deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Adalet.az | Faiq QİSMƏTOĞLU: ÇİÇƏKLƏR DOĞULUR BU YAZ GECƏSİ... Adalet.az | Faiq QİSMƏTOĞLU: ÇİÇƏKLƏR DOĞULUR BU YAZ GECƏSİ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: ÇİÇƏKLƏR DOĞULUR BU YAZ GECƏSİ...

2617    |   2019-03-15 14:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Dünyada çiçəkdən zərif, çiçəkdən incə və çiçəkdən ətirli heç bir gözəllik yoxdu. Çiçəkləri təkcə sevmirlər, onları həm də sevə-sevə qoruyur, qoruya-qoruya da sevirlər. Çiçəklərin üstünə bal arıları qonur və onun ləçəklərindən şirə çəkirlər. Çiçəklər sanki dünyanın ən gözəl və ən ətirli varlığı olaraq həmişə insanların dünyasına bir sevgi, bir məhəbbət gətirib...

... Tez-tez yuxuma dağlar girir və dağların qoynundakı çiçəkləri girir. Xüsusən də itburnu çiçəyi ən çox sevdiyim çiçəklərdəndi. Bəhmənlinin qışı da gözəl olur, yazı da. Çünki Bakıda görmədiyimiz, ətrini duymadığımız çiçəklərin ətrini Bəhmənlidə - ata yurdundakı bağda alma, alça, gavalı, ərik, itburnu ağaclarında duyuram. Və bir də bizim həyətdə itburnu çiçəyi də var. O qədər ətirli, o qədər gözəldir ki, adam iylədikcə bir də iyləmək istəyir. Və bu çiçəyi iylədikcə özünü cənnətdə hiss eləyirsən. Qəlbinə, ciyərinə cənnətin qoxusu dolur...

...Yaz elə bir gözəllikdir ki, onu heç bir fəsil əvəz eləyə bilməz. Yazın rəngi nə qırmızıdı, nə yaşıldı, nə qəhvəyidi, nə də ağdı... Və hər gələn yazın min rəngi, min çaları və min də koloriti var. Yaz gələndə təkcə bizi qoynuna alacaq və əbədi layla çalacaq torpaq oyanmır. Yaz gələndə insanların qara bəxtləri, kədərləri və hətta dərdləri də gül açır. Və bu dərddən, qəmdən çox sevincə, fərəhə, işığa dönür. İşığa dönən və qəlbə süzülən sevinc isə insanın qəlbində, ürəyində günəş is tiliyi yaradır. İsti olan yerdə çiçək bitir, gül bitir və qızılgül boylanır. Qızılgül boylana-boylana bülbülü axtarır. Bülbül də gəlib qızılgülün yanında öz sevgi mahnısını oxuyur. İndi gəl bu mahnıya qulaq asma görüm qulaq asmaya bilirsənmi?

Ata yurdumuzdakı alça, gavalı, ərik, gilas... ağacları çiçək açıb və çiçəklərinin üstündə arılar dolanır. Və bu arılar Həsənqulu kişinin oğlu Habilin arılarıdır. Deyirlər ki, Həsənqulu kişinin oğlu Habil heç vaxt bala şəkər tozu qatmır. Və şəkər tozu qatsa arılar da ondan küsər, bir daha çiçəklərin, güllərin ləçəklərinin üstünə qonub şirə çəkməzlər. Və bu gün içi mən qarışıq onun arılarının güllərdən, çiçəklərdən çəkdiyi may balını böyük sevinclə gözləyirik. Mayda gördüyümüz bu güllərin, çiçəklərin balı hazır olacaq. Və o bal da min bir dərdin dərmanıdır. El dilində demiş olsaq, ölü o baldan yemiş olsa, dirilər və dirilər də yesə ölməzlər...

... Həyətdəki güllərin, çiçəklırin ətri məni özünə çəkir. Və bir az da bu güllərdə, çiçəklərdə atamın, anamın, qardaşımın ruhunu hiss eləyirəm. Elə bilirəm hər yaz gələndə onlar dirilir və ruhlarıyla birgə həyətimizə gəlir, çiçək kimi, gül kimi bizə boylanır... Və bizə boylanan bu çiçəklər ürəyimin sarı siminə toxunur. Düşünürəm ki, mənim doğmalarım, əzizlərim gəlib. Və əyilib o çiçəklərdən, o güllərdən heç dərmirəm də. Əyilirəm ki, ruhların çiçəyə döndüyü bu gözəllikləri öpüm. Ağ və qırmızı çiçəklərin ləçəklərindən öpürəm. Səhər şehi olduğuna görə, çiçəklər o qədər təmiz, o qədər gözəldir ki, onun nə ətrindən, nə də gözəlliyindən doymuram. Böyük Vahid Əzizin bu misralarını pıçıldayıram:

Çiçəkləri öpdüyümü küləklər,

Qaçıb yara bildirməsə yaxşıdı...

Çox təəssüf ki, bu gözəl şeirin digər gözəl misralarını əzbər yadımda saxlamamışam. Amma hər yaz gələndə bu şeirlər, bu misralar ürəyimdə tumurcuqlayır, çiçək açır və məni çox gözəl müqəddəs günlərə qaytarır...

... Özümü saxlaya bilməyib düz itburnu çiçəyinin yanına gedirəmn, özü də ayaqyalın. Həkimlər deyirlər ki, çəmənliyin üstünə şeh düşəndə ayaqyalın gəzsən, bütün dərdlərin dərmanıdır. Onsuz da Bəhmənlinin havası da, torpağı da, suyu da, çörəyi də çox dərdin dərmanıdır. İnanmırsınız, gəlin Bəhmənliyə, görün dediklərim düzdür, yoxsa yox?! Dostum Əbülfət Mədətoğlu yeyib-içən adamdı və ağzının da dadını yaxşı bilir. Bir dəfə Bəhmənlidən ona tut arağı pay gətirmişdim, dadına baxmışdı və demişdi ki, mən çox tut arağı içmişəm, amma belə ətirli araq görməmişəm. İnsafın olsun, heç olmasa ildə bir dəfə o gözəl nemətdən mənə də pay gətir. Və mən də qohumuma demişəm tut yetişəndə o payı dostum Əbülfətə hazırlasın!..

... İtburnu çiçəyinin nazıyla oynayıram. Qonşu çəpərin yanındakı alça ağaclarının çiçəkləri mənə gəl-gəl desə də, bu gözəl itburnu çiçəyi gözəl bir qız kimi məni özünə çəkir. Çiçəklər hamısı gözəldir. Amma itburnu çiçəyinin özgə bir ətri var. Elə bil ki, bu çiçəyin ətrinə tamarzı kimi dizimi yerı qoyub onu övladım qədər bir şirinliklə qoxulayıram. Çox təəssüf ki, şair deyiləm. Yoxsa şair olsaydım nə dərdim, itburnu çiçəyinə gözəl bir şeir yazardım. Amma şair olmasam da, poeziyanı, gözəl şeiri çox sevirəm.

... Doyunca itburnu çiçəyinin ətrini ciyərlərimə çəkirəm. Ovqatım o qədər yaxşılaşır ki, özümü çox gözəl hiss eləyirəm. Nə ağrım var, nə acım. Hətta Əbülfət Mədətoğlu qolumdan tutub evləndirsə belə bir söz demərəm. Çünki dünyanın ən gözəl çiçəyinin ətrini duyuram. Dünyanın ən gözəl çiçəyi mənim qəlbimə və iç dünyama əbədi bir nur verir. Bu çiçəklər, bu güllər həyatıma yeni rənglər gətirir. Qəlbimdə və ürəyimdə yaşamaq eşqi bir az da alovlanır...

... Hər yaz gələndə güllərin çiçəklərin sevincini görüb sanki Allaha bir addım da yaxın oluram. Mənim hər axşam sevə-sevə oxuduğum çox böyük bir şair var – Ramiz Rövşən! Və bu gülləri, çiçəkləri görəndə, ətrini ciyərimə çəkəndə yenə böyük şairin "Çiçəklər doğulur bu yaz gecəsi” şeiri yadıma düşür. Və elə bu yaz ağzı da qələmə aldığım mövzunu da həmin şeirin aşağıdakı misralarıyla bitirmək istəyirəm:

Çiçəklər doğulur bu yaz gecəsi

bu yaz gecəsində sevməyə nə var?!

Dərsəm güllərini bu gələn yazın,

Sallanıb yellənsəm budaqlarından,

Eşitsəm adımı sevən bir qızın

Hələ öpülməmiş dodaqlarından, -

bu yaz gecəsində ölməyə nə var?!.



İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-07-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (77.57%)
İşdə (22.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK