Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Lalə Məmmədovanın keçmiş əri: “İntihardan başqa yolum yoxdur” Adalet.az | Lalə Məmmədovanın keçmiş əri: “İntihardan başqa yolum yoxdur” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ŞOU-BİZNES

Lalə Məmmədovanın keçmiş əri: “İntihardan başqa yolum yoxdur”

12456    |   2019-04-03 17:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanın Əməkdar artisti Lalə Məmmədovanın keçmiş həyat yoldaşı İlham Qafarov müğənniyə qarşı ağır ittihamlar səsləndirib.

Adalet.az Media.az-a istinadən xəbər verir ki, gərgin vəziyyətində olduğunu və özünə qəsd etməyini hazır olduğunu bildirib.

"Uzun müddət mənim keçmiş həyat yoldaşım Lalə Məmmədova mənə qarşı aqressiya göstərir. Mənim keçmiş həyat yoldaşım mənə rahatlıq vermir, uşaqların alimentini ödəməyi tələb edir. Boşanandan son mən işimi itirmişəm, üstəlik anam dünyasını dəyişib”, - İlham Qafarov bildirib.

Onun sözlərinə görə, bu gün aliment üçün borcun ümumi məbləği səkkiz minə çatıb:

"Borcun bir hissəsi ödənilir, amma bir dəfəyə pul ödəməyə imkanım yoxdur. Ayda 206 manat ödəmişəm, amma o, ödənişi qaldırmaq üçün məhkəməyə müraciət edib, indi isə məbləğ 308-dir. Bütün məhkəmələrdə ona yaşıl işıqdır”.

O, keçmiş həyat yoldaşının bir neçə mənzili olduğunu qeyd edib. Eyni zaman o dövlətdən yenisini hədiyyə kimi istəyir:

"Lalə Məmmədova məni ümidsizliyə salır. Mən ya həbsxanaya getmək, ya da intihar etmək məcburiyyətindəyəm, başqa bir yol yoxdur. Mən borcumu dərhal ödəməyə hazır deyiləm. Mən ödəməkdən imtina etmirəm, borcumu qisman ödəməyə hazıram”, - deyə Qafarov bildirib.

Qeyd edək ki, Lalə Məmmədov və İlham Qafarov 2004-cü ilin aprel ayında ailə qurublar. Cütlüyün Nərgiz və Çinara iki qızı var. Onlar 2013-cü ildən ayrılıblar.



İmza:
SON XƏBƏRLƏR
2019-09-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK