ANA SƏHİFƏ / MÜSAHİBƏ

Canəli Əkbərov: "Muğam müsabiqəsinə baxmıram" - MÜSAHİBƏ

35939    |   2019-03-27 17:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

O, Azərbaycan muğamının nadir bilicilərindəndir. Xaraktercə müəyyən qədər təzadlı insan olsa da, kimsə Canəli Əkbərovun Azərbaycan muğamına, musiqisinə həm pedaqoq, həm də ifaçı kimi xidmətlərini dana bilməz. C.Əkbərov azsaylı xanəndələrdəndir ki, həm də gözəl musiqiçisidir, mahir tar ifaçısıdır. Amma nədənsə sənətkar son bir-iki ildə sanki kənara çəkilib. Beləliklə, "Ədalət"in suallarını professor, xalq artisti Canəli Əkbərov cavablandırır.


- Canəli müəllim, sizi Novruz çəkilişlərində görmədik. Özünüz iştirak etmədiniz, yosa dəvət edən olmadı?

- Heç kimdən narazı deyiləm, amma dəvət edilmədim deyə, iştirak etmədim.

- Heç bir telekanaldan dəvət almadınız?

- Demək olar ki, hə.

- Pedaqoji fəaliyyətiniz davam edirmi?

- Bəli, işə gedirəm, sonra da evimə gəlirəm.

- Yeni nələrsə yazdırırsınızmı?

- Həm pedaqoji fəaliyyətlə məşğulam, həm də yaradıcılıqla. Gileyçi deyiləm, Allah canlarına dəyməsin.

- Yeni nələr yazdırdığınızı soruşdum...

- Sən soruş ki, nələr yazdırmamışam?

- Maraqlıdır...

- Elə muğam, elə təsnif yoxdur ki, mən onlara müraciət etməyim.

- Babək Niftəliyevdən sonra elə də üzdə olan tələbəniz yoxdur...

- Tələbərlərim çoxdur.

- Babək kimi parlaya biləcək xanəndələr varmı?

- Ad çəkmək istəmirəm, amma ümidverici tələbələrim çoxdur.

- Səhhətiniz, sağlamlığınız yerindədirmi?

- Şükür, Allahımdan çox razıyam.

- Vediyiniz cavablardan belə hiss etdim ki, büruzə verməsəniz də, sanki mətbuatdan, televiziyadan narazısınız, inciksiniz...

- Yox, narazı deyiləm.

- Bundan sonra efirlərə dəvət alsanız, qəbul edərsiniz?

- Eləsələr... (pauza verir və gülür) Qoy eləsinlər də.

- Yəni, qəbul edərsinizmi?

- Niyə qəbul etmirəm ki? Düşmənim yoxdur ki.

- Canəli müəllim sizə elə gəlmirmi ki, həmkarlarınızla bir müddət öncə yaşadığınız qalmaqaldan sonra sizi efirə dəvət etmədilər, çəkilişlərdən kənar qaldınız? Hər halda bu, mənim şəxsi qənaətmdir.

- Özləri bilərlər. Bu sualı həmin adamlara ver. Mənim heç kimlə işim yoxdur. Hər kəs öz bayrağı ilə göylərə qalxır, yerə enir.

- Muğam müsabiqəsini izləyirsiniz?

- Qətiyyən izləmirəm.

- Müsabiqə qane etmir, yoxsa izləməyə vaxtınız olmur?

- Qane etdi-etmədi, mənim öz aləmim var.

- Tələbələrinizə muğam müsabiqəsində iştirak etməyə icazə verirsinizmi?

- Bəli, iştirak edənlər də var, etməyənlər də. Heç birinə qadağa qoymuram.

- Hazırda hansı həmkarlarınızla sıx ünsiyyət saxlayırsınız?

- Kim mənə bir salam vermirsə, ona on bir salam verirəm.

- Yəni sayanın qulu, saymayanın ağası misalı?

- Bəli, tamamilə doğrudur. Hamıyla dostam, hamını çox istəyirəm.


İntiqam VALEHOĞLU




İmza:

“Azərbaycanı Rusiyaya o ölkə qurban verdi” - Müsahibə

Mirzə Ələkbər Sabir: "Şair elin, xalqın hökmranı və gözünün işığı olmalıdır"

“Toyumda Elçibəylə "Süleymani" oynadım” - MÜSAHİBƏ

Rafiq Əliyev: “Mənim həyat mayakım o olub” – Müsahibə

ARİF PAŞA: “Əbülfəz Elçibəy şəxsən mənə demişdi ki...”

"Azərbaycanın belinin kəməri Laçında, Kəlbəcərdə, Qubadlıda, Zəngilanda qırılıb..."

Aqil Abbas: “İki aydır dədən səni görmür, iki ay da sən dədəni görmə” - MÜSAHİBƏ

Alqış HƏSƏNOĞLU: “BU OĞRULARI İDARƏÇİLİYƏ KİM SIRIYIB?”

Azərbaycanlı yazıçı: “Oğlum İtaliyada virusa yoluxdu” – Müsahibə

Rafiq Əliyev: “Mən Allahsız alim tanımıram” – Müsahibə

Akademik Rasim Əliquliyev: “Pandemiya nə qədər ölümlərə səbəb olsa da, bizi ayıltdı” - MÜSAHİBƏ

İmişlidən Xızıya onlayn dərs - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2020-06-03
2020-06-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK