warez script warez forum sanal santral orkide hacklink al musa yıldırım script indir shell indir logsuz shell mavi orkide Script indir PHP Scriptler Adalet.az | "İstəyirəm ki, haqqımda film çəkilsin": Xalq artisti "Ədalət"ə danışdı - MÜSAHİBƏ Adalet.az | "İstəyirəm ki, haqqımda film çəkilsin": Xalq artisti "Ədalət"ə danışdı - MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

"İstəyirəm ki, haqqımda film çəkilsin": Xalq artisti "Ədalət"ə danışdı - MÜSAHİBƏ

11172    |   2019-03-08 10:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İşlərimi bitirib yorğunluğumu çıxarırdım. Özümü kresloda rahatlayıb işarələr barədə düşünürdüm. Axı həyat işarələrdən ibarətdir. Biz bu işarələri çözə-çözə həyatı dərk edirik. Atalar boş yerə deməyib ki, arifə bir işarə də bəsdir. Guya düşünə-düşünə yorğunluğumu çıxaracaqdım ki, daha da yoruldum. Ayağa qalxdım, qutudan bir siqaret götürüb koridora tərəf getmək istəyirdim ki, otağımızın qapısı açıldı. Arif Quliyev içəri daxil oldu. Duruxdum. Bu vaxt? Arif Quliyev? Niyə? Üzümə təbəssüm qondurub Arif müəllimə yaxınlaşdım. Görüşdük.

- Arif müəllim, siz hara, bura hara?

- Bir ziyalı kimi, vətəndaş kimi, xalq artisti kimi özüm gəlmişəm redaksiyanıza.

- Nə gözəl! Çox xoş olar sizi dinləmək.

Yerimizi hazırladım. Əyləşdik. Arif müəllim boğazını arıtlayıb danışmağa başladı.

- Son zamanlar ardıcıl olaraq davam edən inkişafı, Azərbaycanın gözəlliyi, dirçəlişi, insanları rifahı, insanlara olan qayğını görüb danışmaq qərarına gəldim. Ulu Öndər Heydər Əliyev də, İlham Əliyev cənabları da and içəndə bu sözü dilə gətiriblər ki, mən hər bir azərbaycanlının prezidentiyəm. Yetmişə yaxın yaşım var, görürəm, hiss edirəm ki, insanlara olan bu qayğı illər ərzində heç vaxt azalmayıb. Əksinə çoxalıb və yükək dəyərləndirilib. Mən tez-tez xalqın arasında olan adamam. Tez-tez insanlarla görüşürəm. Bölgələrə, rayonlara gedəndə insanlar üçün görülən işlərin şahidi oluram. Hər yerdə prezidentimizə olan münasibət necə aydın, necə təmiz, necə qərəzsiz olduğunun da şahidi oluram. İnsanların üzü gülür, hər bir cəhətdən bu dövlətdən razıdırlar. Hər sahəyə olan qayğı, istər sənayeyə, istər idmana, istər səhiyyəyə, istərsə də mədəniyyətə olan münasibət yüksəkdir, dəqiqdir. İnsanlarda olan ruh yüksəkliyi məni sevindirir. İncəsənətimizə olan diqqətsə göz önündədir. İnsanların onlara olan sevgisini hiss edib sənətkarlara ad verilir, təqaüd verilir. Musiqiyə, xüsusilə muğama xüsusi diqqət göstərən birinci xanım Mehriban Əliyeva da təyin olunduğu yüksək vəzifədən insanların xeyrinə istifadə edir, onlara qayğı göstərir. Bu qayğı olub, var, olacaq da. Düşünürəm ki, bu görüntülərə heç kim kölgə sala bilməz. Bu, hər şeyin önündə insan amilinin durduğunun təsdiqidir. Bugünlərdə Azərbaycan prezidenti İlham Əliyev cənabları və birinci xanım Mehriban Əliyevanın incəsənət xadimlərini qəbul etməsi, onların problemlərini dinləməsi, hər bir aspektdə onlara dayaq durması, problem və gərəkli olan qayğını göstərmək buna bariz göstəricidir.

Ayaqüstü sualımı verim, keçək əyləşək.


- Siz bu görüşdə iştirak etmək istəyərdiniz?

- Bu sualın baza hissəsinə söykənərək mən hörmətli nazirimiz Əbülfəs Qarayevin sözlərinə şərikəm. Hamımızın və hər bir sahə üzrə nümayəndələrimiz orada idi. Onlar öz fikirlərini bizim də əvəzəimizdən dedilər.

Arif müəllimin səsindəki yorğunluğu açıq-aşkar hiss edirdim. Çünki özüm də yorğun idim. Dedim, madam ki, söhbətimiz bu yorğun vaxtıma tuş gəlib, mən də Arif müəllimi yorum.

- Arif müəllim, madam ki, gəlmisiniz, biraz da söhbətləşək.

- Olar, söhbətləşək.

Başladıq...

- Bu gün dediyiniz kimi incəsənət sahəsinə dövlət tərəfindən maddi dəstək var. Hal-hazırda çəkilən filmlərin əksəriyyəti komediya janrındadır. Bu filmlərdən razısınızmı? Sizi bu filmlərə niyə dəvət etmirlər?

- Filmlərdən razı olub-olmamağımı soruşursunuz, amma mən ekspert deyiləm axı. Mən ancaq öz oynadığım rollar haqqında Arif Quliyev kimi nəsə deyə bilərəm. Prezidentimiz bu gün film sahəsinə maddi dəstək verir. Kinomuz da inkişafdadır.

- Yaxşı, bəs bir vətəndaş kimi nə deyə bilərsiniz?

- Yenə deyirəm, mən bir vətəndaş kimi də çəkildiyim filmdən danışa bilərəm. Biri var dövlət strukturunda çəkilən filmlər, onun öz idarəsi var – Azərbaycanfilm, biri də var, özəl. Əvvəllər senzura var idi, filmlər yoxlanışdan keçirdi. "Bəxt üzüyü”ndə çəkilmişəm, filmdən razıyam. Tahir və Cabir İmanovların "Bəxt üzüyü 2” filmində çəkilmişəm, bu filmdən də razıyam. Fikirlər əlbəttə ki, müxtəlifdir. Biri deyər, yaxşıdır, biri deyər, pisdir. Deməyim budur ki, biri var, pis mənada tənqid edəsən, biri də var, yaxşı mənada. Ola bilməz ki, Arif Quliyevdə hər şey əladır, amma demək olmaz ki, bunu atın çölə. Təzəlikcə "Nazlı”, "İki tüstü”, "Yüz kağız”, "Halal pullar” , "Biznesmen”, "Yumurta” filminə çəkilmişəm. Hamısı özəl sektorun məhsulu olan filmlərdir. Çoxusu da məni qane edir.

- Bəzi aktyorlar tərəf müqabillərini özləri seçirlər. Bəs siz necə?

- Mənə elə gəlir ki, tərəf müqabilini rejissor seçməlidir. Necə ki, məni rejissor bir obraza dəvət edir. Mənim işim ondan ibarətdir ki, öz rolumu, mənə tapşırılan işi öz səviyyəsində ifa edim. Ola bilər ki, tərəf müqabilim cavan bir aktyor olar, yaxud da təcrübəli bir sənətkar. Əgər rejissor onu da seçibsə, bu seçimə hörmətlə yanaşmaq lazımdır.

- Qonorardan necə, ondan da razısınız?

- Bəli, razıyam. Ola bilər, zəif seriallar, filmlər çəkilir, o da zamanla düzələcək. Birmənalı şəkildə "bu seriallar, filmlər yığışdırılsın!” demək olmaz. Dama-dama göl olar. Hər şey yaxşıya doğru gedir.

- Arif müəllim, yaşınız sizə kifayət qədər imkan verir ki, nələri açıq şəkildə deyə biləsiniz. Sənət yoldaşlarınızdan dəfələrlə televiziya haqqında, filmlər haqqında sərt tənqidlər eşidirik. Televiziyadan da razısınız?

- Şəxsən mən televiziyadan da razıyam. Bilirsən, televiziyanın öz işi, öz üslubu var. Mən necə müdaxilə edə bilərəm ki, bu veriliş niyə belədir?! Baxıram, xoşuma gəlir.

- Sovet dövrünün televiziyası başqa idi, indi tamam başqa yönə gedir.

- Onda senzura var idi də.


- Hansı kanallara baxırsınız?

- Aztv-nin hazırladığı bütün verilişlərə baxıram. Speys-ə baxıram, Atv-yə baxıram, məni qane edir. Bircə bəzi verilişlər olur, reytinq xatirinə adamları vuruşdururlar, biri küsüb gedir, o birisi dalaşır, bunun tərəfdarı deyiləm. İnsanları barışdırmaq əvəzinə, bunlar başqa şey edirlər. Əvvəllər başqa cür idi, ssenari yazılırdı, baxılırdı, təsdiq olunur, indi ssenari yoxdur axı. Mövzu qoyulur, ətrafında müzakirələr. Redaktorlar əvvəlcədən adamları düzgün seçməlidir ki, verilişdə birinin sözü o birisinin boğazından keçməyib dava-dalaş yaranmasın. Şükür ki, indi AZTV-də bəddi şura yaradıldı. İlk addımı bizim ana televiziya atdı. Mən o fikirlə razıyam ki, həmin şuralarda mütəffəkkir fikirli, yüksək mədəniyyətli, intellektual səviyyəli üzvlər olsun.

- Son dövrlərdə sizin dolanışığınızla bağlı məlumatlar yayılırdı ki, dolana bilmirsiniz.

- Yalan söhbətlərdir, mənim heç vaxt problemim olmayıb. İnsan xəstə olar da. Bir dəfə prezidentimiz ürək əməliyyatıma, bir dəfə də Mehriban xanım beyin əməliyyatıma kömək edib. Necə ki, Ramiz Əzizbəyliyə, mənə də elə. Kimsə eşidir ki, filankəs xəstədir, şişirdib başqa cür yayır. Bu da doğru yanaşma deyil. Çünki qayğı var, dövlət özü yaxşı bilir nə etmək lazımdır. Yollara baxırsan, adamın ürəyi açılır, rayonlara gedirsən, abadlaşdırılıb, hərə öz sahəsində insanlara xidmət edir. Elə mətbuatın özü də. Bizi tanıdır, təbliğ edir. Biz düzü də, əyrini də qəzetlərdən, saytlardan oxuyuruq. Hal-hazırda "Ay yay yay” serialına çəkilirəm. Yaxşı da maaş alıram. Ən əsas maaş deyil, serialın özü maraqlı olsun. Məcbur deyil ki, hamı Arif Quliyevi sevsin. İndi yaşlı nəsil haqqında da filmlər hazırlayırlar. Prezident özü də dəstək verir bu işə. Bir şey eşitdim, deyirlər ki, guya kimsə deyir, sonra bizə qayğı göstərirlər. Əlbəttə ki, nazirlik özü fikirləşir, təqdim edir. Nazirliyə kimsə deyə bilməz ki, bunu belə elə.

- Arif müəllim, ola bilməz ki, sizin narazı olduğunuz nəsə olmasın.

Arif müəllim bu məqam əlini alnına vurub bir xeyli dayandı. Deyəsən, mənim niyyətimi başa düşüb bezmişdi.


- Mən indiyə kimi heç vaxt heç nədən narazı olmamışam. Hər şeyi yaxşı insanlar qismət edir.

- Sizi ancaq komik obrazlara dəvət edirlər. Narazı deyilsini? Heç dramatik obraz oynamaq istəməmisiniz?

- Bilirsiniz, bu, rejissorlardan asılı olan şeydir. Mərahim Fərzəlibəyov "Mənim ağ şəhərim” filmində məni ciddi bir obraza çəkib. Arzum var, amma rejissorlardan təklif olmalıdır. Bu barədə də rejissorlardan narazı deyiləm.

- İndi komediya filmləri daha çoxdur, nəinki dram. Bunun səbəbi sizcə nədir?

- Ona görə komediyaya üstünlük verirlər ki, camaat əylənmək istəyir, gülmək istəyir.

- Bəlkə cəmiyyətdəki problemlərlə bağlıdır? Onlar elə bir gərgin həyat yaşayırlar ki, gülmnəyə ehtiyacları yaranır.

- Axı cəmiyyətdə elə böyük bir problem yoxdu ki, komediyaya qaçsınlar. Onlar yaxşı əsər istəyirlər, yaxşı ifa görmək istəyirlər.

- Niyə dram yox, komediya?

- AzDrama-ya gəlin, hər axşam zal dolu olur. O birilərə də gedirlər.

- Məsələn, o vaxt "Mozalan " var idi.

- "Mozalan”ı yenidən yaratmaq istəyirlər və bu yaxında prezidentimiz kinonun inkişafına pul da ayırıb.

-Yetmişə yaxın yaşınız var. Bu yaşda istədiklərinizi edə bilmisinizmi?

- Edə bilməmişəm. Özümdən narazıyam.

- Şükür, axır ki, nədənsə narazı oldunuz.

- Ona görə ki, daha yaxşı, daha çox obrazlar yarada bilərdim. İstədiyim əsərlər olmayıb. Musiqili Komediya Teatrında "Evlənmək” tamaşasındakı obrazım, "Məşədi İbad”da hambal obrazım xoşuma gəlib. Məsələn, Məşədi İbadın özünü oynamaq istəmişəm. Amma deyiblər ki, sənin kompleksin uyğun deyil. "Azərkompleks”ə müraciət etmişəm ki, mənim niyə kompleksim yoxdur, onlar da deyiblər ki, Allah səni belə yaradıb. (gülür) İstəmişəm Otellonu oynayım. Gərək rejissor ola, məni seçə, sonrası da ki... İstəmişəm ki, böyük sənətkarlar haqqında filmlər çəkilsin və tarixdə qalsın. Nəsibə Zeynallı, Hacıbaba Bağırov, Siyavuş Aslan, Bəşir Səfəroğlu haqqında film çəkiblər. Amma yenə də azdır və onlar davam etdirilməlidir.

- Arif müəllim, Türkiyədə Kamal Sunal "Şaban” obrazını yaratdı. Təbii ki, bu rejissorların da uğurudur. İtaliyada Çelentanonun belə filmləri var. Niyə bizdə yoxdur? Niyə sizdən bir obraz yaratmadılar?

- Düzdür. Elə əsərlər olmadı ki, məndən də istifadə eləsinlər. Səbəb budur.

- Bəlkə elə sizə görə yazılmalı idi? Məhz sizdən komik bir obraz yaratmalı idilər, silsilə filmlərə çəkilməli idiniz.

- Bilmirəm, bəlkə də. Baxın, məsələn, rejissor Yavər Rzayev "Sarı gəlin” əsərini yazmışdı, sırf mənim üçün. İntahası, öz səhlənkarlığım ucbatından alınmadı. Dəfələrlə Eyvaz Borçalı çağırdı, amma konsertlər çox idi, başım qarışıq idi. Sonra "Ac hərifllər” də Zəlbəli obrazını mənə vermişdilər.

- Bəs niyə oynamadınız?

- Yaşar Nuri də çox təkid elədi. Amma bilmirəm, nədənsə o obrazdan da qaçdım. İndi çox peşman olmuşam. Sonuncu dəfə "Azərbaycanfilm”in çəkdiyi "Axırıncı dayanacaq” filmində çəkilmişəm. Bu filmdə baş roldayam. Bilirsiniz də, mən həmişə kiçik rolları ifa etmişəm.

- Televiziyada verilişlərdə görünmürsünüz.

- Baxıram, seçirəm, söz-söhbət olan yerlərə getmirəm. Mənim üçün əsas işimdir.

- Arif müəllim, ədəbiyyatla aranız necədir?

- Əladır. Son dövrdə Çingiz Abdullayevin kitablarını oxumuşam. Füzulini oxuyuram, Nəsimini oxuyuram.

- Bəs müasir şairlərdən?

- Ramiz Rövşəni sevirəm. Onun şeirlərində hiss, fəlsəfə var. Vaqif Bəhmənlini oxuyuram. Həm də dostumdur. Vaqif Bayatlını oxuyuram. Nüsrət Kəsəmənlini, Vaqif İbrahimi oxumuşam. Mütaliəsiz insan solan ağaca bənzəyir. Bir kitabda hər şey yoxdur, hər kitabdan bir şey götürüb hər şeyi yaradırsan. Ağıllı ilə çoxbilmişin arasında fərq nədir? Ağıllı həmişə çalışır ki, düşdüyü vəziyyətdən çıxmağı bacarsın. Amma çoxbilmiş adam nə o vəziyyətə düşür, nə də o vəziyyətdən çıxmağı fikirləşir.

- Siz çoxbilmişsiniz, yoxsa ağıllı?

- Hamıdan azbilmiş. Həmişə qarşındakını özündən çoxbilmiş hesab elə. O zaman o sənin nə dərəcədə ağıllı olduğunu biləcək. İndi bir cavan aktyora irad bildirəndə, məsləhət verəndə üzünü turşudur, yaxşı qəbul eləmir. Elə bilir ki, paxıllıq edirsən. Amma mən bütün aktyorları, bütün gəncləri sevirəm. Mənə kimsə səhvimi deyəndə, həmişə çalışmışam ki, səhvlərimi düzəldim. Səni istəməyən adam səhvlərini demir. Səhvlərini deyən adam sənin dostundur, səni sevən adamdır.

- Başqa peşəyə, sənətə həvəsiniz olubmu?

- O vaxtlar jurnalist olmaq istəyirdim. Bir dostum var idi, Aydın Kərimov. Əzizə Cəfərzadənin kursunda oxuyurdu. Texnikomdan qaçıb onların dərslərində otururdum. Mingəçevirdə işləyəndə oranın "Mingəçevir işıqları” qəzetində şəhərin mədəni həyatından məqalələr yazırdım. "Azərbaycan gəncləri”, "Baku raboçi”, "Bakı və Baku”, "Vışka” qəzetinə teatrdan yazı yazılar yazırdım. Aktyor işləyə-işləyə yazırdım yazılar.

Qəfil redaksiyamızın işçilərindən biri Arif müəllimə salam verir. O da tez-tələsik Miriş kimi "salam-sağol” deyib sözünə davam edir.

Bu yaxınlarda metronun çıxışda beş-altı nəfər məni əhatəyə aldı. Dedilər, Arif müəllim, nə yaxşı ki, sizi gördük, bilirsiniz, biz sizi 30 ildir izləyirik. Dedim, qardaş, başına dönüm, mən sizə neyləmişəm axı? Dedilər, yox e, sənətinizi izləyirik (gülür). Həmişə çalışmışam ki, yumoristik çıxışlarım təkcə güldürməsin, həm də düşündürsün.

- Hansı aktyorlarla yaxınlığınız olub?

- Yaşarla çox yaxın dost olmuşuq. Yadıma bir şey düşdü, onu danışım. O vaxt Yaşargil məcburi köçkünlər müalicə alan hospitala gediblər. Həkim gəlib deyib ki, bu xəstələri çox güldürməyin, ziyandır. Yaşar da deyib ki, bizdən ziyan yoxdur, siz Arif Quliyevdən qorxun, siz bunu gələndə ona deyin.

- 70 yaşınıza ən böyük hədiyyə nə olar sizin üçün?

- 2020-ci il mənim həyatımda əlamətdar hadisə olacaq. 70 yaşım tamam olur. İstəyərdim ki, mənim haqqımda bir film çəkilsin. Bütün arzularımı Allah mənə qismət eləyib. Ən böyük nemətim, varım, dövlətim, insanların sevgisi, məhəbbətidir. Və Zəlimxan Yaqubun şeirilə bitirmək istəyirəm:

Göy yeri, yer göyü, dağ dağı sevdi,

Tanrı naxış vurdu, nəqqaşı sevdi,

Göz gözə boylandı, qaş qaşı sevdi,

Biz niyə sevməyək bir-birimizi.

Arif müəlim harasa tələsdiyini deyir. Bu, bizim söhbətimizə qırmızı işığı yandırmaq idi.

- Mümkünsə bir ayaqüstü şəkil çəkdirək Arif müəllim.

Hə, yarım saat öncə düşündüyüm işarələr boşuna deyildi. Arif Quliyevə bir işarə də bəsdir ki, şəkil çəkdirəsən.



İmza:Eminquey

"İstəyirəm ki, haqqımda film çəkilsin": Xalq artisti "Ədalət"ə danışdı - MÜSAHİBƏ

Cavanşir Paşazadə: "İlham Əliyev hər bir vətəndaşını düşünür" - MÜSAHİBƏ

Vaqif Əsədov: "Özündənrazı sürücülərə güzəşt edilmir" - MÜSAHİBƏ

“Abır-həya olsa, adından başqa heç bir misrası yadda qalmayan insanlar qələmi qatlayıb yerə qoyarlar...”

Müşfiq Həsənov: "Keyfiyyətin yaxşılaşdırılması və istifadəçi sayının artması..."

ERMƏNİSTANDAN DÖNƏN AZƏRBAYCANLI JURNALİST: "Onlar deyir ki, hansısa rayonun qaytarılmasından söhbət gedə bilməz..."

Musa Yaqub: Yaza bilməməkdən qorxuram... - MÜSAHİBƏ

“Mən o insanlar üçün darıxıram” - Akif Aşırlıyla yubiley söhbəti

“Heç bir halda təhqir və söyüş siyasi mübarizə metoduna çevrilməməlidir” - MÜSAHİBƏ

Azərbaycanlılar kitab oxumağı sevirlər... - Elman dayının müsahibəsi

İlham Əliyev Mirşahinə müsahibə verdi - VİDEO - YENİLƏNİB

Əli Həsənov: "Azərbaycan bölgədə ən fəal gənclər siyasəti yürüdən ölkədir"

SON XƏBƏRLƏR
2019-03-24
2019-03-23
2019-03-20
2019-03-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Doğrudanmı, əmiqızıyla əmioğlunun kəbinini göydə mələklər kəsir?

Hə (78.43%)
Yox (21.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:

- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?

Kişi əsəbiləşir:

- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!





digər lətifələr
ARXİV
FACEBOOK