deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Faiq QİSMƏTOĞLU: ONLAR DİLƏNÇİ DEYİLLƏR Adalet.az | Faiq QİSMƏTOĞLU: ONLAR DİLƏNÇİ DEYİLLƏR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: ONLAR DİLƏNÇİ DEYİLLƏR

2851    |   2019-04-03 15:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Cavan bir oğlan gitaranı sinəsinə sıxıb çox gözəl bir mahnı ifa edir; həm gitarada çalır, həm də oxuyur. İstər-istəməz yoldan keçənlər ayaq saxlayıb ona qulaq asır. Və o da heç nə olmayıbmış kimi barmaqlarını gitaranın simləri üstündə gəzdirir və ətrafa gözəl bir musiqi yayılır. Bu gözəlliyin içində onun məlahətli səsi də insanın qəlbinə və ruhuna bir sığal çəkir...

Gitaranın qabının ağzını açıq qoyub. Gəlib-gedənlər ora pul atırlar. O da nə pula baxır, nə də gəlib gedənlərə. Öz dünyasındadır. Gözəl bir xalq mahnısı səsləndirir: "Küçələrə su səpmişəm”. O mahnının arxasınca isə "Ay bəri bax, bəri bax” mahnısını ifa eləyir. Sanki çox peşəkar və təcrübəli bir musiqiçi təsiri bağışlayır. Musiqi savadım olmasa da, kifayət qədər musiqi duyumum var. Onun həm gitarada ifa etdiyi musiqilər, həm də oxuduğu mahnılar hər gün televiziya kanallarında gözümüzü mazol eləyən çox müğənnilərdən daha məlahətli, daha yaddaqalandı.

... O oğlanı həmişə "Sahil” metrosundan çıxıb bulvara gedəndə yeraltı keçiddə görürəm. Tək gitarada elə ifa edir ki, sanki bir orkestr çalır. Oxuduğu mahnıların məlahəti və şirinliyi isə başqa cürdür. Yenidən gözəl bir mahnı səsləndirir. Ayaq saxlayıb diqqətlə Cahangir Cahangirovun bəstələdiyi mahnıya hakim kəsilirəm və əlimi cibimə salıb bir manat pulu gitaranın qabına atıram. Mahnı qutarandan sonra bir-iki dəqiqə söhbətə tuturam.


- Barmaqların və səsin əvəzsizdir...

- Deyirsiniz caldığım və oxuduğum mahnılar xoşunuza gəlir?

- Bəs xoşuma gəlməsə ayaq saxlayıb qulaq asardım? Özü də bir simdə çalmırsan ey, bir neçə simdə çalırsan...

- Siz musiqiçisiniz?

- Yox, musiqiçi deyiləm. Amma musiqidən az-çox başım çıxır.

- Nə yaxşı sizin kimi musiqiyə dəyər verənlər var. Bura vaxtım olanda gəlirəm və heç kəsdən də heç nə ummuram. Bir də görürəm ki, gitaranın qabında xeyli pul var...

- Bəs gitarada belə gözəl çalırsınızsa, niyə toylara getmirsiniz? Axı toylarda yaxşı pul var.

- Sözün düzü, toyda da bayağı musiqiləri daha çox sifariş eləyirlər. Mən də ürəyim istəmədiyi musiqini çalıb oxuya bilmirəm. Bir bala nastroyeniyam olanda gəlib burda gözümün qurdunu öldürürəm. Musiqini başa düşən, dəyər verən arif adamlar da var. Bax, onların hesabına mənim kimi adamlar dolana bilirlər.

- Birdən kimsə gəlib sizi burdan uzaqlaşdıra bilər...

- Elə hallar da olur. Amma biz dilənçi deyilik, abırlı adamlarıq. Deyirlər ki, olmaz, çıxıb gedib başqa yerdə işimizi görürük. Ancaq əksəriyyət bizi çox istəyir və sənətimizə qiymət verirlər. Mən də ən çox xalq və bəstəkar mahnılarını ifa eləyirəm. Həmişə bura gəlmirəm ki. Dostlarımızın, tanışlarımızın ad günlərində, tədbirlərində ürəyimizi boşaldırıq. Həm ürəyimiz boşalır, həm də yaxşı dostlar bizi mükafatlandırır.

Bakıda bu cür təmənnasız və heç kəsdən heç nə ummayan kifayət qədər istedadlı musiqiçilər var. Bu musiqiçilər Bakının mərkəzi yerlərində, məsələn "Tarqovuda”, dənizkənarı parkda, İçərişəhərdə, müxtəlif metrostansiyalarının içərisində və çıxışında olurlar.

Bir dəfə metronun "Gənclik” stansiyasında gözdən əlil bir xanım gördüm. O, həm kamançada çalırdı, həm də gözəl xalq, bəstəkar mahnıları oxuyurdu. Özü də bir neçə dəfə televiziya kanallarında onun çıxışını dinləmişdim. Həm metroda, həm də televiziyada bu xanımın çıxışını dinləyəndən sonra onun çalğısına da, məlahətli səsinə də heyran qalmışdım. Ancaq təəssüfləndim. Təəssüfləndim ki, bu cür istedadlı xanım layiqincə öz sənətinin qiymətini almayıb, amma musiqidən və sənətdən xəbəri olmayanlar hər gün efirlərdə meydan sulayıb, özlərini reklam etdirib qaz vurub qazan doldururlar. Axı bizim millət də istedada və sənətə yox, reklama, görüntüyə daha çox pul verir. Məsələn, toya o adamı aparırlar ki, hər gün efirlərdə o kanal, bu kanal deyib özünü göstərir. Camaat da bu efir görüntüsünə aldanıb bir ətək pul verib onları toya aparır. Ay başınıza dönüm, səsi olmayan, fonoqrama oxuyan müğənninin o dəqiqə zibilinin üstü açılır. Bu da gec olur. Çünki həmin müğənnilər toya getməmişdən əvvəl qiyməti danışırlar, beh alırlar, sonra da toy yiyəsi onun pulunu kəssə bir hay-həşir qoparırlar ki, gəl görəsən! Və toy yiyəsi də abrına qısılıb o dediyi pulu verir...

Elə camaatı da aldadan müxtəlif televiziya kanallarında səsi və sənəti olmayan müğənnilərin at oynatmasıdı. Səsi və sənəti olanların isə pulları yoxdur ki, televiziya kanallarına verib özlərini tanıtsınlar. Amma vallah, mənim gördüyüm küçədə gitara çalan, oxuyan, kamança çalıb xalq mahnılarını səsləndirən o abırlı insanlar min dəfə efirlərdə hər gün görünən müğənnilərdən istedadlıdır və sənətləri var. Çox təəssüf ki, belə insanlara dəyər verən tapılmır və hətta küçədə çalıb oxuduğuna görə çoxları onlara dilənçi kimi baxır...

Metronun "Xalqlar dostluğu” stansiyaslından çıxanda bir uşağın tez-tez tütək çaldığını görürəm. O də gözəl tütək çalır və o tütəyin səsi adamın sümüyünə qədər işləyir və səni götürüb aparır heç vaxt gedə və görə bilmədiyin yerlərə. O uşaq da tütək çaldığı yerdə papağını qoyur və bu papağa da pul atılır. Ancaq metro işçilərindən bəziləri gəlib o uşağın papağına bir təpik vurur və özünü də ordan qovur. Uşaq da papağını götürür, qəpik-quruşları cibinə yığıb ağlamsına-ağlamsına ordan uzaqlaşır...

Avropa ölkələrində də küçələrdə istedadlı musiqiçilər gitarada çalır, mahnı oxuyurlar. Amma heç bir avropalı onlara yuxarıdan aşağı baxmır. Əksinə, sevgiylə yanaşır, gözəl ifaya görə pul verir və hətta musiqi ləzzət elədiyinə görə, təşəkkür də edirlər. Yəni o adamların ləyaqətini, şərəfini, qürurunu gəlib-gedənlər alçaltmırlar.

Əksinə, onlar insanlardan sevgi görürlər, məhəbbət görürlər, nəvaziş hiss edirlər. Onlara heç kəs dilənçi gözüylə baxmır, istedadlı və yaxşı sənət adamı kimi dəyərləndirirlər. Bəs onda bizdə niyə belədir? Biz niyə belə istedadlı adamlara qiymət verməyi bacarmırıq? Qiymət vermək əvəzinə gözəl tütək çalanın papağına təpik vurur, özünü də ordan qovuruq. Bu insanlıqdırmı?

Və bu həmin adamların mənəviyyatını, iç dünyasını ləkələmək demək deyilımi? Mədəniyyət Nazirliyi belə istedadlı insanlara sahib çıxmalı, onlara arxa durmalıdır. Biz insanlar isə gözəl gitara calan, kamançada ifa edən, tütəkdə içimizə və qəlbimizə işıq gətirən o sənət adamlarına sevgiylə yanaşmalıyıq. Onların musiqi alətlərinin qabının içərisinə pul atmasaq da, papağına pul qoymasaq da heç olmasa təpik də vurmayaq. Çünki o insanlar adi insanlar deyillər, istedadlı və özünə güvənən adamlardılar...




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK