xalla bağlı beytlər diqqəti cəlb edir. Bunlar gözəllik simvollarıdır. Ruhinin qəzəllərində gül, gül yarpağı, bənövşə, yasəmən kimi təbiət obrazları da xüsusi yer tutur. Bəs şairin yaradıcılığında ictimai motivlər necə əks olunub? «Ruhi daha çox, ictimai tənqid təfəkkür şairidir»-onun məşhur «Tərkibbənd»i Füzulinin «Şikayətnamə»sindən sonra dövrün, zəmanənən haqsızlıqlarına etiraz kimi səslənir təsadüfi deyil ki, «Tərkibbənd»ə onlarla nəzirələr yazılmışdır. Bu «Tərkibbənd» Ruhi Bağdadi yaşadığı dövrdəki hakimiyyəti, onun apardığı müharibələri təsvir etmiş, lakin heç birinə haqq qazandırmamışdır.

Nəticə etibarilə deyə bilərik ki, Şöhrət Səlimbəyli Ruhi Bağdadinin həyat yaradıcılığını ciddi tədqiq etmiş, onun bədii sənətkarlıq baxımından orta əsrlər klassik Türk-Azərbaycan dilinin örnək nümünələrini yaratmasını, dilinin qüsursuz olduğunu məhəbbət lirikası ilə yanaşı, ictimai məzmunlu şeirlərinin bədii məziyyətlərini nəzərə çarpdırmışdır. monoqrafiya bu sözlərlə bitir ki, Ruhinin bədii irsi, xüsusilə, «Divan»ı təkcə Azərbaycan ədəbiyyatı tarixində deyil, həm orta əsr türk poeziyasında özünəlayiq yer tutur. Ona görə Ruhinin adı böyük Füzuli ilə yanaşı çəkilir».



İmza:

YAZARIN ARXİVİ

2019-01-20 : 20 YANVAR: 29 İL
2018-11-03 : Çiçək sevgisi
2018-10-17 : HALALLIQ
2018-05-18 : ƏDƏBİ HƏYAT
2018-04-28 : ƏDƏBİ HƏYAT
2018-01-19 : ƏDƏBİ HƏYAT
2016-09-30 : AFƏT VİLƏŞSOY
2016-07-02 : ƏDƏBİ HƏYAT
2016-06-25 : QƏRİB HEY!..
2016-05-14 : ƏDƏBİ HƏYAT
2015-11-14 : ƏDƏBİ HƏYAT
2015-10-03 : ELM FƏDAİSİ
2015-09-05 : USTAD
2015-06-26 : O MƏSTAN Kİ...
2015-06-03 : "ŞEİR VAXTI"
2015-04-15 : "TƏNHA LALƏ"
2015-04-14 : NOVATOR ŞAİR
2015-04-11 : "QISA QAPANMA"
2015-04-04 : USTAD ŞAİR
2015-03-20 : ƏDƏBİ HƏYAT
2015-03-14 : BU, DİLSUZDUR...
2015-03-13 : ALTI ON- ON ALTI
2015-02-28 : ƏDƏBİ HƏYAT
2015-02-18 : Vahid dünyası
2015-01-20 : 20 YANVAR: 25 İL
2014-12-30 : ŞAİR ÖMRÜ
2014-12-27 : ƏDƏBİ HƏYAT
2014-12-10 : TƏZADLI BOYALAR
2014-12-06 : TOFİQ BAYRAM
2014-11-08 : ƏDƏBİ HƏYAT
2014-10-18 : SABİR AZƏRİ
2014-10-11 : ƏDƏBİ HƏYAT
2014-09-06 : ƏDƏBİ HƏYAT
2014-08-30 : ƏDƏBİ HƏYAT
2014-08-16 : QƏZƏL YAŞAYIR
2014-08-09 : LİRİKA - 2013
2014-07-26 : LİRİKA - 2013
2014-07-19 : LİRİKA - 2013
2014-06-07 : VƏTƏN HARAYI
2014-05-17 : İŞIĞA DOĞRU
2014-03-29 : TƏMSİL USTASI
2013-12-14 : UCALIQ YOLUNDA
2013-12-03 : NAKAM ŞAİRLƏR
2013-11-16 : VAQİF HÜSEYNOV
2013-11-09 : İLTİFAT SALEH
2013-10-19 : ELMAN HƏBİB
2013-10-12 : SAKİT İLKİN
2013-10-05 : MƏMMƏD KAZIM
2013-09-07 : ŞƏKƏR ASLAN
2013-08-24 : SAQİF QARATORPAQ
2013-06-15 : HƏZİN XƏYAL
2013-04-13 : MİLANDA ÖLÜM
2012-12-15 : MODERNİST ŞAİR
SON XƏBƏRLƏR
2019-06-26
2019-06-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK